Azərbaycanda mobil rabitə bazarına xarici şirkətlərin marağı niyə zəifdir?
Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə "onları ölkəyə buraxmırlar" və ya "özləri gəlmək istəmirlər" kimi sadə yanaşmaq düzgün olmaz. Bu, daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlı məsələdir.
Məsələn, "Vodafone", "Orange" və ya "T-Mobile" kimi iri telekommunikasiya şirkətləri yeni bazara daxil olarkən ilk növbədə əhalinin sayını, potensial gəlirləri, investisiya xərclərini və bazardan əldə edə biləcəkləri payı qiymətləndirirlər.
Mobil rabitə sektoru böyük həcmdə investisiya tələb edən sahələrdən biridir. Əgər şirkət hesab edirsə ki, qoyacağı investisiyanın geri dönüşü gözləntilərini doğrultmayacaq, həmin bazara daxil olmaqda maraqlı olmaya bilər.
Digər tərəfdən, telekommunikasiya sektoru istənilən ölkədə strateji əhəmiyyətə malik sahə hesab olunur. Burada söhbət təkcə zəng və internet xidmətlərindən getmir. Dövlət qurumlarının rabitəsi, fövqəladə hallar zamanı kommunikasiya, milli təhlükəsizlik və kritik infrastruktur da bu sistemlərdən asılıdır. Buna görə də bir çox ölkələrdə mobil rabitə bazarı adi biznes sahələrindən fərqli olaraq daha ciddi şəkildə tənzimlənir.
Bununla belə, açıq etiraf etmək lazımdır ki, istifadəçilərin əsas gözləntisi daha münasib qiymətlər və daha keyfiyyətli xidmətlərdir. Qiymətlər artdıqca insanlar təbii olaraq düşünürlər ki, bazarda daha çox mobil operator fəaliyyət göstərsəydi, rəqabət güclənər və xidmət şərtləri yaxşılaşardı.
Bu yanaşma müəyyən mənada məntiqlidir. Çünki rəqabət şəraitində şirkətlər müştərilərini itirməmək üçün xidmət keyfiyyətini artırmağa və daha sərfəli təkliflər təqdim etməyə çalışırlar.
Lakin xarici operatorun bazara daxil olması qiymətlərin avtomatik olaraq aşağı düşəcəyi anlamına gəlmir. Telekommunikasiya sektorunda tezlik resurslarının ayrılması, şəbəkə infrastrukturunun qurulması, enerji xərcləri, avadanlıqların alınması və texniki xidmət kimi ciddi maliyyə öhdəlikləri mövcuddur.
Bu səbəbdən məsələ yalnız bazarda fəaliyyət göstərən operatorların sayı ilə məhdudlaşmır. Əsas məsələ sağlam rəqabət mühitinin formalaşdırılması, investisiya imkanlarının genişləndirilməsi və istehlakçılara daha keyfiyyətli xidmətlərin təqdim edilməsidir.
Elvin Həsənov-İKT üzrə mütəxəssis
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 231 Tarix: 18 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPeskov Putin və Si Cinpinin Ukraynadakı münaqişəni müzakirə etdiklərini açıqlayıb
Rusiya Prezident Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Şençjendə keçirilən görüşdə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya lideri Si Cinpinə ABŞ prezidentini
1 Ədviyyatlı bulyon qarışıqlarının gizli təhlükəsi - Mütəxəssislər xəbərdarlıq edir
"Qalinablanka" və digər ədviyyatlı bulyon qarışıqlarının mütəmadi və həddindən artıq istifadəsi sağlamlıq baxımından arzuolunan deyil. Bu məhsulların tərkibində, adətən, yüksək miqdarda duz, dad və aroma gücləndiriciləri (məsələn, monosodium qlutamat - E621), müxtəlif aromatizatorlar, nişast
11:41 262 "Batareyaları digər tullantılara qatmaq düzgün deyil"
Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz batareyaların İstifadə müddəti başa çatdıqdan sonra çox vaxt adi məişət tullantıları ilə birlikdə zibil qutusuna atılır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, istifadə olunmuş batareyalar düzgün utilizasiya edilməlidir. Ekoloq Rövşən Abbasov -a bildiri
15:16 232 Azərbaycanda mənzil qiymətləri ucuzlaşacaq? Əmlak bazarının gələcəyi ilə bağlı proqnoz
Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin mən hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə fərqlənməsi kimi qiymətləndirmək daha doğrudur. İlk növbədə bir məqamı nəzərə almalıyıq
14:37 231 Meksikanın məşhur narkobaronu 80 yaşında vəfat etdi
Meksikanın ilk böyük narkotik kartellərindən birinin qurucusu, "Bossların Bossu" ləqəbi ilə tanınan Migel Anxel Feliks Qalyardo (Miguel Ángel Félix Gallardo) 80 yaşında vəfat edib. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, o, Meksikanın qərbində yerləşən Qvadalaxara şəhərindək
11:15 266 Prezident onları təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adında
15:30 236 Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev 14 il şərti cəza ilə razılaşmır. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "boz kardinal" Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Şikayət ərizəsind
10:28 293 Dünyanın ən gözəl qadınının 78 yaşlı atası özündən 35 yaş kiçik modellə evlənir
Dünyanın ən gözəl qadını seçilən məşhur model Bella Hadidin atası, 78 yaşlı milyarder Məhəmməd Hadid yenidən evlənməyə hazırlaşır. xarici mediaya istinadən xəbər verir ki, Fələstin əsilli amerikalı iş adamı özündən 35 yaş kiçik, 43 yaşlı rusiyalı model Keni Silvaya evlilik təklifi edib. Onlar nişanlandıqların
18:15 125 ABŞ Çin və Rusiya ilə üçtərəfli nüvə rəqabətinə girir
ABŞ Çin və Rusiya ilə görünməmiş üçtərəfli nüvə rəqabətinə daxil olur. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetində dərc olunan məqalədə bildirilib. Qeyd olunub ki, 2020-ci ildən bəri Çinin nüvə arsenalı təxminən 200-dən 600-ə qədər artıb. Bu göstərici ABŞ və Rusiyanı
11:30 236