AQTA-nın yeni qaydaları müzakirə mövzusu oldu - "Buna ehtiyac var idimi?" - İQTİSADÇIDAN AÇIQLAMA

AQTA-nın yeni qaydaları müzakirə mövzusu oldu - "Buna ehtiyac var idimi?" - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ölkəyə idxal olunan iribuynuzlu və xırdabuynuzlu heyvanların daşınması ilə bağlı tətbiq edəcəyi yeni tələblər ictimai müzakirələrə səbəb olub. Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən heyvanlar yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. AQTA bu addımın heyvan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və biotəhlükəsizliyin gücləndirilməsi məqsədi daşıdığını bildirir. Lakin yeni qaydalar birmənalı qarşılanmayıb.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, bu cür tələblər sahibkarlar üçün əlavə xərc yaradacaq və nəticədə ətin qiymətinin bahalaşmasına səbəb ola bilər. O, sosial şəbəkədə paylaşımında "Yenə aşırı tənzimləmə" ifadəsini işlədərək, "Qoyun-quzunu limuzində daşımalıdırlar?" sualını səsləndirib və bu qədər sərt tələblərin tətbiqinə ehtiyac olmadığını bildirib.
AQTA-nın yeni qaydaları müzakirə mövzusu oldu - "Buna ehtiyac var idimi?" - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bu mövzuda əslində hər iki tərəfin öz məntiqi var və məsələni tək bir rəngdə görmək düzgün olmaz. Onun sözlərinə görə, AQTA-nın rəsmi izahına görə qərarın məqsədi heyvan sağlamlığının qorunması, bioloji təhlükəsizliyin gücləndirilməsi və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasıdır: "Agentliyin nümayəndəsi bildirib ki, ixtisaslaşmış nəqliyyat vasitələri heyvanların daşınması zamanı zoogigiyenik və baytarlıq normalarının təmin olunmasına imkan verir, tam dezinfeksiya oluna bilir, yem-su təminatı və ventilyasiya sistemi işləyir. Adi və ya uyğunlaşdırılmış nəqliyyat vasitələrində isə tam dezinfeksiyanın aparılması mümkün olmadığı üçün əvvəlki heyvanlardan qalan xəstəlik törədicilərinin yeni heyvanlara keçmə riski artır. Bu baxımdan qərarın arxasında tamamilə əsassız bir motiv olduğunu demək düzgün olmazdı - xüsusən idxal olunan diri heyvanlarla xəstəlik gətirilməsi real risk sayılır.

Digər tərəfdən, Natiq Cəfərlinin etirazı da boş yerdən yaranmayıb. O qeyd edib ki, Azərbaycanda heyvan idxalı ilə məşğul olan sahibkarların əksəriyyəti iri logistika şirkətləri deyil, orta və kiçik biznes nümayəndələridir və ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin alınması və ya icarəyə götürülməsi böyük xərc tələb edir. Bu xərcin son nəticədə ət qiymətinə əlavə olunacağı və logistikanın bahalaşması ilə pərakəndə satış qiymətlərinin artacağı [ kifayət qədər real narahatlıqdır - xüsusən artıq bahalaşan ət bazarı fonunda.

Mənim fikrimcə, əsas problem qərarın məzmunundan çox onun tətbiq üsulundadır. Standartın özü - tam dezinfeksiya, düzgün ventilyasiya, yem-su təminatı kimi tələblər - dünya təcrübəsində normal sayılır və heyvan rifahı baxımından əsaslıdır. Amma bu cür dəyişikliklər adətən uzun keçid dövrü, kiçik sahibkarlara maliyyə dəstəyi və ya güzəştli kreditlər, mərhələli tətbiq mexanizmi ilə müşayiət olunmalıdır ki, bazar şoku yaratmasın. Burada 2027-ci ilədək keçid dövrünün müəyyən edilməsi müsbət addımdır, lakin sahibkarların bu dövrdə real dəstək alıb-almayacağı əsas sual olaraq qalır. Yəni ehtiyac obyektiv olaraq mövcuddur, amma icra prosesi sahibkarlarla daha çox məsləhətləşmə tələb edir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 703   Tarix: 17 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

22:30 38
.

Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay

14:11 231
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

18:32 163
.

Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?

Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca

15:12 163
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

14:36 283
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

16:21 259
.

50 yaşına qədər öləcəyini bilən, evlilikdən qaçan bəstəkar

O, qeyri-adi geyimləri, özünəməxsus danışıq tərzi, fərqli səhnə davranışı və mahnıları ilə Azərbaycan şou-biznesinin ən çox diqqət çəkən simalarından birinə çevrilmişdi. Onu digərlərindən fərqləndirən təkcə səsi deyildi. Bəstələr yazır, verilişlər aparır, yeni layihələr hazırlayırdı. Tamaşaçı qarşısınd

20:00 152
.

İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il

13:33 438
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

21:00 121
.