Turistlərin gözləntilərini doğrultmayan ölkələr və məşhur istirahət məkanları

Turistlərin gözləntilərini doğrultmayan ölkələr və məşhur istirahət məkanlarıDünyanın ən məşhur və bahalı istirahət məkanları heç də həmişə turistlərin gözləntilərini doğrultmur. Bəzi səyahətçilər yüksək qiymətlərə baxmayaraq, göstərilən xidmətlərdən və istirahət şəraitindən narazı qalırlar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, "Reddit" platformasında istifadəçilər səfər etdikləri, lakin gözləntilərini doğrultmayan ölkələr və kurortlar barədə təəssüratlarını bölüşüblər.

Narazılıq doğuran məkanlardan biri Karib dənizində yerləşən və Niderland Krallığının tərkibinə daxil olan Aruba adasıdır. ABŞ və Kanadadan çoxsaylı turist cəlb edən ada bəzi səyahətçilərin gözləntilərini doğrultmayıb.

İstifadəçilərdən biri Arubada istirahətin həddindən artıq baha olduğunu, adanın uzaqda yerləşdiyini və burada daim güclü külək əsdiyini bildirib. Onun fikrincə, Aruba digər Karib adaları ilə müqayisədə turistlərə xüsusi üstünlük təklif etmir.

Digər narazılıq doğuran məkan Monakodur. Turistlərdən biri burada kafe və restoranların əksəriyyətində xidmət səviyyəsinin qiymətlərə uyğun olmadığını qeyd edib. Onun sözlərinə görə, Monako adi turistlərdən daha çox varlı insanlar üçün münasibdir.

Seyşel adaları da yüksək qiymətlərə görə tənqid olunub. Səyahətçilər yerli sakinlərin qonaqpərvərliyini və çimərliklərin gözəlliyini yüksək qiymətləndirsələr də, xidmətlərin olduqca baha olduğunu bildiriblər. Turistlərdən biri oteldən hava limanına cəmi 6 kilometrlik taksi səfərinə 75 dollar ödədiyini açıqlayıb.

Maldiv adaları, Dubay və İsveçrə də bəzi turistlərin gözləntilərini doğrultmayan istiqamətlər sırasında göstərilib.

Lakin narazılıqlar yalnız bahalı istirahət məkanları ilə məhdudlaşmayıb. Daha münasib qiymətli turizm istiqamətləri də tənqid edilib.

Məsələn, Misirə sərfəli turpaketlə səyahət edən turistlərdən biri Şarm-əl-Şeyxdə istirahət etdikdən sonra Qahirəyə səfərindən narazı qaldığını bildirib. Onun sözlərinə görə, paytaxt çirkli və xaotik təsir bağışlayıb, tarixi abidələrə lazımi qayğı göstərilməyib, küçələrdə isə israrlı satıcılar turistləri narahat ediblər.

Xorvatiyanın Dubrovnik şəhəri də tənqid olunan məkanlar arasındadır. Səyahətçilərdən biri şəhərin mənzərəli olduğunu etiraf etsə də, həddindən artıq turist sıxlığından şikayətlənib. Onun fikrincə, Dubrovnik zəngin tarixi irsə malik qədim şəhərdən daha çox izdihamlı əyləncə parkını xatırladır.

Bununla belə, müzakirələrdə səsləndirilən fikirlər ayrı-ayrı turistlərin şəxsi təcrübələrinə əsaslanır və həmin ölkələrdəki istirahətin ümumi keyfiyyətini əks etdirmir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 66   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayaqqabıları paltaryuyan maşına atanların nəzərinə

İdman ayaqqabılarını paltaryuyan maşında yumaq həm praktik, həm də riskli üsul hesab olunur. Düzgün proqram və temperatur seçilmədikdə ayaqqabının altlığı açıla, forması isə tamamilə pozula bilər. Lakin mütəxəssislərin diqqət çəkdiyi bir amil sayəsində ayaqqabılarınızı ilk günkü kimi təmizləyə bilərsiniz

16:14 186
.

81 ilin ən məşhur uşaq adları

Türkiyədə yeni doğulan oğlan uşaqlarına verilən adlarla bağlı 81 vilayəti əhatə edən bölgü diqqətçəkən nəticələr ortaya qoyub. Bunu Türkiyə mediasına istinadən bildirib. Alparslan və Göktuğ adları ümumilikdə 59 vilayətdə ilk sırada qərarlaşıb. Bununla yanaşı, bölgələr üzrə fərqli ad seçimləri də diqqə

15:31 232
.

Smartfonu olmayanlar terminallarda necə ödəniş edəcəklər?

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. Qaydaya əsasən, 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsa

17.11.2026 449
.

Əmək haqqı ödənişləri elektronlaşdırılacaq

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtınd

17.11.2026 518
.

500 manatdan çox terminal ödənişlərində şəxsiyyət vəsiqəsi niyə lazımdır? - Video

Ödəniş terminallarında 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı yeni tələb tətbiq olunur. Artıq bu məbləği aşan əməliyyatlar üçün istifadəçilər şəxsiyyətlərini "bir ID", "SİMA" və ya "myGov" platformaları vasitəsilə təsdiqləməlidirlər. Bəs yeni məhdudiyyəti

14:50 233
.

"Bu, olduqca axmaqlıqdır" - Pistoriusdan diqqətçəkən açıqlama

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələri tənqid etməyi "axmaqlıq" adlandırıb. xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi məlumat yayıb. Pistorius bildirib ki, Rusiyanın strateji hərbi hədəflərinə və hərbi məqsədlər üçü

11:26 241
.

Unudulan xatirələr, itən köklər: Ailə yaddaşını necə qoruyaq?

Bir ev düşünək. Divardan köhnə bir fotoşəkil asılıb. Şəkildə nənə, baba, bəlkə də çoxdan dünyasını dəyişmiş başqa bir ailə üzvü var. Uşaqlar hər gün bu fotoya baxırlar, lakin şəkildəki insanların kim olduğunu, harada yaşadıqlarını, hansı çətinliklərdən keçdiklərini bilmirlər. Bir gün foto divardan götürülür

15:24 201
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

11:50 237
.

Qiymətlər 8,4 faiz bahalaşıb - AÇIQLAMA

"Mənzil bazarında yaxın dövr üçün kəskin qiymət azalması gözlənilmir. Daha real senari qiymət artımının müəyyən qədər səngiməsi və bazarın tədricən sabitləşməsidir. Rəsmi statistik göstəricilər də bunu təsdiqləyir. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda mənzil qiymətləri ötən ilin müvafiq dövr

15:48 201
.