"Təhsil haqları həddən artıq yüksəkdir" - Ekspertdən nazirə sərt etiraz

"Təhsil haqları həddən artıq yüksəkdir" - Ekspertdən nazirə sərt etiraz"Mən nazir Emin Əmrullayevin Azərbaycanda təhsil haqlarının aşağı olması ilə bağlı səsləndirdiyi fikirlə razı deyiləm. Dünyanın elə ölkələri var ki, orada ali təhsil pulsuzdur. Bu o deməkdir ki, həmin ölkələrdə zəif mütəxəssislər yetişdirilir? Bu paradoksal fikirdir".

Bu sözləri "Yeni Sabah"a açıqlamasında sabiq deputat, professor Etibar Əliyev deyib. O bildirib ki, tələbələrin təhsil haqlarının 80 faizi müəllimlərin əməkhaqqına xərclənir:

"Azərbaycanda indiki təhsilin keyfiyyətinə görə təhsil haqları həddən artıq yüksəkdir. Məsələn, ali məktəblərin normal kampusu yoxdur. Əksər ali məktəblərdə yataqxanalar yoxdur. Yataqxana olmadığı üçün, tələbə valideynləri xeyli xərc çəkir. Kirayə haqları olduqca bahadır. Sezar pizza

Bu mənada təhsil haqqını artırmaqla təhsilin keyfiyyətində heç bir ciddi dönüş yaratmaq mümkün deyil. Nazir bilməlidir ki, dünyanın əksər universitetləri tək tələbə köçürmələri ilə maliyyələşmir. Universitetlər layihələrdən, elmi tədqiqatlardan böyük gəlirlər əldə edirlər ki, bu gəlir tələbə ödənişlərindən 100 dəfə çox olur.

Bizim universitetlərimizin sənaye və digər təsisatlarla iş birliyi olmadığı üçün, hamı tələbələrin təhsil haqqına gözünü tikib. Tələbələrin təhsil haqlarının 80 faizi müəllimlərin əməkhaqqına xərclənir. Digər tərəfdən, dövlət sifarişi ilə təhsil alan tələbələrin sayında artımın olması çox yaxşı haldır. Ancaq dövlətin vəsaiti keyfiyyətli təhsilə xərclənməlidir. Lakin bu vəsait keyfiyyətli təhsilə xərclənmir.

"Təhsil haqqında" qanunun 42-ci maddəsinə görə, vətəndaş keyfiyyətsiz təhsilə görə məhkəməyə müraciət edə bilər. İndiyədək 1 nəfərin qanunun bu maddəsindən istifadə etdiyinin şahidi olmusunuzmu? Eyni zamanda məzunların işlə təminatı ilə bağlı çox ciddi problemlər var. Valideyn 1 tədris ilində külli miqdarda vəsait xərcləyir. Sonra isə övladı işsiz qalır. Bu, birmənalı olaraq, keyfiyyətsiz təhsillə bağlıdır".

Ekspert əlavə edib ki, nazirin tələbə sayının azaldılması ilə bağlı səsləndirdiyi fikirlər təzad təşkil edir:

"Universitetlərin köçürülməsi prosesi təxminən 15-20 il bundan əvvəl həyata keçirilməli idi. Artıq bu proses böyük vəsait tələb edir. Məncə universitetlərin köçürülməsi prosesi baş tutmayacaq.

Nazirin digər fikri də olduqca paradoksal xarakter daşıyır. Deyir ki, bunun üçün tələbələrin sayını azaltmaq lazımdır. Bir nəfər soruşmur ki, 3-4 il bundan qabaq bəyan edirdiniz ki, tələbə sayını 75 minə çatdıracam. Bəli, son 2 tədris ilində tələbə sayını artırdılar. Tələbə sayını artırandan sonra gördülər ki, həm müəllim çatışmazlığı var, həm də keyfiyyətsiz mütəxəssislər yetişdirmək tendensiyası ortaya çıxıb. İndi də deyir ki, tələbələrin sayını azaltmaq lazımdır.

Dünya ölkələrində hər 100 min nəfərə düşən tələbə statistikası var. Azərbaycan bu statistikada aşağı pillələrdə dayanır. Bu gün özəl ali məktəblərin məzunları demək olar ki, əmək bazarında özlərinə uyğun iş tapa bilmirlər. Özəl ali məktəblərə ögey münasibət var. Bəzi qurumlar bu məsələdə müəyyən dərəcədə haqlıdır. Çünki onlar mövcud durumdan xəbərdardır.

Birdən-birə çox sayda tələbənin təhsil aldığı ali məktəblərdə tələbə sayını kəskin şəkildə necə azaltmaq olar? Tələbə sayı aşağı düşəndə təhsil haqları da azalacaq və bu müəllimlərin ixtisarına gətirib çıxaracaq. Təhsil sahəsi bu cür paradokslar içərisindədir".

Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev ötən gün yerli mətbuata verdiyi müsahibəsində bildirib ki, təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir:

"Azərbaycanda, nə qədər həssas səslənsə də, bir tələbənin təhsil haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır. Əgər biz iki min manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, təbii ki, tələbə üçün bunun ucuz olması yaxşıdır. Amma təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir. Əgər ucuz və yüksək keyfiyyətli kadr hazırlığının universal üsulunu tapsaq, bütün dünya bizə müraciət edər. Keyfiyyəti artırmaq üçün maliyyələşməni artırmağa məcburuq".

Nazir həmçinin deyib ki, Bakıdakı universitetlərin regionlara köçürülməsi gündəmdə deyil. Bunun əvəzinə, paytaxt universitetlərində tələbə kontingentinin optimallaşdırılması, təhsil keyfiyyətinin yüksəldilməsi və regionlardakı ali təhsil müəssisələrinin gücləndirilməsi istiqamətində iş aparılır. Nazirin sözlərinə görə, məqsəd tələbələrin regionlarda təhsil almağa marağını artırmaq, ali təhsil imkanlarını ölkə üzrə daha balanslı bölüşdürmək və Bakıda yaranan sıxlığı azaltmaqdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 683   Tarix: 23 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 171
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 0
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 172
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.