ABŞ kosmik aparatları okeana enərkən, Rusiya niyə çölləri seçir?
Kosmik missiya başa çatdıqdan sonra ekipajın Yerə təhlükəsiz qaytarılması buraxılış mərhələsi qədər mürəkkəb mühəndislik və planlaşdırma tələb edir. Kosmik kapsulların enəcəyi ərazi isə hər ölkənin coğrafi şəraitinə uyğun seçilir.
Qaynarinfo xəbər verir ki, uzun illərdir ABŞ astronavtlarının okeana paraşütlə enməsi adi mənzərəyə çevrilsə də, Rusiya kosmonavtlarını geniş çöl ərazilərinə endirməyə üstünlük verir. İlk baxışdan bu fərq iki kosmik dövlətin fərqli strategiyası kimi görünsə də, bunun əsas səbəbi coğrafi və logistik amillərdir.
ABŞ iki böyük okeana çıxışı və inkişaf etmiş dəniz infrastrukturu sayəsində mühüm logistik üstünlüyə malikdir. NASA kosmik uçuşlarını sahil zolaqlarına yaxın kosmodromlardan həyata keçirir və geri qayıdan kapsullar iri paraşüt sistemləri vasitəsilə okeana endirilir. Suyun zərbəni yumşaltmaq xüsusiyyəti enişi daha təhlükəsiz edir. 1961-ci ildən etibarən bu üsul ABŞ-ın əsas standartlarından birinə çevrilib. Enişdən sonra ekipajın təxliyəsi isə NASA və ABŞ Hərbi Dəniz Qüvvələrinin birgə iştirakı ilə həyata keçirilir.
Rusiyada isə vəziyyət fərqlidir. Ölkənin sahil xətti ABŞ-dan daha uzun olsa da, onun böyük hissəsi sərt iqlim şəraitinə malik Şimal Buzlu okeanına çıxır. Belə şəraitdə axtarış-xilasetmə əməliyyatları olduqca çətin olduğundan, pilotlu kosmik uçuşlar Qazaxıstandakı "Baykonur" kosmodromundan həyata keçirilir. Bu səbəbdən "Soyuz" kapsulları da əsasən Qazaxıstanın geniş çöl ərazilərinə enir.
Rusiyanın kosmik proqramının tarixində suya enişlə bağlı cəmi bir məcburi istisna qeydə alınıb. 1976-cı ildə baş tutan "Soyuz 23" missiyası texniki nasazlıq səbəbindən qismən donmuş gölə enib. Kapsuldakı iki kosmonavt mənfi temperatur şəraitində təxminən doqquz saat xilasedicilərin gəlməsini gözləməli olub. Bu hadisə quruya eniş konsepsiyasının üstünlüklərini bir daha gündəmə gətirsə də, Rusiyanın eniş strategiyası onsuz da coğrafi və logistik şərtlərlə müəyyənləşirdi.
Quruya eniş zamanı zərbə suya enişlə müqayisədə daha güclü olduğundan "Soyuz" kapsulları yerə toxunmazdan dərhal əvvəl xüsusi əyləc raketlərini işə salır. Bu sistem kapsulun eniş sürətini saniyədə 1,5 metrədək azaldaraq zərbəni əhəmiyyətli dərəcədə yumşaldır.
Bununla belə, bu mexanizm enişi tam rahat etmir. Missiyasını 2011-ci ildə başa vuran italiyalı astronavt Paolo Nespoli yaşadığı təcrübəni iri yük avtomobili ilə kiçik minik avtomobilinin toqquşmasına bənzədib və həmin kiçik avtomobildə özlərinin olduğunu bildirib.
Digər tərəfdən, okeana enən astronavtlar bu təcrübəni adətən daha yumşaq qiymətləndirirlər. Onların sözlərinə görə, suya toxunma anı həyəcanverici olsa da, eniş prosesi güclü attraksion hissi yaradır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 743 Tarix: 16 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
"Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır". xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı bəyanatında yer alıb
18.08.2026 227 Yaponiya-Rusiya arasında ərazi mübahisəsi yenidən alovlandı
Yaponiya ilə Rusiya arasında uzun illərdir davam edən Kuril adaları mübahisəsi yenidən diqqət mərkəzinə gəlib. The Guardian yazır ki, Vladimir Putinin bölgəyə səfəri 150 ilə yaxın tarixə malik ərazi mübahisəsini yenidən gündəmə gətirib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, mübahisə əsasə
18.08.2026 212 Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı
Gecə saatlarında Füzuli rayonunda yeniyetmə oğlanın meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb. Avqustun 18-i saat 01 radələrində 2010-cu il təvəllüdlü Fəqan Dəryatqulu oğlu Məhərrəmovun meyiti yaşadığı evin həyətində aşkar edilib. Onun ölüm
18.08.2026 223 Kimlər universitetə imtahansız qəbul ola bilər? - DİM açıqladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Ali məktəblərə qəbul prosesində bütün abituriyentlər eyni qaydada imtahan vermir. Müəyyən kateqoriyalara aid şəxslər qanunvericilikdə nəzərdə tutulan xüsusi imkanlardan yararlanaraq müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul ola bilirlər. Dövlət İmtahan Mərkəzinin avqustun 17-də açıqladığı məluma
18.08.2026 216 "Heç vaxt brendə 5 min avro vermərəm, saxtasını alıram"
Türkiyənin məşhur sənətçisi Seda Sayan "Kafa TV" proqramında səsləndirdiyi fikirlərlə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi bahalı brendlərə minlərlə dollar xərcləmək əvəzinə, bəzən saxta çanta və geyimlərə üstünlük verdiyini açıq şəkildə etiraf edib. Seda Sayan bu mövzuda "Gucci"
18.08.2026 179 Maklerdən ucuz ev alarkən diqqət: Kupçasız əmlak hansı riskləri daşıyır?
"Maklerlərin ucuz qiymətə torpaq alaraq üzərində fərdi yaşayış evləri tikib satışa çıxarması bazarda geniş yayılmış praktikadır. Lakin belə əmlak alarkən əsas məsələ evin yeni və ya ucuz olması deyil, onun hüquqi statusu və sənədlərinin qaydasında olub-olmamasıdır". Bunu BİG.AZ-a açıqlamasınd
18.08.2026 216 İmran Xan həbsxanadan xəstəxanaya köçürülür
Pakistan Ali Məhkəməsi ölkənin sabiq Baş naziri İmran Xanın yaxın günlərdə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar çıxarıb. "Qafqazinfo" yerli "Dawn" qəzetinə istinadən xəbər verir ki, məhkəmə, həmçinin məmura ailə üzvləri ilə həftəlik görüşlərin təmin edilməsi barədə qəra
18.08.2026 242 Rusiya Ukraynaya raket zərbəsi endirdi: 10 nəfər öldü
Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinə endirdiyi raket zərbəsi nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb. Reuters-in məlumatına görə, hücum bu gün səhər saatlarında Xarkov vilayətinin Peçeneqi yaşayış məntəqəsinə həyata keçirilib. Raketlərin yaşayış binalarının, kafe, poçt şöbəsi və mağazanı
18.08.2026 190 Universitetdə təmir işləri görərkən qəfil öldü
Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə
18.08.2026 203