Metropoliten milyonlarla manat dotasiya alır, sərnişinlər isə kondisionersiz qatarlarda əziyyət çəkir - ARAŞDIRMA - RƏSMİ AÇIQLAMA

Metropoliten milyonlarla manat dotasiya alır, sərnişinlər isə kondisionersiz qatarlarda əziyyət çəkir - ARAŞDIRMA - RƏSMİ AÇIQLAMABakı Metropoliteni hər il dövlət büdcəsindən təxminən 30-40 milyon manat dotasiya aldığı halda, sərnişinlər hələ də yay aylarında dözülməz istilə üz-üzə qalırlar. Xüsusilə İçərişəhər istiqamətində hərəkət edən köhnə qatarların heç birində kondisioner sistemi yoxdur və insanlar havasız vaqonlarda yol getməyə məcbur olurlar. Bu vəziyyət haqlı olaraq ciddi suallar doğurur: dövlət büdcəsindən ayrılan on milyonlarla manat vəsait hara xərclənir?

Əgər hər il bu qədər maliyyə dəstəyi ayrılırsa, niyə sərnişinlərə ən elementar rahatlıq belə təmin edilmir? XXI əsrdə paytaxt metrosunda kondisionersiz qatarların istismarı nə sərnişin məmnuniyyəti, nə də göstərilən xidmətin keyfiyyəti baxımından qəbulolunan hesab edilə bilər.
Metropoliten milyonlarla manat dotasiya alır, sərnişinlər isə kondisionersiz qatarlarda əziyyət çəkir - ARAŞDIRMA - RƏSMİ AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bilirsiz ki, Metropoliten kommersiya şirkəti deyil, dövlətin sosial layihəsidir. Bu layihə artıq 70 ildən çoxdur davam edir. Yəni bu layihə pul qazanmaq üçün deyil. Burda məqsəd əhalinin daşınmasını təmin etmək və şəhərdə nəqliyyat sıxlığını azaltmaqdır. Onun sözlərinə görə, Metropoliten hər il dövlət büdcəsindən 30-40 milyon manat dotasiya alır: "Bu dotasiyaları Metropolitenə tələblərinə uyğun olaraq verirlər. Yəni onlar nə qədər istəyirlərsə, o qədərdə dotasiya verirlər. Metropolitenin xərclərinin açıq qalan hissəsini dövlət büdcəsindən ayrılan vəsait hesabına ödəyirlər. Misal üçün Metropolitenə 5 milyon manat artıq vəsait lazım olsa, 5 milyon manatda artıq vəsait verəcəklər. Ona görədə Metropoliten borcludur ki, vətəndaşların rahat hərəkətini təmin eləsin. Yəni o qatarların hərəkət etməsinin xərclərinin bir hissəsini vətəndaş hər dəfə metroya girəndə ödəyir, açıq qalan xərcin qalan hissəsi isə dövlət büdcəsi hesabına ödəyir. Dövlət büdcəsidə vətəndaşındır. Yəni dövlət büdcəsi vətəndaşın vəsaitindən formalaşan bir büdcədir. Ona görədə demək olar ki, bu gün Metropoliteni vətəndaş maliyyələşdirir. Metropolitendə xidmət səviyyəsi yüksək səviyyədə və bir-birindən fərqlənmədən aparılmalıdır.

Bir qatarın 40 il işləməsi absurddur. Yəni o qatarlar doğranılmaya göndərilməlidir və zavodlardan yeni vaqonlar alınmalıdır. Hanısı Dərnəgül-Həzi Aslanov istiqamətində bu cür qatarların çoxu işləyir. Bütün istiqamətlər üzrə qatarların yenisi alınmalıdır. Yaxşı olardıki, qatarları Avropadan idxal etsinlər. Bizdə qatarları əsasən Rusiyadan idxal edirlər. Rusiyada texnologiya geri qalıb. Metropoliten texnologiyası Rusiyada kifayət qədər geridə qalıb. Ona görədə Bakı Metropoliteni bu məsələni diqqətə almalıdır və Avropa ölkələrindən yeni qatarlar almalıdır. Eyni zamanda Sovet hökümətindən qalmış qatarlar artıq xəttdən çıxarılmalıdır. Sovet hökümətinin dağılmasından artıq 35 il keçib, amma hələdə bu gün Bakı Metropoliteni Sovet hökümətindən qalan qatarlardan istifafə edir. Bu biabırçılıqdır. Metropolitenin rentabelli işləməsinə gəlincə isə bu mümkün deyil. Dünya praktikasında Metropolitenin rentabelli işləməsi üçün onun stansiyalarının sayı 50-dən artıq olmalıdır.

