Sosial şəbəkələrdə məşhurlaşmaq arzusu: Bunun arxasında nə dayanır? - PSİXOLOQDAN AÇIQLAMA

Sosial şəbəkələrdə məşhurlaşmaq arzusu: Bunun arxasında nə dayanır? - PSİXOLOQDAN AÇIQLAMASon illərdə sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, həm də məşhurlaşmaq, gəlir əldə etmək və şəxsi brend yaratmaq üçün platformaya çevrilib. Xüsusilə gənclər arasında blogger olmaq arzusu sürətlə yayılır. Bir çoxları hesab edir ki, sosial mediada tanınmaq uğurun, nüfuzun və maddi qazancın ən qısa yoludur. Bu səbəbdən hər gün minlərlə insan müxtəlif platformalarda məzmun istehsal etməyə başlayır və izləyici toplamaq uğrunda yarışır. Bəs bu meylin arxasında hansı psixoloji amillər dayanır?

İnsanları sosial şəbəkələrdə tanınmağa sövq edən əsas motivlər nələrdir? Tanınmaq istəyi özünüifadə ehtiyacından irəli gəlir, yoxsa bəyənilmək və təsdiq olunmaq arzusu daha güclü rol oynayır?
Sosial şəbəkələrdə məşhurlaşmaq arzusu: Bunun arxasında nə dayanır? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycan kimi kollektivist cəmiyyətlərdə "başqalarının gözündə necə görünürəm?" sualı daha böyük rol oynayır. Yəni, fərdi maraqlardan çox, cəmiyyətin, kollektivin maraqlarını daha üstün tutan bir cəmiyyətdə yaşayırıq. Onun sözlərinə görə, son illərdə sosial media göstərdi ki, məşhurluq birbaşa gəlirə çevrilə bilər: "Bu səbəbdən bəzi insanlar üçün məşhurluq artıq sadəcə məqsəd deyil, pul qazanma alətinə çevrildi. Məqsəd də yalnız pul olduğu halda bəzən etik sərhədlər pozula bilir. Çünki qalmaqal, şok və aqressiv məzmunlar, başqa məşhura söz atmaq qısa müddətdə daha çox baxış gətirə bilir. Məhz bunu isə yalnız Azərbaycan cəmiyyətinə aid etmək doğru olmaz, çünki dünyanın bir çox ölkəsində sosial media platformalarında belə məzmunlar önə çıxarılır. Psixoloji baxışdan isə, özünü dəyərli hiss edən insan adətən məşhur olmağa yox, faydalı olmağa çalışır. Amma özünü dəyərsiz hiss edən insan məhz məşhur olmağı dəyərli olmağın əvəzi kimi görür. Sırf Azərbaycan cəmiyyətindən danışsaq görünən odur ki, pul əsas dəyərə çevrildiyindən etika arxa plana keçib. Uzunmüddətli nüfuz qurmaq əvəzinə, ani qazanc üçün riskli və qalmaqallı davranışlara üstünlük verənlərin sayı çoxalır.

Bu baş verəndə bəzi insanlar üçün reputasiya alınıb-satılan bir resurs kimi görünə bilir və digərlərinin də eyni davranışı təkrarlama ehtimalı artır. Cəmiyyətdə uğurun əsas meyarı pul və məşhurlaşmaq olduqda, bəzi insanlar diqqət mərkəzində olmağı və gəliri artırmaq üçün istənilən davranışı legitim hesab etməyə başlayırlar. Bu, əxlaqın yox olması deyil, dəyərlər iyerarxiyasında pulun digər dəyərlərin önünə keçməsidir. Problem pul sevgisində deyil. Problem pul insanın kimliyini və dəyərini ölçən əsas meyara çevrilməsindədir. Mənəvi dəyərləri formalaşmamış cəmiyyət üçün, pul ali dəyərə çevrilir. Mənəvi dayaqları zəif olan insan üçün pul, bütün dəyərlərin fövqündə dayanan məqsədə çevrilə bilər. Nə qədər ki, təhsil sistemi biliklə yanaşı dəyər və mənəviyyat formalaşdıran bir sistemə çevrilməyəcək, bu mənzərə uzun illər dəyişmədən qalacaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 17 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

22:30 38
.

Bankların portfeli dəyişdi - 2,7 milyard hara gedir?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənaye və kənd təsərrüfatının payı isə azalıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikay

14:11 231
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

18:32 163
.

Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?

Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca

15:12 163
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

14:36 283
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

16:21 259
.

50 yaşına qədər öləcəyini bilən, evlilikdən qaçan bəstəkar

O, qeyri-adi geyimləri, özünəməxsus danışıq tərzi, fərqli səhnə davranışı və mahnıları ilə Azərbaycan şou-biznesinin ən çox diqqət çəkən simalarından birinə çevrilmişdi. Onu digərlərindən fərqləndirən təkcə səsi deyildi. Bəstələr yazır, verilişlər aparır, yeni layihələr hazırlayırdı. Tamaşaçı qarşısınd

20:00 152
.

İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il

13:33 438
.

Rusiyada pirotexnika zavodunda baş verən yanğın 22 evə ziyan vurub

Rusiyanın Yaroslavl vilayətinin Kubrinsk kəndində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində 22 çoxmənzilli binaya ziyan dəyib. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkələrd

21:00 121
.