Patriarxal düşüncə və qadın zorakılığı: problemin kökü haradadır?
"Son günlər televiziya kanallarından birində yayımlanan canlı efirdə qadın-kişi bərabərliyi mövzusu ətrafında ciddi müzakirələr aparılıb. Lakin müzakirə müəyyən məqamda fikir mübadiləsindən çıxaraq mübahisəyə çevrilib. Buna səbəb bəzi qonaqların patriarxal dəyərləri müdafiə edən fikirlər səsləndirməsi olub. Verilişdə "güc kişidədir", "lider kişidir", "qadın kişiyə tabe olmalıdır" kimi yanaşmalar irəli sürülüb və efirə qoşulan tamaşaçıların bir qismi də bu fikirləri dəstəkləyib".
Bunu BiG.AZ-a psixoloq Samirə Bağırova bildirib.
O, qeyd edib ki, əslində isə qadın və kişi bərabərliyinin təmin olunması müasir cəmiyyətlərin inkişaf göstəricilərindən biridir. Azərbaycanda da son onilliklər ərzində qadın hüquqlarının genişlənməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün qadınlar daha çox təhsil alır, biznes qurur, peşəkar fəaliyyətlə məşğul olur və həyatları ilə bağlı qərarları müstəqil şəkildə verməyə çalışırlar:
"Bəzi hallarda qadın hüquqlarının genişlənməsi ilə boşanmaların və məişət zəminində baş verən münaqişələrin artması arasında əlaqə qurulur. Lakin bu məsələyə fərqli prizmadan yanaşmaq da mümkündür. Çünki qadınlar artıq zorakılığa, hüquqsuzluğa və ya qeyri-sağlam münasibətlərə əvvəlki kimi susmaq istəmirlər. Öz hüquqlarını tanıyan və müdafiə edən qadınların sayı artdıqca, cəmiyyətdə görünməyən problemlər də daha çox üzə çıxır.
Patriarxal düşüncə tərzi isə hələ də müəyyən dairələrdə öz təsirini qoruyub saxlayır. Xüsusilə yaşlı nəsildə qadının kişiyə tabe olması fikri uzun illər formalaşmış sosial stereotiplərin nəticəsi kimi qalmaqdadır. Bunun səbəblərindən biri də tarixi ənənələr və nəsillərarası düşüncə ötürülməsidir.
Gender bərabərliyinin tam formalaşması üçün yalnız qanunların mövcudluğu kifayət deyil. Eyni zamanda maarifləndirmə işləri gücləndirilməli, məktəblərdə sağlam münasibətlər, qarşılıqlı hörmət və zorakılığın qəbuledilməzliyi barədə proqramlar tətbiq olunmalıdır.
Bundan başqa, məişət zorakılığı və qadınlara qarşı cinayət hallarında qanunvericiliyin effektiv icrası, hüquq-mühafizə orqanlarının operativ reaksiyası və preventiv tədbirlərin artırılması vacib hesab olunur.
Qadınlara qarşı zorakılığın və gender əsaslı ayrı-seçkiliyin azalması üçün həm hüquqi mexanizmlər gücləndirilməli, həm də cəmiyyət daxilində köklü düşüncə dəyişiklikləri baş verməlidir. Gender bərabərliyi yalnız qadınların deyil, bütövlükdə cəmiyyətin inkişafı və sağlam gələcəyi üçün mühüm amillərdən biridir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 691 Tarix: 19 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPakistan Əfqanıstanın iki əyalətini bombaladı - 9 mülki şəxs öldü
Pakistan Əfqanıstanın şərqində və cənubunda hava zərbələri həyata keçirib. xəbər verir ki, bu barədə Əfqanıstan Ali Liderinin sözçüsü Zəbihullah Mücahid X sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, Kunar əyalətinin Çuqam və Helmand əyalətinin Səfər bölgələrində yaşayış binalarına zərbələ
10:30 152 3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Lakin bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
14:22 128 Zaqatalada zəlzələ oldu
Zaqalatada zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 14:51-də qeydə alınan zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ his
16:02 58 Ölkənin inkişaf tarixində yeni səhifə
"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara
11:55 253 1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi
1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c
08:39 208 Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir
"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd
10:33 205 Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır
Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80
16:04 65 Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli
12:19 169 20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
12:17 183