Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan mətbuatı

Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan mətbuatı151 il əvvəl 1875-ci il, iyulun 22-də Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən bütün Qafqazda böyük əks-səda doğuran "Əkinçi" qəzetinin ilk sayı işıq üzü gördü. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Dövrünün görkəmli ədibləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər. Həmin vaxtdan sonra, xüsusilə də sovetlər dönəmində Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib, mətbuat orqanlarının sayı durmadan artıb, bacarıqlı jurnalistlər yetişdirilib.
Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ötən əsrin 70-80-cı illərində - Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində mətbuata ideoloji basqılar nisbətən azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ulu Öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi. Cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Ulu Öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində cəmiyyətin bu və digər nöqsanlarını açıq qeyd edirdi. Ümumilikdə, müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq sovet hakimiyyəti dövründə mətbuat nəzəriyyəsi inkişaf etdi, jurnalistika müstəqil elm sahəsi kimi dərindən öyrənilməyə başladı, o zamankı Azərbaycan Dövlət Universitetinin nəzdində jurnalistika fakültəsi yarandı. Həmin dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf təmayülləri formalaşdı.
Jurnalistikamızın inkişafında əsas mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərinə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə təsadüf edir. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ümummilli Liderin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu.
Ulu Öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Ulu Öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 7 dekabr 1999-cu il tarixli "Kütləvi İnformasiya Vasitələri haqqında" və digər qanunlar mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açdı. Həmin dövrdə Azərbaycanın özünün iqtisadi imkanlarının nisbətən zəif olmasına baymayaraq, Ulu Öndər Heydər Əliyev maliyyə vəziyyəti ağır olan qəzetlərə maddi-texniki dəstəyin göstərilməsi təşəbbüsü ilə çıxış edirdi.
2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Ümumilikdə, Ümummilli Lider mətbuatın problemlərinin həlli ilə bağlı onlarla Fərman və Sərəncam imzalayıb. Dahi şəxsiyyətin mətbuata bu cür dost, səmimi münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ulu Öndər Heydər Əliyev 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.
Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşamaqdadır. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mətbuat sahəsində atılan davamlı addımlar təsdiqləyir ki, Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında Sərəncamlar da mətbuata göstərilən qayğının tərkib hissəsidir.
Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamları da böyük rəğbətlə qarşılanır. Atılan hər bir addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. Bütün bunların nəticəsidir ki, cənab İlham Əliyev üç dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb. Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açır.
Qürur hissi ilə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. İndi Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 103   Tarix: 17 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Quzu əti niyə fərqli qiymətlərə satılır (VİDEO)

Bazarlarda satılan quzu ətinin qiymətlərində fərq müşahidə olunur. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, çəkisi 17-20 kiloqram olan quzuların əti 20-21 manata satıldığı halda, 10-12 kiloqramlıq əmlik quzuların qiyməti 23-25 manata qədər yüksəlir. Satıcılar bildirirlər ki, qiymət quzunun çəkisinə

10:16 156
.

Azərbaycan dövləti ölkəmizdə mətbuatın inkişafını hər zaman diqqət mərkəzində saxlayır

Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. Həmin vaxtdan indiyədək mətbuatımız çoxillik şərəfli yol keçib, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynayıb. Keçən il apreli

12:59 98
.

Koreyada 14 yaşadək uşaqların sosial şəbəkələrə girişi qadağan edilə bilər

Cənubi Koreya hakimiyyəti 14 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi nəzərdən keçirir. Bu barədə Koreya Respublikasının Kütləvi Kommunikasiya və Rabitə Komissiyasının sədri Kim Con Çhol bildirib. "Biz 14 yaşadək uşaqların sosial şəbəkələrdə hesab yaratmaq imkanını məhdudlaşdırmağı

16.07.2026 235
.

"Bozbash pictures" buna görə dağılıb

"Biz əvvəldən dost olmuşuq. Layihədən əvvəl də münasibətimiz var idi. Gördük ki, alındı və "Bozbash pictures"i ciddi layihəyə çevirdik. Məqsədimiz bölgələrdə çəkilişlər etmək idi. Bəzi bölgələrə hətta ikinci dəfə getdik. Sonra düşündük ki, bir müddət ara verək. Kinoteatrlardan küsdük

16.07.2026 505
.

Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub, UKMTO məlumat verir

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) cümə günü verdiyi məlumata görə, Omanın Xasab şəhərindən 19 dəniz mili şərqdə naməlum mərmi ilə tankerin vurulması nəticəsində kiçik struktur ziyana səbəb olub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, UKMTO bildirib ki, bütün heyət təhlükəsizdi

11:43 149
.

Yaponiyada taxt-tac qaydası dəyişmədi: Qadınlar hələ də imperator ola bilməyəcək

Yaponiya parlamenti İmperator evi haqqında qanuna bir sıra dəyişikliklər etsə də, ölkədə taxt-tacın yalnız kişi varislərə keçməsini nəzərdə tutan əsas prinsip qüvvədə saxlanılıb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, yeni dəyişikliklərə əsasən, imperator nəslinin keçmiş yan qollarına mənsub ola

13:42 0
.

Rusiyanın Ukraynaya hücumları davam edir: Ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın müxtəlif bölgələrinə endirdiyi son raket və pilotsuz uçuş aparatı zərbələri insan tələfatına səbəb olub. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Ukrayna mənbələrinin məlumatına görə, hücumlar nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib, daha 22 nəfər yaralanıb

12:17 137
.

Kağız dərsliklər tarixə qovuşa bilər? - Azərbaycanda rəqəmsal dərsliklərin tətbiqi müzakirə olunur - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Rəqəmsal texnologiyaların sürətlə inkişafı təhsil sahəsində də yeni yanaşmaların tətbiqini zəruri edir. Dünyanın bir çox ölkəsində şagirdlər ənənəvi kağız dərsliklər əvəzinə planşet, noutbuk və digər elektron cihazlardan istifadə edir, dərs materiallarını rəqəmsal formatda əldə edirlər. Bu yanaşma hə

13:05 102
.

Heyvanları "stresdən çıxarıb", insanları stresə salır...

Azərbaycanda təəssüf ki, hələ də bəzi qurum rəhbərləri həyata, məşhur filmdə deyildiyi kimi, "ancaq xidməti avtomobillərinin pəncərəsindən baxırlar". Həmin pəncərədən isə bütün reallıqlar, orta və aşağı təminatlı, məhdud istehlak imkanlı insanların, eləcə də xırda sahibkarların problemlər

16.07.2026 266
.

TOP MP3