Çox yatandan sonra başımızın ağrımasının SƏBƏBİ
Uzun müddət yatmaq hər zaman orqanizmin daha yaxşı dincəlməsi demək deyil. Bəzən 10 saat və ya daha çox yuxudan sonra insan özünü yorğun hiss edir və baş ağrısı ilə oyanır. Mütəxəssislər bunun bir neçə səbəbi olduğunu bildirirlər.
Lent.az xarici mediaya itinadən xəbər verir ki, araşdırmalar həddindən artıq uzun yuxunun və yuxu rejiminin pozulmasının baş ağrısına səbəb ola biləcəyini göstərir. Bu hal xüsusilə miqrenə meyilli insanlarda daha çox müşahidə olunur. Bununla belə, 10 saat yatmaq hər kəs üçün problem hesab edilmir. Burada insanın adi yuxu müddəti, yuxunun keyfiyyəti və səhər baş ağrısı ilə yanaşı ortaya çıxan digər əlamətlər mühüm rol oynayır.
Uzun yuxudan sonra baş ağrısının səbəbləri
Mütəxəssislərin fikrincə, əsas səbəblərdən biri orqanizmin bioloji saatının pozulmasıdır. Məsələn, hər gün səhər saat 7-də oyanmağa alışmış insan həftəsonu saat 10-a qədər yatdıqda bədənin öyrəşdiyi rejim dəyişir. Bu dəyişiklik bəzi insanlarda yuxunun tənzimlənməsinə və ağrıya həssaslığa təsir göstərə bilər. Nəticədə insan uzun müddət yatmasına baxmayaraq, baş ağrısı ilə oyana bilər.
Digər mümkün səbəb susuzlaşmadır. Yuxu zamanı insan uzun müddət su qəbul etmir. Əgər əvvəlki gün kifayət qədər maye içməyibsə, çox tərləyibsə və ya spirtli içki qəbul edibsə, səhər baş ağrısı ehtimalı arta bilər.
Bundan əlavə, səhər yeməyinin gecikdirilməsi, boyun və çiyin əzələlərinin gərginliyi, eləcə də gündəlik kofein qəbulunda dəyişikliklər baş ağrısına səbəb ola bilər. Məsələn, hər səhər müəyyən saatda qəhvə içməyə alışmış insan gec oyandıqda kofein qəbulunu gecikdirir. Bu isə bəzi hallarda baş ağrısını tətikləyə bilər.
Baş ağrısının qarşısını necə almaq olar?
Mütəxəssislər yuxu rejimini mümkün qədər sabit saxlamağı tövsiyə edirlər. Hətta istirahət günlərində belə, adi oyanma saatından çox uzaqlaşmamaq məsləhətdir. Əgər insan gecə yaxşı yatmayıbsa, gün ərzində açıq havada gəzmək və 20-30 dəqiqəlik qısa gündüz yuxusu ilə dincəlmək faydalı ola bilər. Gündüz saatlarında uzun müddət yatmaq tövsiyə edilmir. Çünki bu, orqanizmin təbii bioloji ritmini poza və gecə yuxuya getməyi çətinləşdirə bilər.
Nəticədə yuxusuzluq və baş ağrısı təkrarlana bilər. Eyni zamanda, həddindən artıq uzun gecə yuxusu da bəzi insanlarda oxşar problemlərə yol aça bilər. Mütəxəssislər kifayət qədər su içməyi, düzgün qidalanmağı və rahat yuxu şəraiti yaratmağı da məsləhət görürlər.
Baş ağrısı nə zaman təhlükəli ola bilər?
Həkimlər bildirirlər ki, baş ağrısı hər zaman sadəcə yorğunluq və ya uzunmüddətli yuxu ilə əlaqəli olmur. Xüsusilə güclü, döyünən və ya əvvəlkilərdən fərqlənən baş ağrıları bəzi nevroloji pozuntuların və digər xəstəliklərin əlaməti ola bilər. Baş ağrısı tez-tez təkrarlanırsa, getdikcə güclənirsə və ya digər narahatedici əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək vacibdir.
Qəfil başlayan çox şiddətli baş ağrısı, görmə və nitq pozuntusu, yaxud bədənin bir tərəfində zəiflik olduqda isə təcili tibbi yardım tələb olunur. Mütəxəssislər vurğulayırlar ki, sağlam yuxunun əsas göstəricisi yalnız onun müddəti deyil, həm də keyfiyyəti və müntəzəmliyidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 79 Tarix: 18 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇamadanlarını deyil, uşaqlarını unutdular
Braziliyada təyyarədən düşərək terminala doğru gedən ailə 7 yaşlı uşağını oturacaqda unudub. Bunu xarici mediaya istinadən bildirib. Uçuş başa çatdı, sərnişinlər təyyarəni tərk etdi və salon tamamilə boşaldı. Ən azı hər kəs belə düşünürdü. Braziliyada rutin yoxlama aparan heyətin oturacaqda təkbaşın
16:02 229 Meksikanın məşhur narkobaronu 80 yaşında vəfat etdi
Meksikanın ilk böyük narkotik kartellərindən birinin qurucusu, "Bossların Bossu" ləqəbi ilə tanınan Migel Anxel Feliks Qalyardo (Miguel Ángel Félix Gallardo) 80 yaşında vəfat edib. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, o, Meksikanın qərbində yerləşən Qvadalaxara şəhərindək
11:15 266 Çox yatandan sonra başımızın ağrımasının SƏBƏBİ
Uzun müddət yatmaq hər zaman orqanizmin daha yaxşı dincəlməsi demək deyil. Bəzən 10 saat və ya daha çox yuxudan sonra insan özünü yorğun hiss edir və baş ağrısı ilə oyanır. Mütəxəssislər bunun bir neçə səbəbi olduğunu bildirirlər. xarici mediaya itinadən xəbər verir ki, araşdırmalar həddindən artıq uzu
19:15 24 Fransa Ukraynada qoşunlarının olduğunu təsdiqlədi
Fransanın xarici işlər naziri Jan-Noel Barrot Fransa qoşunlarının Ukraynada olduğunu təsdiqləyib. O, bunun Parisin edə biləcəyi ən az dəstək olduğunu bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Barrot Fransa hərbçilərinin Ukraynada təlim və texniki dəstək məqsədil
11:06 238 "Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video
Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk
12:51 404 "Bu, olduqca axmaqlıqdır" - Pistoriusdan diqqətçəkən açıqlama
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələri tənqid etməyi "axmaqlıq" adlandırıb. xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi məlumat yayıb. Pistorius bildirib ki, Rusiyanın strateji hərbi hədəflərinə və hərbi məqsədlər üçü
11:26 250 Qiymətlər 8,4 faiz bahalaşıb - AÇIQLAMA
"Mənzil bazarında yaxın dövr üçün kəskin qiymət azalması gözlənilmir. Daha real senari qiymət artımının müəyyən qədər səngiməsi və bazarın tədricən sabitləşməsidir. Rəsmi statistik göstəricilər də bunu təsdiqləyir. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda mənzil qiymətləri ötən ilin müvafiq dövr
15:48 244 Azərbaycanda mənzil qiymətləri ucuzlaşacaq? Əmlak bazarının gələcəyi ilə bağlı proqnoz
Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin mən hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə fərqlənməsi kimi qiymətləndirmək daha doğrudur. İlk növbədə bir məqamı nəzərə almalıyıq
14:37 231 Prezident onları təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adında
15:30 236