COVID keçirənlərin yarıdan çoxu 5 ildir qoxu hiss etmir
COVID-19 virusundan sonra yaranan qoxu hissinin itməsi uzun illər davam edə bilər. ABŞ-nin Virciniya Birlik Universitetinin alimlərinin beş il ərzində apardıqları tədqiqatın nəticələrinə görə, koronavirusa yoluxduqdan sonra bu problemlə üzləşən xəstələrin təxminən 55 faizində beş il keçməsinə baxmayaraq, qoxu hissi tam bərpa olunmayıb.
BiG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, alimlər COVID-19-dan sonra qoxu hissini itirmiş və xəstələrin milli bazasına daxil edilmiş 2 mindən çox insanın məlumatlarını təhlil ediblər.
İki il davam etmiş müşahidənin nəticələrinə görə, iştirakçıların 38 faizində qoxu hissinin tam, 54 faizində isə qismən bərpa olunduğu qeydə alınıb. Daha 7 faiz iştirakçı qoxu hissinin bərpa olunmadığını və ya vəziyyətinin pisləşdiyini bildirib.
Ötən ilədək qoxu hissi tam bərpa olunan iştirakçıların payı 44 faizə yüksəlib. İştirakçıların 48 faizi qoxu hissinin qismən bərpa olunduğunu bildirib. 7 faizində isə problem davam edib və ya vəziyyət pisləşib.
Tədqiqat zamanı qoxu hissinin bərpasının yaşdan asılı olduğu da müəyyən edilib. 40 yaşdan aşağı iştirakçıların 62 faizində qoxuları ayırd etmək qabiliyyətini tam bərpa etmək mümkün olduğu halda, daha yaşlı insanlar arasında bu göstərici 34 faiz təşkil edib. Tədqiqatçıların fikrincə, bunun mümkün səbəblərindən biri yaş artdıqca qoxu sisteminin hüceyrələrinin regenerasiya qabiliyyətinin azalmasıdır.
Mütəxəssislər qoxu hissinin bərpası üsullarından biri kimi qoxu təlimini qeyd edirlər. Bu üsul sinir yollarını stimullaşdırmaq məqsədilə müxtəlif qoxuların müntəzəm olaraq hiss etdirilməsini nəzərdə tutur.
Tədqiqatın müəllifləri COVID-19-un nəticələrindən biri olaraq qalan uzunmüddətli qoxu hissi itkisinin müalicəsi üçün daha effektiv üsulların hazırlanmasının zəruriliyini vurğulayırlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 95 Tarix: 18 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇamadanlarını deyil, uşaqlarını unutdular
Braziliyada təyyarədən düşərək terminala doğru gedən ailə 7 yaşlı uşağını oturacaqda unudub. Bunu xarici mediaya istinadən bildirib. Uçuş başa çatdı, sərnişinlər təyyarəni tərk etdi və salon tamamilə boşaldı. Ən azı hər kəs belə düşünürdü. Braziliyada rutin yoxlama aparan heyətin oturacaqda təkbaşın
16:02 264 Azərbaycanda mənzil qiymətləri ucuzlaşacaq? Əmlak bazarının gələcəyi ilə bağlı proqnoz
Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin mən hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə fərqlənməsi kimi qiymətləndirmək daha doğrudur. İlk növbədə bir məqamı nəzərə almalıyıq
14:37 255 Azərbaycanda mobil rabitə bazarına xarici şirkətlərin marağı niyə zəifdir?
Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə "onları ölkəyə buraxmırlar" və ya "özləri gəlmək istəmirlər" kimi sadə yanaşmaq düzgün olmaz. Bu, daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlı məsələdir. Məsələn, "Vodafone"
14:40 235 "Bu, olduqca axmaqlıqdır" - Pistoriusdan diqqətçəkən açıqlama
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələri tənqid etməyi "axmaqlıq" adlandırıb. xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi məlumat yayıb. Pistorius bildirib ki, Rusiyanın strateji hərbi hədəflərinə və hərbi məqsədlər üçü
11:26 252 "İrşad"da yeni missiya başlayır: Yaşıl Cümə! - VİDEO
"İrşad" 20-30 noyabr tarixlərində ilin ən gözlənilən alış-veriş missiyalarından birinə start verir. Kampaniya çərçivəsində mağazalar şəbəkəsində təqdim olunan geniş çeşidli məhsullara 70%-dək endirimlər tətbiq edilir. Aksiya müddətində müştərilər məhsulların endirimli qiymətini 18 aya FAİZSİZ
12:16 318 Namus üstündə həbsə gedənlər "hörmətlə" qarşılanır
Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi cəmiyyətdə bir sıra ciddi sualları yenidən gündəmə gətirib. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı qardaşı ilkin izahatında cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Hadisə ilə bağl
13:31 367 Turistlərin gözləntilərini doğrultmayan ölkələr və məşhur istirahət məkanları
Dünyanın ən məşhur və bahalı istirahət məkanları heç də həmişə turistlərin gözləntilərini doğrultmur. Bəzi səyahətçilər yüksək qiymətlərə baxmayaraq, göstərilən xidmətlərdən və istirahət şəraitindən narazı qalırlar. xarici mediaya istinadən xəbər verir ki, "Reddit" platformasında istifadəçilə
18:45 147 Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar
11:50 257 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi
Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub. APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilə
16:22 288