Kondisionerdən istifadə zamanı elektrik xərcini azaltmaq üçün TÖVSİYƏLƏR
Yay istisində kondisionerlərdən istifadə artır, lakin bununla yanaşı elektrik enerjisi xərcləri də yüksəlir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yüksək ödənişlərin səbəbinin hər zaman tariflər olmadığını deyirlər. Çox vaxt problem kondisionerdən düzgün istifadə edilməməsi ilə bağlı olur.
Kondisioner niyə çox elektrik sərf edir?
Bir çox istifadəçi otağı daha tez sərinlətmək ümidi ilə kondisioneri ən aşağı temperatur rejiminə keçirir. Lakin mütəxəssis vurğulayır ki, kondisioner soyuq yaratmır, sadəcə otaqdakı istiliyi xaricə ötürür.
Temperaturu həddindən artıq aşağı səviyyəyə endirmək otağın daha tez soyumasına kömək etmir. Əksinə, bu, kompressorun maksimum gücdə işləməsinə səbəb olur və elektrik sərfiyyatını artırır.
Mütəxəssislərin fikrincə, otaqla çöldəki hava arasındakı temperatur fərqinin 6-8 dərəcə olması həm rahatlıq, həm də enerji qənaəti baxımından ən optimal göstəricidir.
"Turbo" və ya "Jet Cool" rejimi
Bu rejim ən çox elektrik enerjisi sərf edən funksiyalardan biridir. O, ventilyatoru və kompressoru maksimum gücdə işlədərək cihazın üzərinə böyük yük salır. Elektrik xərclərini azaltmaq istəyənlərə kondisioneri sabit rejimdə işlətmək tövsiyə olunur.
"Dry" (Qurutma) rejimi
Bu rejim havanı soyutmur, yalnız rütubəti azaldır. Ondan əsasən yağışlı və yüksək rütubətli havalarda istifadə etmək məqsədəuyğundur. İsti hava ilə mübarizə üçün bu rejim uyğun hesab edilmir.
Cəmiyyətdə belə bir fikir var ki, kondisioneri qısa fasilələrlə işə salmaq daha qənaətlidir. Lakin elektrik ustasının sözlərinə görə, ən çox enerji cihaz ilk dəfə işə düşərkən sərf olunur.
Kondisioneri davamlı şəkildə söndürüb-yandırmaq həm elektrik sərfiyyatını artırır, həm də kompressorun daha tez sıradan çıxmasına səbəb ola bilər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 120 Tarix: 12 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Bu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO
Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi
12.09.2021 2549 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659