"Xanımlar, kişilərin arxasınca qaçmayın"

"Xanımlar, kişilərin arxasınca qaçmayın""Doğulduğum mühit, ailəm və kasıbçılıq məni bir qərar almağa vadar etdi. Özümə söz verdim ki, böyüyəndə çox yaxşı həyatım olacaq, varlı olacağam, ailəmə və ətrafımdakı insanlara kömək edəcəyəm. Niyyət etdim və istədiyim həyata nail oldum".

Axşam.az xəbər verir ki, bu sözləri keçmiş model, sosial şəbəkələrdə dəbdəbəli həyat tərzi ilə tanınan Diana Əhədpur izləyicilərinin suallarını cavablandırarkən deyib. Diana uğurunun sirrindən, həyata baxışından və şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib. O bildirib ki, həyatını dəyişən qərarın təməli uşaqlıq illərində qoyulub.

Diana özünəinamlı görünməsinin bəzən yanlış anlaşıldığını da deyib:

"İnsanlar düşünür ki, çox özündənrazıyam. Xeyr, mən sadəcə özümə inanıram. Özündənrazı olmaqla özünə inanmaq tamamilə fərqli anlayışlardır".

Keçmiş modelə görə xoşbəxtliyin üç əsas şərti var:

"Mənim üçün xoşbəxtlik üç şeydir: pul, sağlamlıq və sevgi. Əgər bunların üçünə də sahibsinizsə, dünyanın ən xoşbəxt insanısınız".

Diana onu uğurlu adlandıranlara "Hamı uğurumdan danışır. Amma mən fəxr edəcəyim xüsusi bir şey etməmişəm. Yaxşı insanam, yaxşı anayam. Bu dəbdəbəli həyata sahib olmağımı özüməinamıma borcluyam. Bu, mənim ən böyük uğurumdur. Sağlamlığı və sevgini pulla almaq olmaz. Qalan bir çox şeyi isə pulla əldə etmək mümkündür" cavabını verib.

O, qadınlara da məsləhət verib:

"Hər qadın öz dəyərini bilməlidir. Kişinin arxasınca qaçmamalıdır. Kişilərin arxasınca qəti qaçmayın. Əvvəlcə özünüzü sevin, o zaman sizi də sevəcəklər. Əgər kişi sizi həqiqətən bəyənirsə, özü sizin arxanızca gələcək".

Şəxsi həyatı ilə bağlı da danışan Diana Əhədpur ən cəsarətli qərarının özündən yaşca böyük kişi ilə ailə qurmaq olduğunu bildirib:

"Həyatımın ən dəli qərarı məndən yaşca böyük bir insana ərə getmək idi. Hər qadın bunu bacarmaz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 930   Tarix: 24 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Limit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir. "Qafqazinfo" -a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektro

17:59 64
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

14:15 232
.

Dilan Polat Ərdoğanı təhqir etdiyi üçün saxlanıldı

Türkiyənin sosial media fenomeni Dilan Polat "prezidentə təhqir" ittihamı ilə saxlanılıb. Türkiyə KİV-nə istinadla xəbər verir ki, haqqında araşdırma aparılan Polat ifadə vermək üçün Anadolu Prokurorluğuna aparılıb. Bildirilir ki, onun ifadə verdiyi zaman halı pisləşib. Qeyd edək ki, Dila

18:30 1
.

Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA

Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is

15:16 256
.

Tramp: "O məni sevir, narahat olmayın"

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı "dostu" adlandırıb və onun ölkəsinin nüvə silahlarına sahib olması ilə bağlı danışıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda jurnalistin Şimali Koreyanın nüvə silahına sahib olmasına, İranın is

16:37 191
.

Ev almaq niyə çətinləşir? Mənzil bazarına təsir edən əsas amillər

"İlk növbədə nəzərə almaq lazımdır ki, sovet dövrü ilə bugünkü mənzil bazarını birbaşa müqayisə etmək müəyyən mənada düzgün deyil. Çünki həmin dövrdə mənzil bazarı indiki kimi bazar prinsipləri əsasında fəaliyyət göstərmirdi. Mənzil əsasən əmtəə kimi alınıb-satılmır, dövlət tərəfindən bölüşdürülür

14:47 168
.

Niyə yadplanetlilər Yerə hücum etmir?

Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric

19:15 1
.

Bakıda doğulan müğənni Alla Puqaçovanın taxtına namizəd oldu - Sərt reaksiya

Rusiyalı müğənni Larisa Dolinanın ölkə estradasının yeni "Primadonna"sına hazır olduğunu bildirməsi tənqidlə qarşılanıb. -ın xarici KİV-ə istinadla xəbərinə görə, musiqi tənqidçisi Yevgeni Babiçev bildirib ki, belə yüksək statusu sənətçi özü müəyyən edə bilməz. Onun sözlərinə görə, kimin "Primadonna"

18:45 1
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

10:18 216
.