"Bugünkü Azərbaycan əvvəlki dövrlərin Azərbaycanı deyil" - BƏHRUZ QULİYEV

"Bugünkü Azərbaycan əvvəlki dövrlərin Azərbaycanı deyil" - BƏHRUZ QULİYEV"Son günlər Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı tənqidi və ittihamedici materialların intensivləşməsi təsadüfi proses kimi qiymətləndirilə bilməz. Tarixi təcrübə göstərir ki, Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginlik yarandığı dövrlərdə informasiya məkanı da siyasi mübarizənin əsas alətlərindən birinə çevrilir. Bu cür kampaniyalar adətən dövlətlər arasında fikir ayrılıqlarının fonunda ictimai rəyə təsir göstərmək və siyasi mesaj vermək məqsədi daşıyır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Bugünkü Azərbaycan əvvəlki dövrlərin Azərbaycanı deyil" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, bu prosesə yalnız media hadisəsi kimi baxmaq düzgün olmaz. İnformasiya müstəvisi müasir geosiyasətdə diplomatiyanın və təsir mexanizmlərinin davamı hesab edilir. Rusiya müəyyən media platformaları vasitəsilə Azərbaycana göstərmək istəyir ki, Moskvanın regional maraqları nəzərə alınmalıdır. Eyni zamanda bu, Azərbaycan cəmiyyətində və beynəlxalq auditoriyada müəyyən təsəvvür formalaşdırmağa yönəlmiş informasiya təzyiqi elementi kimi də qiymətləndirilə bilər.

Lakin bugünkü Azərbaycan əvvəlki dövrlərin Azərbaycanı deyil. Ölkə müstəqil xarici siyasət yürüdür, milli maraqlarını prioritet hesab edir və qərarlarını hər hansı kənar təzyiqdən deyil, dövlət maraqlarından çıxış edərək qəbul edir. "Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın xarici siyasətinin əsas prinsipi milli maraqların qorunması və bərabərhüquqlu əməkdaşlıqdır.

Azərbaycan Prezidenti

Digər tərəfdən, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliləməsi, regionda yeni nəqliyyat və iqtisadi layihələrin müzakirəsi Cənubi Qafqazda geosiyasi balansı dəyişir. Bu dəyişikliklər regionun bütün böyük oyunçularının diqqət mərkəzindədir və informasiya mübarizəsinin fəallaşmasına da təsir göstərən amillərdəndir.

Hesab edirəm ki, emosional reaksiyalardan daha çox, soyuqqanlı və peşəkar yanaşma vacibdir. Azərbaycan media məkanı faktlara söykənən, dövlət maraqlarını müdafiə edən və dezinformasiyaya qarşı çevik cavab verən mövqe nümayiş etdirməlidir. İnformasiya təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsidir.

Düşünürəm ki, Rusiyanın bəzi media qurumlarında müşahidə olunan anti-Azərbaycan kampaniyaları ikitərəfli münasibətlərdə narahatlıq siqnalı kimi qiymətləndirilə bilər. Bununla belə, belə kampaniyalar dövlətlərarası münasibətlərin taleyini müəyyən etmir. Münasibətlərin gələcəyi qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və siyasi dialoqa əsaslanan diplomatik qərarlardan asılı olacaq." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 546   Tarix: 17 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

22:30 38
.

Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay

14:11 231
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

18:32 163
.

Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?

Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca

15:12 163
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

14:36 283
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

16:21 259
.

50 yaşına qədər öləcəyini bilən, evlilikdən qaçan bəstəkar

O, qeyri-adi geyimləri, özünəməxsus danışıq tərzi, fərqli səhnə davranışı və mahnıları ilə Azərbaycan şou-biznesinin ən çox diqqət çəkən simalarından birinə çevrilmişdi. Onu digərlərindən fərqləndirən təkcə səsi deyildi. Bəstələr yazır, verilişlər aparır, yeni layihələr hazırlayırdı. Tamaşaçı qarşısınd

20:00 152
.

İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il

13:33 438
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

21:00 121
.