Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadırBu gün ölkəmizdə ən qürurverici, ən əlamətdar günlərdən biridir. Azərbaycanın Silahlı Qüvvələr günüdür. İnanmıram ki, Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız, xüsusilə son illər bu günü bayram kimi qeyd etməsin, bir-birini təbrik etməsin.
Milli silahlı qüvvələrin yaradılması prosesi ötən əsrin əvvəllərindən başlayıb. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu prosesi də dayandı.

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin, 1991-ci ilin sentyabrın 29-da isə Azərbaycan Respublikası Müdafiə Şurasının yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında Qanun qəbul edilsə də, bu sahədə ayrı-ayrı şəxslərin, qurumların, o cümlədən Milli Müdafiə Şurasının cəhdlərinə baxmayaraq respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi.

Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Yalnız 1993-cü ildən başlayaraq ordu quruculuğunda ciddi addımlar atıldı. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə dirçəlişə nail ola bildi. Yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələr ləğv edilərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaradıldı.

Məhz həmin vaxtdan başlayan ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ən müasir standartlara cavab verən hərbi ləvazimatlarla, silah-sursatla təchiz edilməsi, savadlı, cəsarətli, vətənpərvər hərbi kadrların yetişdirilməsi və sair sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Silahlı
Qüvvələrinin davamlı olaraq inkişaf etməsi onun regionun ən qüdrətli ordusuna çevrilməsi ilə nəticələndi.
Azərbaycan Silahlı Qüvvələrinin gücü, döyüş qabiliyyəti, əsgər və zabitlərinin peşəkarlığı, onun ən müasir tələblərə cavab verən hərbi quruma çevrilməsi artıq bir danılmaz fakt kimi 2020-ci il sentyabrın 27-dən başlayaraq, nəinki regionda, dünyanın hər yerində, ən yüksək siyasi kürsülərdə, bizi sevən dostlarımızdan tutmuş, ən zalım düşmənlərimizə qədər hər kəs tərəfindən də etiraf edilməyə başladı".

İstənilən Ordunun ən müasir texnika ilə, silah-sursatla təmin edilməsi, onun haqqında təriflər yağdırılması, müxtəlif epitetlərlə bəzədilməsi onun həqiqi gücünü, döyüş qəbiliyyətinin yüksək olmasını sübuta yetirməyə kifayət etmir. Ordunun gücü, onun döyüş qabiliyyətinin nümayiş etdirilməsi, həyata keçirdiyi əməliyyatlar, əldə etdiyi hərbi uğurlar və qazandığı zəfərlərdir.
Bu mənada 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına və hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusunun başladığı əks hücum əməliyyatları, qısa müddətli zəfər yürüşündə inanılmaz uğurlar əldə etməsi faktı mühüm əhəmiyyət kəsb edir.

Silahlı qüvvələrimizin ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı Vətən müharibəsi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına, ölkəmizin suverenliyinin tam bərpa edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi və Ermənistanın kapitulyasiyaya məcbur edilməsi ilə nəticələndi. Əlbəttə ki, bu hadisə həm də Azərbaycan Silahlı Qüvvələrinin əslində nəyə qadir olmasının bütün dünyaya nümayişi idi. Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi, adını dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Beynəlxalq aləm Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.
Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları, Ermənistan ordusunun tör-töküntülərinə sarsıdıcı zərbə vurdu və əslində terror təşkilatı olan "Qarabağ özünümüdafiə ordusunu" tamamilə məhv edərək kökünü birdəfəlik kəsdi. İllər boyu yalançı "qəhrəmanlığı", "məğlubedilməzliyi" ilə öyünən, bütün digər məsələlərdə olduğu kimi "Qalibiyyətli erməni ordusu" mifi, nağılları da nağılbazlar üçün acı sonluqla bitdi. Tarix boyu "qəhrəmanlığını" yalnız silahsız, mülki əhali üzərində nümayiş etdirən qəddar və xain düşmənin gücü və cəsarəti qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa çatdı. Məhz uğurla başa çatan bu əməliyyat nəticəsində ölkəmizin ərazisində erməni separatizminə də birdəfəlik son qoyuldu. Azərbaycanın müzəffər Ordusunun 2020-ci ilin sentyabrın 27-də başlanmış mübarizəsi 2023-cü ilin sentyabrında böyük zəfərlə yekunlaşdı. Silahlı qüvvələrimiz Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Əslində keçən əsrin 80-ci illərin sonunda başlayaraq torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.

Bu gün də Orduya diqqət və qayğının dövlətimizin əsas prioritetlərindən biridir. Azərbaycan öz Ordusunu gücləndirməyə və hərbi potensialını artırmağa böyük önəm verir. Məhz belə uğurlu siyasətin nəticəsi olaraq bu gün Qafqazda ən müasir, ən güclü və ən çevik nizami ordu olan Azərbaycan Silahlı qüvvələrinin Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunları potensialı rəqiblə effektiv mübarizə aparmaq iqtidarındadır. İxtisaslaşmış beynəlxalq qurumlar, xarici hərbi ekspertlər də Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclüləri sırasında olduğunu etiraf edirlər.
Hazırda Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır. Əminik ki, Cümhuriyyət ordusunun ənənələrini qoruyub saxlamaqla güclü bir orduya çevrilmiş Azərbaycan Silahlı Qüvvələri, gündən-günə artan qüdrəti sayəsində Vətənimizin müdafiəsini təmin etməyə və Ali Baş Komandanının bütün əmrlərini uğurla yerinə yetirməyə qadirdir.

Həbib Məmmədov - ehtiyatda olan polkovnik, müharibə veteranı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 619   Tarix: 20 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pakistan Əfqanıstanın iki əyalətini bombaladı - 9 mülki şəxs öldü

Pakistan Əfqanıstanın şərqində və cənubunda hava zərbələri həyata keçirib. xəbər verir ki, bu barədə Əfqanıstan Ali Liderinin sözçüsü Zəbihullah Mücahid X sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, Kunar əyalətinin Çuqam və Helmand əyalətinin Səfər bölgələrində yaşayış binalarına zərbələ

10:30 152
.

3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Lakin bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

14:22 128
.

Zaqatalada zəlzələ oldu

Zaqalatada zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 14:51-də qeydə alınan zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ his

16:02 58
.

Ölkənin inkişaf tarixində yeni səhifə

"Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin inkişaf tarixində yeni səhifə açıldı. Əminliklə demək olar ki, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa apara

11:55 253
.

1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi

1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c

08:39 208
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 205
.

Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır

Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80

16:04 65
.

Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli

12:19 169
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

12:17 183
.