"Sədərək" və "Binə" bağlanır? - AÇIQLAMA

"Sədərək" və "Binə" bağlanır? - AÇIQLAMASon günlər sosial şəbəkələrdə "Sədərək" və "Binə" ticarət mərkəzlərinin fəaliyyətini dayandıracağı ilə bağlı yayılan iddialar geniş müzakirələrə səbəb olub. Məlumatlarda onlayn ticarətin sürətlə inkişaf etməsinin ənənəvi bazarlara marağı azaltdığı bildirilir.

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, internet üzərindən alış-verişin artması alıcı sayına və satış həcminə ciddi təsir göstərib. Onlardan biri bildirib ki, onlayn sifarişlərin çoxalmasından sonra alver demək olar ki, dayanıb və "Sədərək" bazarında əvvəlki canlanma qalmayıb.

Digər satıcı isə insanların əksəriyyətinin məhsulları internet vasitəsilə sifariş etdiyini, bu səbəbdən bazara gələn müştərilərin sayının xeyli azaldığını deyib.

Alıcılar arasında aparılan sorğular göstərir ki, bazara daha çox orta və yaşlı nəslin nümayəndələri üz tutur. Bəziləri onlayn alış-verişi daha sərfəli hesab etsə də, digərləri məhsulu yerində görmək, ölçüsünü yoxlamaq və keyfiyyətinə əmin olmaq üçün ənənəvi ticarətə üstünlük verdiklərini bildirirlər.

"Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimi isə yayılan iddiaları təkzib edib. O bildirib ki, ticarət mərkəzi fəaliyyətini adi qaydada davam etdirir və bağlanması ilə bağlı hər hansı qərar və ya müzakirə yoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 128   Tarix: 25 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hansı ölkənin qızılı daha keyfiyyətlidir? - ZƏRGƏRDƏN AÇIQLAMA

Qızıl zinət əşyası alarkən alıcıların qarşısında ən çox rast gəlinən suallardan biri də budur: italyan, rus, türk, yoxsa ərəb qızılına üstünlük vermək daha məqsədəuyğundur? Bazarda bu qızıl növlərinin daha keyfiyyətli, daha dayanıqlı və ya daha sərfəli olduğu barədə müxtəlif fikirlər dolaşır. "İtalyan"

24.07.2026 413
.

Çinə dağıdıcı "Noul" tayfunu yaxınlaşır - Xəbərdarlıq elan edilib

Çin "Noul" tayfunu ilə əlaqədar ölkədə narıncı xəbərdarlıq elan edib. Məlumata görə, tayfunun iyulun 25-i axşam saatlarından iyulun 26-sı səhərədək Quandun əyalətinin Çjuhay şəhəri ilə Futszyan əyalətinin Çjanpu rayonu arasındakı sahil zolağına çatacağı gözlənilir. Yerli vaxtla cümə günü saa

24.07.2026 274
.

Güclü külək əsəcək - Xəbərdarlıq

İyulun 25-26-da bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Axşam.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən

24.07.2026 270
.

Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi - Əhaliyə TƏCİLİ xəbərdarlıq

Bu gün və sabah Azərbaycanda, o cümlədən Bakıda və Abşeron yarımadasında havanın temperaturunun xeyli yüksələcəyi gözlənilir. xəbər verir ki, proqnozlara əsasən, bəzi bölgələrdə termometrlər 41 dərəcəyədək yüksələcək. Mütəxəssislər əhaliyə qızmar havalarda sağlamlıqlarını qorumaq üçün bir sıra qaydalar

14:33 127
.

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

Cari ilin 6 ayında prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2026-cı ilin birinci yarısında görülmü

24.07.2026 253
.

Gəncədə universitet əməkdaşı VƏFAT ETDİ

Azərbaycan Dövlət Aqrar Universitetinin Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin mütəxəssisi Natəvan Quliyeva vəfat edib. xəbər verir ki, bu barədə universitetdən məlumat verilib. Onun ölüm səbəbi açıqlanmayıb

14:42 103
.

Kanadada meşə yanğınları - 11 min hektar ərazi yanıb

Kanadanın Britaniya Kolumbiyası əyalətində meşə yanğınları 20-ə yaxın yaşayış evi və digər tikilini məhv edib. Bu barədə "CBC" telekanalı məlumat yayıb. Meşə yanğını bölgənin şimal-qərbində - Klinton şəhərinin ətrafında tüğyan edir. Yanğının ümumi sahəsi 11 min hektar ərazini əhatə edir. Küləyi

24.07.2026 312
.

"QoçƏt" biabırçılığı - İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" marketlər şəbəkəsinə məxsus filialda baş verən son olay yerli istehlak bazarında qida təhlükəsizliyinin hansı acınacaqlı durumda olduğunu bir daha üzə çıxarıb. Tanınmış "QoçƏt" brendinə məxsus kolbasa məhsulunu alara

24.07.2026 386
.

Məşhurların Haluk Leventin dərnəyinə bağışladığı məbləğlər açıqlandı

Türkiyədə "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan müğənni Haluk Leventlə bağlı yeni detallar ortaya çıxıb. Axşam.az xəbər verir ki, türkiyəli məşhurların "Ahbap" dərnəyinə ötən illərdə etdikləri ianələrin məbləği gündəmə gəlib. Siyahıya əsasən, ən yüksə

14:29 131
.

TOP MP3