Təhlükəsizlik prioritetdir: TikTok 2026-cı ilin birinci rübündə Azərbaycanda təxminən 600 min videonu silib
Video yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok üçün Azərbaycandakı istifadəçilər üçün təhlükəsiz və rahat rəqəmsal mühitin formalaşdırılması əsas prioritetlərdən biri olaraq qalır. Məhz buna görə də şirkət istifadəçilərin qorunmasına, kontent yaradıcılarının dəstəklənməsinə yönəlmiş tədbirlər barədə məlumat verən İcma Qaydalarına Əməl Olunması Hesabatını mütəmadi olaraq dərc edir.
TikTok 2026-cı ilin birinci rübü üzrə "İcma Qaydalarının tətbiqi haqqında" hesabatını açıqlayıb. Hesabatda platformanın istifadəçi təhlükəsizliyinin təmin edilməsi istiqamətində gördüyü işlərin nəticələri, eləcə də kontent moderasiyasına yanaşmalardakı yeniliklər əks olunub.
Hesabata əsasən, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda:
• İcma Qaydalarının pozulmasına görə 590 mindən çox video silinib;
• Silinən videoların 99,4%-i platforma tərəfindən proaktiv şəkildə, yəni istifadəçi şikayəti daxil olmadan aşkarlanaraq aradan qaldırılıb;
• İcma Qaydalarına uyğun olmayan videoların 95,7%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.
Eyni dövr ərzində TikTok qlobal miqyasda:
• İcma Qaydalarını pozan 184 milyondan çox videonu silib;
• Qayda pozuntularının 99,3%-i istifadəçi şikayəti daxil olmadan aşkarlanıb;
• Bu cür kontentin 94,4%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.
2025-ci il ərzində isə TikTok Azərbaycanda İcma Qaydalarının pozulması səbəbindən 3,6 milyondan çox videonu platformadan silib.
2026-cı ildə TikTok istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yanaşmalarını təkmilləşdirməyə və kontent moderasiyasında süni intellekt texnologiyalarının tətbiqini genişləndirməyə davam edir. Bu ildən etibarən şirkət ilk dəfə olaraq platformadan avtomatik silinən kontentlə bağlı statistikaya süni intellekt texnologiyaları vasitəsilə silinmiş videoları da daxil edir. Hazırda avtomatlaşdırılmış sistemlər, o cümlədən süni intellekt texnologiyaları platformada silinən bütün kontentin 96%-dən çoxunu aşkarlayaraq operativ şəkildə aradan qaldırır. Bu isə platformanın tələblərinə zidd olan paylaşımların daha operativ aşkarlanmasına imkan yaradır.
TikTok LIVE yayımların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri də davamlı olaraq gücləndirir. Platforma 2026-cı ilin birinci rübündə dünya üzrə 50,8 milyon canlı yayımı dayandırıb. Bununla yanaşı, TikTok canlı yayımlar zamanı qazanc imkanlarını tənzimləyən qaydaların tətbiqini də təkmilləşdirir. Məqsəd orijinal və keyfiyyətli LIVE-kontent yaradan müəlliflərin dəstəklənməsini və mükafatlandırılmasını təmin etməkdir. 2026-cı ilin birinci rübünün nəticələrinə əsasən, platforma TikTok-un tələblərinin pozulması səbəbindən 58,2 milyondan çox canlı yayım üzrə müəlliflərə xəbərdarlıq edib və ya onların monetizasiya alətlərinə çıxışını məhdudlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 165 Tarix: 13 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq"
"Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir. Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında olan münasibətlərə nəzər salın". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliye
11:36 177 Suraxanı rayonunda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb
Paytaxt ərazisində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun 14 İyul küçəsi və ərazidəki parkda abadlıq işləri həyata keçirilib. Görülən işlər nəticəsində həm ərazinin infrastrukturunu yenilənib, həm də sakinlər üçün rahat istirahə
13:14 168 Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub
2026-cı ilin iyun ayında Gürcüstandan 17,5 min baş diri qoyun ixrac edilib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, ixracın ümumi dəyəri 2,1 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyn
12.07.2026 260 Şuşada Prezidentin iştirakı ilə Forum keçirildi - Video - Yenilənib
Prezident İlham Əliyevin iştirakı ilə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq. "Qafqazinfo" xəbər verir ki, açılışı Azərbaycan liderinin sosial media hesablarında
10:00 154 Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
Beynəlxalq Fizika Olimpiadası tarixində ilkə imza atılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Belə ki, Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-c
10:58 256 Küveytdə ABŞ hədəflərinə zərbə: İİKK-dən yeni açıqlama
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveytdəki ABŞ hədəflərinə endirilən zərbələr zamanı HIMARS raket sistemlərini və onlara məxsus sursatları məhv etdiyini iddia edib. xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb. İİKK-nin bəyanatında deyilir:. "Bu əməliyyat zamanı İrana doğr
10:25 163 "Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım"
Azərbaycan Prezidenti İlham Əliyev Folklend adaları məsələsinə münasibət bildirib. "Qafqazinfo"nun APA-ya istinadən xəbərinə görə, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda argentinalı jurnalistin Böyük Britaniya və Argentina arasında Malvin (Folklend) adaları ilə bağlı sualın
14:15 202 Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? (VİDEO)
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı görkəmli xanəndə, Əməkdar artist Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunub. Verilişdə sənətkarın yaxın dostları və həmkarları onunla bağlı indiyədək geniş ictimaiyyətə məlum olmayan xatirələrini bölüşüblər. Diqqətçəkən məqamlarda
12:10 216 Əshabı-Kəhf hadisəsinə fərqli baxış: Möcüzələr gələcəyin texnologiyasıdırmı?
"Əshabı-Kəhf (Mağara yoldaşları) həm islam, həm də xristian mənbələrində yer alan, əsrlər boyu insanların düşüncəsinə təsir göstərən ən məşhur rəvayətlərdən biridir. Bu hadisəni kimisi tarixi fakt, kimisi isə dərin mənəvi məna daşıyan bir rəvayət kimi qəbul edir". Bunu İKT üzrə mütəxəssis Bəhru
15:04 118