İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilərİqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər.

Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər.

"Independent" yazır ki, alimlər Afrika siçanlarının bir növü tərəfindən yayılan virus xəstəliyi olan Lassa qızdırmasını araşdırıblar. Xəstəlik xüsusilə Qərbi Afrikada geniş yayılıb. Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, hər il təxminən 300 min insan yoluxur. Lakin kifayət qədər müşahidə aparılmadığı üçün real yoluxma sayı daha çox ola bilər.

Tədqiqatçılar 30 illik məlumatları təhlil edərək yağıntıların miqdarı ilə gəmiricilərin sayı arasında əlaqə müəyyənləşdiriblər. Daha rütubətli şərait qidanın əlçatanlığını artırır və heyvanların çoxalmasına şərait yaradır. Bu isə potensial olaraq virusun yayılması riskini yüksəldir.

Model Nigeriyada qeydə alınmış 6 mindən çox Lassa qızdırması hadisəsi əsasında yoxlanılıb. O, xəstəliyin mövsümi yayılmalarının vaxtını kifayət qədər dəqiq müəyyənləşdirib. Eyni zamanda, yoluxmuş cavan gəmiricilərin sayının artması adətən insanlar arasında xəstəlik hallarının çoxalmasından təxminən bir ay əvvəl baş verib.

Alimlər həmçinin müəyyən ediblər ki, virus gəmirici populyasiyasında qala bilir. Buna səbəb infeksiyanın yoluxmuş anadan balalarına ötürülə bilməsidir.

Bununla belə, model hələlik gələcək yayılmaların miqyasını dəqiq müəyyənləşdirməyə imkan vermir. Buna insanların davranışı, gəmiricilərlə təmas və xəstəliklərin aşkarlanmasının effektivliyi təsir göstərir.

Nepalda daşqın

Avqustun 26-da Nepal və Çin sərhədində baş verən dağıdıcı daşqın iqlim dəyişikliyinin gücləndirmiş ola biləcəyi bir sıra təbii proseslərin nəticəsi olub.

Lanqtanq-Lirunq dağından təxminən 600 metr hündürlükdəki süxur və buz qoparaq 2100 metr yüksəklikdən aşağı düşüb. Zərbə nəticəsində buz ərəyib və su, buz və dağıntılardan ibarət güclü axın yaranıb. Bu axın 30 kilometrdən çox məsafə qət edib.

Alimlər hesab edirlər ki, yamac 2015-ci il zəlzələsindən sonra zəifləyə bilərdi. Digər amillər arasında havanın isinməsi, daimi donuşluğun əriməsi, buzlağın kiçilməsi və qeyri-adi dərəcədə isti hava da göstərilir.

Son məlumatlara görə, təxminən 1400 nəfər həlak olub, minlərlə insan itkin düşmüş hesab edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 109   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.