Stansiyanın sayı 50-dən çox olduqda artıq Metropoliten mənfəətə çıxış qazanır. Ona qədər yəqinki Metropoliten dövlət büdcəsindən maliyyələşdiriləcək və bu maliyyələşdirmə nəticəsində də Metropoliten vətəndaşlara normal xidmət göstərməyə borcludur. Bu gün bütün avtobuslarda kondisioner mövcuddursa, Metropolitenin bütün qatarlarında da soyutma-isitmə sistemləri olmalıdır. Bu artıq Bakı şəhərinin sərnişin daşımasının standartlarından biridir" deyə Nəsirli qeyd edib.
Metropoliten milyonlarla manat dotasiya alır, sərnişinlər isə kondisionersiz qatarlarda əziyyət çəkir - ARAŞDIRMA - RƏSMİ AÇIQLAMAMövzu ilə bağlı nəqliyyat eksperti Ayaz Eyvazov BiG.AZ-a açıqlamasında bildirdi ki, nəqliyyat sahəsində xidmət göstərən müəssisələr üçün əsas meyarlardan biri sərnişinlərin təhlükəsizliyi ilə yanaşı, komfortunun da təmin edilməsidir. Onun sözlərinə görə, yay aylarında kondisionersiz qatarların istismarı artıq sadəcə narahatlıq deyil, həm də xidmət keyfiyyəti məsələsidir: "Xüsusilə sıx sərnişin axını olan saatlarda havasız vaqonlarda temperaturun yüksəlməsi yaşlı insanlar, uşaqlar və səhhətində problem olan şəxslər üçün əlavə risk yarada bilər. Bakı Metropoliteni hər il dövlət büdcəsindən əhəmiyyətli həcmdə subsidiya alır. Təbii ki, bu vəsaitin böyük hissəsi əməkhaqqı, elektrik enerjisi, texniki xidmət və digər istismar xərclərinə yönəldilir.

Lakin buna baxmayaraq, sərnişinlər haqlı olaraq köhnə qatarların daha sürətlə yenilənməsini və kondisioner sistemi olmayan vaqonların mərhələli şəkildə istismardan çıxarılmasını gözləyirlər. Dövlət tərəfindən ayrılan vəsaitlərin nəticəsi sərnişinin gündəlik istifadə etdiyi xidmətin keyfiyyətində də öz əksini tapmalıdır" deyə Eyvazov qeyd edib.
Metropoliten milyonlarla manat dotasiya alır, sərnişinlər isə kondisionersiz qatarlarda əziyyət çəkir - ARAŞDIRMA - RƏSMİ AÇIQLAMA"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov BiG.AZ-ın sorğusuna cavab olaraq bildirdi ki, İçərişəhər istiqamətində hərəkət edən qatarlar köhnə nəsil qatarlar olduğu üçün həmin qatarlarda kondisioner sistemi mövcud deyil. Onun sözlərinə görə, dövlət proqramına əsasən gələcəkdə qatarların yenilənməsi nəzərdə tutulub: "Qarşıdakı dövrdə 299 yeni vaqon alınacaq. Amma bu əsasən istismar müddətini başa vuran qatarlar, eyni zamanda yeni stansiyaların inşası ilə əlaqədar yeni vaqonlara yaranacaq ehtiyac səbəbi ilə yeni qatarlar alınacaq. Yəni bu gün İçərişəhər istiqamətində işləyən köhnə nəsil qatarlar istismar müddətindən asılı olaraq xəttdə saxlanılır və yaxudda xəttdən çıxarılır. Zamanla birmənalı olaraq bu qatarların hamısı yenilənəcək. Yeni qatarlar alındıqda da mütləq qaydada sərnişinlərin "kondisionerli" adlandırdığı 4-cü nəsil yeni tipli qatarlar alınacaq və onlarda da kondisioner olacaq.

Amma normativlərə görə bir qatarın istismar müddəti 31 il olduğu üçün və həmin müddət ərzində də texniki baxışı vaxtlı-vaxtında olduğu üçün bu müddət ərzində də qatarlar xəttdə saxlanmalıdır. Hazırda xəttdə olan qatarların istismar müddəti başa çatandan sonra o ya texniki komissiya tərəfindən istismar müddəti uzadılır və yaxudda xəttdən mütləq qaydada çıxarılmalıdır. Bu birmənalı tələbdir. Bu gün metro xəttində gördüyünüz hər bir qatarın istismar müddəti var və eyni zamanda texniki baxışı, qulluğu sərnişin təhlükəsizliyi baxımından birmənalı olaraq hər bir qaydalara əməl olunur. Yəni qatar istismar müddətini başa vursun və xəttdə saxlanılsın kimi bir anlayış yoxdur" deyə Məmmədov qeyd edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 912   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30.09.2026 302
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30.09.2026 131
.

Tramp: "O məni sevir, narahat olmayın"

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is

30.09.2026 255
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

30.09.2026 191
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

30.09.2026 268
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

30.09.2026 151
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30.09.2026 196
.

Futbol klubunun prezidenti başından güllələndi

"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll

30.09.2026 168
.

ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək

ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları

30.09.2026 164
.