Polat Alemdar ekranlara qayıdır? Necati Şaşmazla bağlı sürpriz İDDİA
"Kurtlar Vadisi" serialında Polat Alemdar obrazı ilə tanınan Necati Şaşmazın qardaşı Raci Şaşmazın ssenarisini yazdığı "Yeraltı" serialında qonaq oyunçu kimi rol ala biləcəyi irəli sürülüb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hekayəsi və atmosferi ilə "Kurtlar Vadisi"nə bənzədiyi deyilən serial, Şaşmazın sürpriz bir rolda görünə biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub. Lakin nə aktyor, nə də çəkiliş heyəti hələlik rəsmi açıqlama verməyib.
Türkiyə televiziya tarixinin ən çox müzakirə olunan seriallarından biri olan "Kurtlar Vadisi"nin baş rol ifaçısı Necati Şaşmazın yeni layihədə rol alacağı ilə bağlı şayiələr yayılıb.
Polat Alemdar obrazı ilə böyük bir pərəstişkar kütləsi qazanan Necati Şaşmazın "Yeraltı" serialında sürpriz bir rolda qonaq aktyor kimi görünə biləcəyi irəli sürülüb. Lakin aktyor və ya serialın istehsal heyəti tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Şaşmazın layihəyə daxil edilib-edilməyəcəyi və mümkün rolu hələlik məlum deyil.
İddianı diqqətəlayiq edən detallardan biri də Necati Şaşmazın qardaşı Raci Şaşmazın "Yeraltı" serialının ssenari müəllifləri qrupunda olmasıdır. "Kurtlar Vadisi"nin yaradıcı heyətində də çalışan Raci Şaşmaz yeni serialın ssenarisini Berna Aruzla birlikdə yazır.
Cinayətkar aləmdəki hakimiyyət mübarizələrinə diqqət yetirən serial, hekayəsi və atmosferinə görə "Kurtlar Vadisi" ilə müqayisə edilir. Murat Öztürkün rejissorluğu ilə çəkilən "Yeraltı" serialı Türkiyədəki cinayətkar təşkilatlar və kartellər arasındakı hakimiyyət mübarizəsindən bəhs edir. Çərşənbə axşamları NOW TV-də yayımlanan serialın premyerasından bəri reytinqlərin zirvəsinə yüksəldiyi bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 75 Tarix: 18 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏmək haqqı ödənişləri elektronlaşdırılacaq
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının təmin olunması, işçilərin əməkhaqlarının vaxtınd
17.11.2026 532 "Bu, olduqca axmaqlıqdır" - Pistoriusdan diqqətçəkən açıqlama
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələri tənqid etməyi "axmaqlıq" adlandırıb. xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi məlumat yayıb. Pistorius bildirib ki, Rusiyanın strateji hərbi hədəflərinə və hərbi məqsədlər üçü
11:26 252 Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü
Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin
10:42 256 İTİRDİKLƏRİMİZ: BİR ZAMANLAR İNSAN OLMAQ VARDI
Bir zamanlar qapılar açıq, könüllər bir-birinə yaxın idi…. Əvvəllər bir qonşunun qapısı döyüləndə içəridən ilk olaraq bir səs eşidilərdi: "Buyur, qonşum, xoş gəlmisən. İndi isə eyni binada illərlə yaşayıb bir-birimizin adını belə bilmədən ömrümüzü başa vururuq. Əvvəllər bir boşqab yemək qonşuda
17.11.2026 487 Qızılın qramı 120 manata düşüb
Son günlər qızılın qiyməti ucuzlaşır. Ekspertlər qızılın 1 qramının qiymətinin 120-130 manatadək endiyini bildiriblər. Qızıl dəyərdən düşür? . İqtisadçı Natiq Cəfərli -a bildirib ki, dünya birjalarında qızılın qiymətinin enməsinin bir neçə səbəbi var: "Əsas səbəblərdən biri odur ki, Amerikanın Mərkəz
14:00 324 "İrşad"da yeni missiya başlayır: Yaşıl Cümə! - VİDEO
"İrşad" 20-30 noyabr tarixlərində ilin ən gözlənilən alış-veriş missiyalarından birinə start verir. Kampaniya çərçivəsində mağazalar şəbəkəsində təqdim olunan geniş çeşidli məhsullara 70%-dək endirimlər tətbiq edilir. Aksiya müddətində müştərilər məhsulların endirimli qiymətini 18 aya FAİZSİZ
12:16 318 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi
Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub. APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilə
16:22 288 Vulkanların "qara qutusu" tapıldı - Püskürmələrin sirrini açılır
Alimlər vulkan püskürmələrini əvvəlcədən proqnozlaşdırmağa kömək edə biləcək yeni üsul aşkar ediblər. Məlum olub ki, vulkanik süxurlardakı kristallar yerin dərinliklərində baş verən proseslər barədə mühüm məlumatları qoruyub saxlayır. xarici mediaya istinadla xəbər verir ki, tədqiqata Avstraliyanın Kvinslen
18:30 161 Çılpaq qadın fotoları müqabilində hərbi sirləri açıqladı
Hindistan Hərbi Hava Qüvvələrinin zabiti çılpaq qadın fotoları müqabilində məxfi hərbi sənədləri Pakistan casusuna ötürüb. xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb. Məlumata görə, zabit qarşı tərəflə WhatsApp vasitəsilə əlaqə saxlayıb. O, casusdan messencer üzərində
11:20 282