ABŞ rəsmiləri Kubaya mümkün hərbi ssenariləri müzakirə edir - CBS
ABŞ və İran arasında davam edən gərginlik fonunda Pentaqonun diqqətinin Kubaya yönəldiyi iddia olunur.
CBS News-un məlumatına görə, adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri bildiriblər ki, hərbi planlaşdırma ilə məşğul olan qurumlar son həftələrdə Kubaya qarşı müxtəlif əməliyyat ssenarilərini nəzərdən keçirirlər. İddialara əsasən, bu variantlardan biri minlərlə hərbçinin cəlb oluna biləcəyi və ABŞ-ın 101-ci Hava-Desant Diviziyasının iştirak edəcəyi hava əməliyyatını da əhatə edir.
BiG.AZ CBS News-a istinadən xəbər verir ki, bununla yanaşı, mənbələr vurğulayıblar ki, bu müzakirələr Prezident Donald Trampın və ya Pentaqonun Kubaya hərbi müdaxilə ilə bağlı yekun qərar qəbul etdiyi anlamına gəlmir. Onların sözlərinə görə, ABŞ-ın hazırda Yaxın Şərqdə, xüsusilə İran istiqamətində hərbi və kəşfiyyat resurslarını cəmləşdirməsi fonunda Kubaya genişmiqyaslı diqqətin ayrılması real görünmür.
Məlumatda həmçinin bildirilir ki, Trampla müdafiə naziri Pit Heqset arasında İran məsələsinə yanaşma ilə bağlı fikir ayrılıqları mövcuddur. İddialara görə, Heqset Tehrana qarşı daha sərt siyasətin tərəfdarı olsa da, uzanan proses Ağ Evdə narazılıq yaradıb.
Xatırladaq ki, Donald Tramp daha əvvəl İrandan sonra diqqətin Kubaya yönələ biləcəyini və Havana ilə danışıqlar aparılacağını bəyan etmişdi. Kuba Prezidenti Migel Diaz-Kanel isə Vaşinqtonu ölkəsinə qarşı mümkün hərbi müdaxilə üçün zəmin yaratmağa çalışmaqda ittiham edib və belə bir addımın region üçün ağır nəticələr doğuracağını bildirib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 114 Tarix: 16 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni intellekt hansı peşələrin yoxa çıxmasına gətirib çıxara bilər? - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətlə inkişafı dünyada əmək bazarını köklü şəkildə dəyişməkdədir. Artıq bir çox sahədə insanların yerinə proqramlar və ağıllı sistemlər işləyir, bəzi işlər isə tamamilə avtomatlaşdırılır. Bu proses məhsuldarlığı artırsa da, milyonlarla insanın məşğulluğu ilə bağl
10:32 180 Əhalisi 4 milyon azalıb
Rusiya Prezidenti Vladimir Putin 1990-cı illərdə ölkədə sosial sahənin, sənayenin və müdafiə kompleksinin ciddi şəkildə zəiflədiyini bildirib. xəbər verir ki, Putin həmin dövrü xarakterizə edərkən "90-cı illərdə sosial sahəni, sənayeni və müdafiə sektorunu tamamilə dağıtdılar" ifadəsini işlədib
15.07.2026 311 Çində qayıqda partlayış: Ölən və yaralananlar var
Çinin Lyaonin əyalətində dənizdə hərəkətdə olan rezin qayıqda baş verən partlayış faciə ilə nəticələnib. Məlumata görə, Mopanşan adası yaxınlığında baş verən hadisə zamanı qayıqda olan 13 nəfərdən 7-si həyatını itirib, 1 nəfər isə itkin düşüb. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, yaralanan 5 nəfə
16:11 105 Keçmiş həyat yoldaşını belə təbrik etdi - Foto
"Klon" serialı ilə tanınan braziliyalı aktrisa Covanna Antonelli keçmiş həyat yoldaşı və həmkarı Murilo Benisionu ad günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, 55 yaşı tamam olan aktyor üçün sənətçi sosial şəbəkə hesabında nadir arxiv fotosu paylaşıb. Şəkildə cütlük oğulları Pyetr
16:55 63 Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
Azərbaycanlı gənc Rusiyada çayda boğulub. BİG.AZ -a istinadən xəbər verir ki, Zaqatalanın Yeni Suvagil kənd sakini, 25 yaşlı Emin Zahir oğlu Tahirov çayda çimərkən boğulub. Mərhum doğulduğu kənddə dəfn edilib
15.07.2026 383 "Qarabağ"ın bugünkü matçı canlı yayımlanmaya bilər
"Qarabağ"ın UEFA Avropa Liqasının ilk mərhələsi çərçivəsində "Vestri" ilə bu gün səfərdə oynayacağı matçın yayımı sual altındadır. Təmsilçimizin İslandiyada baş tutacaq cavab görüşü ölkəmizdə göstərilməsi düyünə düşüb. İlk oyunu yayımlayan "CBC Sport"dan -ın sorğusuna cava
16:09 120 Ləman Mərrih və Emil Abdullayevin övladı oldu
Aktrisa Ləman Mərrih ana olub. Axşam.az xəbər verir ki, rejissor Emil Abdullayevlə ailəli olan aktrisanın oğlu dünyaya gəlib. Qeyd edək ki, Emil "My name is İntiqam", "25 ilin akkordları", "Axırıncı yol", "Stalinin başı" filmlərinin rejissorudur. Ləman Mərrih is
10:24 294 Kosmosda həyatın mənşəyinə dair "şirin" dəlil tapıldı
Astronomlar kosmosda həyatın Yer üzündə necə yarandığına dair mühüm dəlillər verə biləcək yeni bir şəkər növü aşkar ediblər. Alimlərin fikrincə, bu kəşf kainatda həyatın yaranması ilə bağlı suallara yeni baxış təqdim edə bilər. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar moruq və günəşdən qoruyuc
15.07.2026 317 Rusiya ordusu Ukraynanın Sumı şəhərini bombalayıb: 3 nəfər ölüb, 17 nəfər yaralanıb
Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Sumı şəhərinə altı idarəolunan aviasiya bombası ilə zərbə endirib. APA xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov "Telegram" kanalında məlumat yayıb. Onun sözlərinə görə, hücum nəticəsində 3 nəfə
15.07.2026 235