"Bank VTB Azərbaycan"ın xalis mənfəəti azalıb
"Bank VTB Azərbaycan" ASC cari ilin birinci yarısına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bankın xalis mənfəətində ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azalma müşahidə olunub.
"Yeni Sabah" xəbər verir ki, yanvar-iyun aylarının nəticələrinə görə, bank yarımilliyi 5,826 milyon manat xalis mənfəətlə tamamlayıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 6,319 milyon manat təşkil edirdi. Hesabat dövründə maliyyə qurumunun ümumi gəlirləri illik müqayisədə 8,1% azalaraq 26,053 milyon manata, ümumi xərcləri isə 4% azalaraq 21,393 milyon manata düşüb. Bununla yanaşı, bankın xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 2,1 dəfə artaraq 554 min manata yüksəlib, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 612 min manat təşkil edib.
Bu il iyulun 1-nə olan məlumata görə, "Bank VTB Azərbaycan"ın aktivlərinin ümumi həcmi illik müqayisədə cüzi - 0,1% kiçilərək 336,851 milyon manat təşkil edib. Aktivlərin əsas hissəsini, yəni 247,35 milyon manatını müştərilərə yönəldilən xalis kreditlər təşkil edib ki, bu da son bir ildə bankın kredit portfelinin 19,8% böyüməsi deməkdir. Bunun əksinə olaraq, hesabat dövründə bankın öhdəlikləri 3,7% azalaraq 220,669 milyon manata, depozit portfeli isə 13,3% geriləmə ilə 121,778 milyon manata düşüb. Bankın balans kapitalı isə 7,7% artaraq 116,164 milyon manat səviyyəsinə çatıb. Dördpendirli pizza
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2009-cu ildə, daha öncə fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında təsis edilib. Nizamnamə kapitalı 315,815 milyon manat olan bankın səhmlərinin böyük hissəsi (99,999995%-i) Rusiyanın "Bank VTB" ASC-yə, qalan cüzi payı (0,000005%-i) isə fiziki şəxs Adıgözəl Ağayevə məxsusdur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 616 Tarix: 16 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
22:30 38 Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?
Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay
14:11 231 Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi
Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona
18:32 163 Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?
Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca
15:12 163 Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
14:36 283 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
16:21 259 50 yaşına qədər öləcəyini bilən, evlilikdən qaçan bəstəkar
O, qeyri-adi geyimləri, özünəməxsus danışıq tərzi, fərqli səhnə davranışı və mahnıları ilə Azərbaycan şou-biznesinin ən çox diqqət çəkən simalarından birinə çevrilmişdi. Onu digərlərindən fərqləndirən təkcə səsi deyildi. Bəstələr yazır, verilişlər aparır, yeni layihələr hazırlayırdı. Tamaşaçı qarşısınd
20:00 152 İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il
13:33 438 Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub
Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd
21:00 121