Rusiyanın büdcə kəsiri proqnozdan təxminən 1 trilyon rubl çox ola bilər
Rusiyanın federal büdcəsində 2026-cı il üzrə xərclər təsdiqlənmiş plandan 1 trilyon rubldan (təqribən 13 milyard dollar) çox arta bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" Rusiya hökumətinin büdcə portalının məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, federal büdcə xərcləri hazırkı qanunla nəzərdə tutulan 44,07 trilyon rubldan 45,11 trilyon rubla qədər yüksələ bilər. Eyni zamanda gəlirlər üzrə proqnoz dəyişməz qalır və 40,28 trilyon rubl təşkil edir.
Nəticədə büdcə kəsirinin 4,83 trilyon rubla çatacağı gözlənilir. Hazırkı rəsmi proqnozda isə bu göstərici 3,79 trilyon rubl səviyyəsində nəzərdə tutulmuşdu. Beləliklə, kəsirin təxminən 1 trilyon rubl artacağı ehtimal olunur.
Rəsmi sənədlərdə xərclərin artmasının səbəbləri açıqlanmayıb. "Reuters" əlavə vəsaitlərin Ukraynaya qarşı davam edən müharibənin maliyyələşdirilməsi ilə bağlı ola biləcəyini ehtimal edib.
Rusiya Maliyyə Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin ilk yarısında federal büdcənin kəsiri artıq 5,73 trilyon rubla, yaxud ÜDM-in 2,5 faizinə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.
Rusiyanın maliyyə naziri Anton Siluanov daha əvvəl bildirib ki, yekun büdcə kəsiri ilkin proqnozdan yüksək olacaq. Lakin onun sözlərinə görə, bu, daxili borclanmanın həcminin əhəmiyyətli dərəcədə artırılmasını tələb etməyəcək.
Bundan əlavə, Rusiya Maliyyə Nazirliyi büdcədə ilkin kəsirin sıfıra endirilməsi hədəfinə çatma müddətini 2029-cu ilə qədər təxirə salıb. Nazirlik bununla büdcə kəsirinin qarşıdakı bir neçə il ərzində əvvəl nəzərdə tutulandan yüksək olaraq qalacağını etiraf edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 639 Tarix: 16 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLimit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib
Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro
17:59 176 Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər
"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür
14:47 191 Baş məşqçi: Favorit Azərbaycan millisidir
Azərbaycan millisinin sabah Lixtenşteynə qarşı keçirəcəyi UEFA Millətlər Liqası matçı öncəsi rəqib komandanın baş məşqçisi Konrad Fyunfştyuk oyunla bağlı fikirlərini bölüşüb. BİG.AZ xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında Azərbaycan yığmasının qarşılaşmanın favoriti olduğun
20:30 133 Masazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
16:43 180 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
14:15 278 ABŞ-İran qarşıdurmasında SON VƏZİYYƏT - Hörmüz məsələsi dünyanı silkələyəcək
ABŞ-İran qarşıdurması yenidən təhlükəli mərhələyə daxil olub. Tərəflər vasitəçilər üzərindən danışıqları davam etdirsələr də, mövqelər arasında ciddi fərqlər qalır. Vaşinqton Tehranın irəli sürdüyü atəşkəs şərtlərini qəbul etmir, İran isə Hörmüz boğazında normal gəmi hərəkətinin bərpasını sanksiyaları
18:15 153 İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbayca
16:09 162 Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
Türkiyə və Azərbaycan Antalyada keçiriləcək COP31 ərəfəsində əməkdaşlığı daha da dərinləşdirir. Bakıda keçirilən görüşlər zamanı Sıfır Atıq Fondu "Sıfır Atıq" baxışını, resurslardan səmərəli istifadəni və dairəvi iqtisadiyyatı Türkiyənin iqlim gündəliyinin əsas elementləri kimi vurğulayıb
16:01 164 Bu məşhurların narkotik testinin nəticələri açıqlandı
Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda
20:15 182