Kağız dərsliklər tarixə qovuşa bilər? - Azərbaycanda rəqəmsal dərsliklərin tətbiqi müzakirə olunur

Kağız dərsliklər tarixə qovuşa bilər? - Azərbaycanda rəqəmsal dərsliklərin tətbiqi müzakirə olunurRəqəmsal texnologiyaların sürətlə inkişafı təhsil sahəsində də yeni yanaşmaların tətbiqini zəruri edir. Dünyanın bir çox ölkəsində şagirdlər ənənəvi kağız dərsliklər əvəzinə planşet, noutbuk və digər elektron cihazlardan istifadə edir, dərs materiallarını rəqəmsal formatda əldə edirlər. Bu yanaşma həm məktəb çantalarının ağırlığını azaldır, həm də dərsliklərin daha operativ yenilənməsinə imkan yaradır. Azərbaycanda isə tədris prosesi əsasən çap olunmuş dərsliklər üzərində qurulub.

Son illərdə elektron resursların istifadəsi artsa da, rəqəmsal dərsliklərin genişmiqyaslı tətbiqi hələ də reallaşmayıb. Bəs ölkəmiz bu sistemə keçidə nə dərəcədə hazırdır? Rəqəmsal dərsliklərin tətbiqi təhsil sisteminə hansı üstünlükləri gətirə, hansı çətinlikləri yarada bilər?
Kağız dərsliklər tarixə qovuşa bilər? - Azərbaycanda rəqəmsal dərsliklərin tətbiqi müzakirə olunurMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, bu mövzu son illər təhsil sahəsində ən çox müzakirə olunan və bir çox valideynin, eləcə də pedaqoqun narahatlıqla qarşıladığı məsələlərdən biridir. Onun sözlərinə görə, həqiqətən də, hər gün uşaqların çiyinlərində daşıdığı o ağır çantaları gördükcə "Niyə biz də tamamilə rəqəmsal dərsliklərə keçmirik?" sualı tamamilə təbii və haqlı olaraq ortaya çıxır: "Azərbaycanda bu keçidin tam reallaşmaması və hələ də ənənəvi kitab-dəftər sisteminin üstünlük təşkil etməsi ilk növbədə texnoloji infrastruktur fərqliliyi ilə bağlıdır. Paytaxtda cihaz təminatı və internet sürəti nisbətən yüksək olsa da, bölgələrdə və ucqar kəndlərdə hər bir ailənin fərdi planşet alması maddi çətinlik yaradır, eyni zamanda məktəblərin şəbəkə təminatının qurulması hələ tamamlanmayıb. Digər tərəfdən, pedaqoji və psixoloji amillər də mühüm rol oynayır; fiziki yazı vərdişləri və kağız kitabdan oxumaq uşaqların xırda motorikasını və koqnitiv funksiyalarını daha yaxşı inkişaf etdirir, ekrandan mütaliə isə diqqət dağınıqlığına yol açır. Nəhayət, günün böyük hissəsini ekran qarşısında keçirməyin gətirdiyi göz zəifliyi, duruş pozğunluğu və sinir sisteminin yüklənməsi kimi ciddi sağlamlıq riskləri də rəqəmsal dərsliklərə tam keçidi ləngidən əsas səbəblərdəndir.

Bununla yanaşı, məsələyə daha dərindən yanaşsaq, dərsliklərin daşıyıcısının (kağız yaxud elektron olmasının) dərsliklərin öz bərbad vəziyyətini dəyişmədiyi reallığı ilə qarşılaşırıq. Çünki dərsliklərin məzmunu ilə birbaşa məşğul olmalı olan qurumlar - Elm və Təhsil Nazirliyi (ETN) və Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) rəhbərliyi hələ də kadr məsələləri ilə məşğul olur, hansısa rayonda və ya ucqar kənddə bir müəllimin işdə qalıb-qalmaması məsələsini həll etməyə baş qatır. Bu səbəbdən dərsliklərin keyfiyyəti arxa plana keçir və məzmunca yararsız olan dərslik elektron formata yüklənsə belə, mahiyyətcə təhsilə heç bir fayda vermir.

Mühüm bir məqamı qeyd etmək lazımdır: Əslində, Azərbaycanda tamamilə rəqəmsal dərsliklərdən imtina olunmayıb. Təhsil Nazirliyinin e-derslik.edu.az portalı fəaliyyət göstərir və demək olar ki, bütün orta məktəb dərslikləri orada elektron formada yerləşdirilib. Lakin bu platforma hazırda əsas dərslik vasitəsi kimi deyil, yalnız köməkçi resurs kimi istifadə olunur.

