Vulkanların "qara qutusu" tapıldı - Püskürmələrin sirrini açılır

Vulkanların "qara qutusu" tapıldı - Püskürmələrin sirrini açılırAlimlər vulkan püskürmələrini əvvəlcədən proqnozlaşdırmağa kömək edə biləcək yeni üsul aşkar ediblər. Məlum olub ki, vulkanik süxurlardakı kristallar yerin dərinliklərində baş verən proseslər barədə mühüm məlumatları qoruyub saxlayır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqata Avstraliyanın Kvinslend Universitetindən Daniela Parra-Enkalada rəhbərlik edib. Araşdırmada Çili, İspaniya və Argentina alimləri də iştirak ediblər.

Vulkanların "qara qutusu" necə işləyir?

Alimlər vulkanik süxurlarda geniş yayılan plagioklaz mineralını araşdırıblar. Müəyyən edilib ki, onun kristalları maqmanın Yer qabığında hərəkəti zamanı temperatur, təzyiq və kimyəvi tərkibində baş verən dəyişiklikləri özündə saxlayır.

Lazer texnologiyaları və geokimyəvi məlumatlardan istifadə edən tədqiqatçılar püskürmə zamanı səthə çıxan maqmanın kristallarında ortaq kimyəvi xüsusiyyət aşkarlayıblar. Həmçinin yerin altında qalan maqma ilə səthə çıxan maqma arasında fərqlər müəyyənləşdirilib.

Araşdırma göstərib ki, dərinliklərdən gələn isti maqmanın yuxarıdakı maqma anbarlarına daxil olması püskürməyə şərait yarada bilər.

Püskürmələri əvvəlcədən bilmək mümkün olacaq?

Kəşf xüsusilə Sakit okeanın "Odlu halqa" adlanan vulkanik qurşağı üçün əhəmiyyətlidir. Gələcəkdə kristalların kimyəvi təhlili təhlükəli vulkanları müəyyənləşdirməyə və müşahidələri gücləndirməyə kömək edə bilər. Lakin yeni üsul hələlik püskürmənin dəqiq tarixini göstərmir.

"Cəhənnəmin ağzı"nda təhlükəli dəyişikliklər

Bu arada Nikaraquada "Cəhənnəmin ağzı" kimi tanınan vulkanın altında iki maqma anbarının dolması ehtimalı aşkarlanıb. Peyk görüntülərinə əsasən, 2022-2024-cü illərdə vulkanın səthinin bir hissəsi yüksəlib, Santyaqo krateri ətrafında isə çökmə davam edib.

Alimlər bu dəyişikliklərin yeni maqmanın daxil olması ilə əlaqəli ola biləcəyini bildirirlər. Mümkün püskürmə riskini qiymətləndirmək üçün müşahidələrin davam etdirilməsi vacib sayılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 91   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayaqqabıları paltaryuyan maşına atanların nəzərinə

İdman ayaqqabılarını paltaryuyan maşında yumaq həm praktik, həm də riskli üsul hesab olunur. Düzgün proqram və temperatur seçilmədikdə ayaqqabının altlığı açıla, forması isə tamamilə pozula bilər. Lakin mütəxəssislərin diqqət çəkdiyi bir amil sayəsində ayaqqabılarınızı ilk günkü kimi təmizləyə bilərsiniz

16:14 186
.

81 ilin ən məşhur uşaq adları

Türkiyədə yeni doğulan oğlan uşaqlarına verilən adlarla bağlı 81 vilayəti əhatə edən bölgü diqqətçəkən nəticələr ortaya qoyub. Bunu Türkiyə mediasına istinadən bildirib. Alparslan və Göktuğ adları ümumilikdə 59 vilayətdə ilk sırada qərarlaşıb. Bununla yanaşı, bölgələr üzrə fərqli ad seçimləri də diqqə

15:31 232
.

Smartfonu olmayanlar terminallarda necə ödəniş edəcəklər?

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. Qaydaya əsasən, 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsa

17.11.2026 449
.

Əmək haqqı ödənişləri elektronlaşdırılacaq

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtınd

17.11.2026 518
.

500 manatdan çox terminal ödənişlərində şəxsiyyət vəsiqəsi niyə lazımdır? - Video

Ödəniş terminallarında 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı yeni tələb tətbiq olunur. Artıq bu məbləği aşan əməliyyatlar üçün istifadəçilər şəxsiyyətlərini "bir ID", "SİMA" və ya "myGov" platformaları vasitəsilə təsdiqləməlidirlər. Bəs yeni məhdudiyyəti

14:50 233
.

"Bu, olduqca axmaqlıqdır" - Pistoriusdan diqqətçəkən açıqlama

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələri tənqid etməyi "axmaqlıq" adlandırıb. xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi məlumat yayıb. Pistorius bildirib ki, Rusiyanın strateji hərbi hədəflərinə və hərbi məqsədlər üçü

11:26 241
.

Unudulan xatirələr, itən köklər: Ailə yaddaşını necə qoruyaq?

Bir ev düşünək. Divardan köhnə bir fotoşəkil asılıb. Şəkildə nənə, baba, bəlkə də çoxdan dünyasını dəyişmiş başqa bir ailə üzvü var. Uşaqlar hər gün bu fotoya baxırlar, lakin şəkildəki insanların kim olduğunu, harada yaşadıqlarını, hansı çətinliklərdən keçdiklərini bilmirlər. Bir gün foto divardan götürülür

15:24 201
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

11:50 237
.

Qiymətlər 8,4 faiz bahalaşıb - AÇIQLAMA

"Mənzil bazarında yaxın dövr üçün kəskin qiymət azalması gözlənilmir. Daha real senari qiymət artımının müəyyən qədər səngiməsi və bazarın tədricən sabitləşməsidir. Rəsmi statistik göstəricilər də bunu təsdiqləyir. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda mənzil qiymətləri ötən ilin müvafiq dövr

15:48 201
.