Əsla əkməməli olduğunuz 4 bitki: Evlərin təməlini belə çatladır

Əsla əkməməli olduğunuz 4 bitki: Evlərin təməlini belə çatladırBağınızı gözəlləşdirmək istəyərkən evinizi və digər bitkilərinizi təhlükəyə atırsınız. Aralıq dənizi bölgəsində və qonşu ölkələrdə tez-tez rast gəlinən Cənnət ağacı, Akasiya və Turş yonca kimi məşhur bitkilərin "istilaçı" üzü üzə çıxıb.

Milli.Az xəbər verir ki, bağınızı istirahət məkanına çevirmək istəyərkən yalnız zahiri görünüşə aldanıb böyük bir səhvə yol verə bilərsiniz. "İstilaçı bitkilər" adlanan bəzi növlər məsum görünsələr də, qısa müddətdə bağınızdakı digər canlıları məhv edə, hətta evinizin infrastrukturuna, divarlarına və səkilərinə geri dönüşü olmayan zərərlər vura bilərlər.

1. Cənnət ağacı (Ailanthus altissima) - Adı "Cənnət", qoxusu "bətta"
Adı çox xoş və hüzurverici gələ bilər, lakin bu ağac Avropanın ən problemli və aqressiv istilaçı növlərinin başında gəlir. Səki daşlarının arasından, divar çatlaqlarından belə fışqıra bilən bu ağac inanılmaz sürətlə böyüyür və bir mövsümdə minlərlə toxum istehsal edir. Ən böyük təhlükəsi isə yer altındakı kökləridir; bu köklər beton konstruksiyaları çatladacaq qədər güclüdür. Bundan əlavə, yarpaqlarından və çiçəklərindən yayılan pis qoxuya görə yerli xalq arasında "kokar ağac" (iyrənc qoxulu ağac) kimi tanınır.

2. Akasiya - Sahilləri və bağları əsir alan təhdid
Göstərişli çiçəkləri və estetik duruşu ilə ilk baxışda rəğbət oyadan akasiya, bağınıza girdikdə əsl "sağ qalma canavarına" çevrilir. Əvvəllər eroziyanın qarşısını almaq üçün bəzək bitkisi kimi gətirilən bu ağac, nəzarətsiz şəkildə yayılaraq yerli ekosistemi təhdid edir. Xüsusilə sahilə yaxın bağlarda digər yerli bitkilərin suyunu əlindən alır və ərazinin tək hökmdarına çevrilir.

3. Turş yonca (Oxalis pes-caprae) - Bağları sarı rəngə boyayan istila
Yol kənarlarında, asfalt çatlaqlarında tez-tez gördüyünüz o kiçik, sevimli sarı çiçəkləri bəlkə də çox bəyənirsiniz. Lakin onları bağınıza köçürmək böyük bir səhvdir. Cənubi Afrika mənşəli bu istilaçı növ, yer altındakı kiçik soğanları və toxumları sayəsində saniyələr içində yayılır. Torpağın üzərini tamamilə örtən qalın bir "istila xalısı" yaradır və bağınızdakı digər bitkilərin qidasını, suyunu oğurlayaraq onları məhv edir.

4. Qudtbağrı (Ligustrum) - Quşlar vasitəsilə yayılan gizli təhlükə
Hava çirkliliyinə yüksək dözümlülüyü və sıx quruluşu ilə "canlı çəpər" yaratmaq üçün dünyanın ən populyar bitkisidir. Buraya qədər hər şey gözəl görünsə də, bu bitkinin çox sinsi bir yayılma strategiyası var. Quşlar bu bitkinin meyvələrini və toxumlarını çox sevir. Bağınızda nizamlı bir şəkildə dayandığını düşündüyünüz bitki, quşların toxumları başqa yerlərə daşıması ilə bir anda bağın ən ucqar künclərində, evinizin dərələrində və ya boş sahələrdə nəzarətsizcə cücərməyə başlayır.

Bağınızı qurarkən eşitmə məlumatlarla deyil, bölgənizin torpaq və bitki örtüyünü yaxşı bilən bir aqronom və ya landşaft memarı ilə məsləhətləşərək bitki seçin. Bu, gələcəkdə əmlakınızın və bağınızın zərər görməsinin qarşısını alacaq ən etibarlı yoldur.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 416   Tarix: 27 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. BİG.AZ -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ə

14.11.2026 336
.

Məşhur pişik Larri "Microsoft" xidmətlərindəki irimiqyaslı nasazlığın səbəbkarını açıqladı

Böyük Britaniyanın baş nazirinin iqamətgahında yaşayan pişik Larri "Microsoft" korporasiyasının xidmətlərində yaranan genişmiqyaslı nasazlıqla bağlı zarafat edib. O, problemin səbəbkarının naqilləri gəmirən başqa bir pişik olduğunu bildirib. xəbər verir ki, dauninq-stritin baş siçan ovçus

14.11.2026 384
.

TikTok üçün video çəkilişi faciə ilə bitdi - Şir 19 yaşlı gənci parçaladı

Pakistanın Lahor şəhərində fermada çalışan 19 yaşlı Talha dişi şirin hücumu nəticəsində həyatını itirib. Axşam.az xəbər verir ki, hadisədən sonra gəncin ailəsinə əvvəlcə onun it hücumuna məruz qaldığı bildirilib. Lakin polis araşdırması zamanı həqiqətin fərqli olduğu üzə çıxıb. Yerli mətbuatın məlumatın

13.11.2026 564
.

Marsda sirli buzlaqlar kəşf edildi

Beynəlxalq tədqiqatçılar "qırmızı" planetin səthində dik qayalıqlara bənzər yeni geoloji formasiyalar aşkar ediblər. "Qafqazinfo" xəbər verir ki, "Earth and Planetary Science Letters" jurnalında dərc olunan araşdırmaya görə, bu strukturlar qədim buz kütlələrini gizlədi

18.11.2026 1
.

Estetik əməliyyata 100 min dollar xərclədi - FOTOLAR

Sosial media fenomeni Eylül Öztürk estetik əməliyyat etdirmək üçün Amerikadan Türkiyəyə gəlib. 6 saatlıq əməliyyat üçün 100 min dollar ödəyib. Bunu Türkiyə mediasına istinadən bildirib. Öztürk əməliyyatdan sonra çəkilmiş fotolarını yayımlayıb. Fotolarda fenomenin alnındakı sarğılar və üzündəki əməliyya

12.11.2026 653
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12.11.2026 526
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15.11.2026 322
.

Yarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin

Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. BİG.AZ -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qorumas

16.11.2026 455
.

Honkonqlu milyarderin varisi nəvəsi rusiyalı modellə evlənir

Honkonqun nüfuzlu biznes ailəsinin varisi, 43 yaşlı Erik Fokun 29 yaşlı rusiyalı model Narana Erdıneyeva ilə evlənəcəyi iddia olunur. Axşam.az xəbər verir ki, Çin mediasında cütlüyün qonaqlara göndərdiyi bildirilən toy dəvətnaməsinin fotosu yayılıb. Məlumata görə, toy dekabrın 12-də Honkonqdakı beşulduzl

16.11.2026 571
.