Bir çox inkişaf etmiş ölkə də tam rəqəmsal sistemin gətirdiyi mənfi təsirləri (diqqət dağınıqlığı, oxu keyfiyyətinin aşağı düşməsi) gördükdən sonra yenidən "hibrid" (həm rəqəmsal, həm kağız) modelə üstünlük verməyə başlayıb. Bizim təhsil sistemində də keçidin tədricən, hibrid formada və infrastruktur tam hazır olduqdan sonra reallaşması həm uşaqların sağlamlığı, həm də təhsilin keyfiyyəti baxımından daha təhlükəsiz addım kimi dəyərləndirilir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 587   Tarix: 17 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosda 49 ildir: Voyager 2-nin missiyası daha da uzadıldı

Voyager 2 kosmik gəmisinin missiyası uzadılıb. xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Məlumata görə, "Böyük Partlayış" adlandırılan əməliyyat çərçivəsində enerji sərfiyyatı yüksək olan bəzi cihazların söndürülməsi və onların daha az enerji tələb edən alternativlərlə əvəzlənməsi nəzərd

12:10 200
.

Lionel Messi atasını son mənzilə belə yola saldı

Argentina milli komandasının kapitanı Lionel Messi atası Xorxe ilə vidalaşıb. xarici mediaya istinadən xəbər verir ki, dəfn mərasimi futbolçunun doğma şəhəri Rosarioda ailəsi və dostlarından ibarət kiçik bir dairənin iştirakı ilə baş tutub. Messinin atası uzun sürən xəstəlikdən sonra avqustun 7-də 6

20:45 68
.

Ev almaq istəyənlər üçün dövlət imkanları: Kimlər güzəştli ipotekadan yararlana bilər?

"Azərbaycanda vətəndaşların mənzil sahibi olması üçün əsas dövlət mexanizmlərindən biri Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə təqdim olunan adi və güzəştli ipoteka kreditləridir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksperti Fərid Cəfərli bildirib

14:41 238
.

Ermənistanda yeni konstitusiya və AİB-Aİ üzvlüyü müzakirəsi - Paşinyana SƏRT İTTİHAM

Ermənistanda yeni konstitusiya ilə bağlı referendumun keçirilməsi, eləcə də ölkənin Avropa İttifaqına (Aİ) və Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü ilə bağlı müzakirələr Baş nazir Nikol Paşinyanın müstəqil qərar qəbul etmək imkanlarının məhdud olduğunu göstərir. xəbər verir ki, bunu Ermənistan Respublik

11:47 239
.

Beynəlxalq Kosmik Stansiya orbitdən necə çıxarılacaq? - DETALLAR

ABŞ Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitdən alınmasının son prosesini həyata keçirəcək. xəbər verir ki, bunu Yuri Qaqarin adına Kosmonavt Təlim Mərkəzinin əməkdaşı Oleq Kononenko TASS-a yerləşdirilib. Onun sözlərinə görə, BKS-nin orbitdən götürülməsi son ABŞ-ın xüsusi Orbitindən Çıxarılma Vasitəsin

12:05 214
.

Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi

Prezident İlham Əliyev Azərbaycanın Belçika və Polşada yeni səfirlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin digə

14:10 216
.

Ermənistan Aİ-yə yaxınlaşsa, AİB-də üzvlüyü dondurula bilər

Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olan ölkələr Ermənistanın Avropa İttifaqına (Aİ) yaxınlaşması halında onun AİB-dəki üzvlüyünü dondura bilər. xəbər verir ki, bunu tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO RAS) baş elm

11:36 202
.

Təhsilin "beyni" ilə bağlı ciddi suallar - Dərsliklər və elmi yanaşma

"Sistemin daxilindəki problemlərin və elmi yanaşmadakı çatışmazlıqların ən çox müzakirə olunan nümunələrindən biri təhsilin elmi-metodiki bazasının formalaşdırılmasında mühüm rol oynayan Azərbaycan Respublikasının Təhsil İnstitutunun fəaliyyəti ilə bağlı tənqidlərdir". Bunu BİG.AZ-a açıqlamasınd

15:32 193
.

ABŞ-da imzalanan sənəd Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin bir il əvvəl Amerika Birləşmiş Ştatlarında paraflanması və bu prosesdə ABŞ Prezidentinin iştirak etməsi 2020-ci ildən etibarən davam edən sülh prosesinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Çünki Vətən müharibəsində qazanılan tarix

12:29 231
.

TOP MP3