Kiçik və orta sahibkarlar üçün vergi güzəştləri yetərlidirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Kiçik və orta sahibkarlığın inkişafı iqtisadi artımın və yeni iş yerlərinin yaradılmasının əsas şərtlərindən biri hesab olunur. Bu məqsədlə müxtəlif dövrlərdə sahibkarlar üçün vergi güzəştləri və dəstək mexanizmləri tətbiq edilib.
Lakin biznes nümayəndələri hesab edirlər ki, dəyişən iqtisadi şərait fonunda mövcud güzəştlərin əhatə dairəsi və effektivliyi yenidən qiymətləndirilməlidir. Bəs hazırda kiçik və orta sahibkarlar üçün hansı vergi güzəştləri qüvvədədir və onlar sahibkarların fəaliyyətini genişləndirmək üçün kifayət edirmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bəli, Azərbaycanda kiçik və orta sahibkarlar üçün müxtəlif vergi güzəştləri və dəstək mexanizmləri mövcuddur. Bunlara mikro sahibkarlar üçün gəlir vergisinin müəyyən hissəsinin azaldılması, kənd təsərrüfatı istehsalçılarına tətbiq olunan vergi güzəştləri, sənaye və texnologiya parklarının rezidentləri üçün müəyyən müddətə vergi və gömrük güzəştləri, startapların təşviqi, eləcə də bəzi fəaliyyət sahələri üzrə sadələşdirilmiş vergi rejimi daxildir. Onun sözlərinə görə, bundan başqa, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün də əlavə vergi güzəştləri nəzərdə tutulub: "Bununla belə, bu güzəştlərin bütün kiçik və orta sahibkarlar üçün kifayət etdiyini söyləmək çətindir. Çünki güzəştlərin əhəmiyyətli hissəsi müəyyən sektorları, bölgələri və ya xüsusi statusa malik müəssisələri əhatə edir. Ənənəvi ticarət, xidmət və istehsal sahələrində çalışan bir çox kiçik sahibkar isə gündəlik fəaliyyətində yüksək vergi və sosial ödəniş yükü ilə yanaşı, artan xərclərlə də üzləşir.
Digər tərəfdən, sahibkarlar üçün əsas məsələ təkcə vergi dərəcəsinin aşağı olması deyil. Vergi inzibatçılığının sadələşdirilməsi, yoxlamaların şəffaf aparılması, elektron xidmətlərin genişləndirilməsi, hesabatlılığın asanlaşdırılması və vergi qanunvericiliyinin sabitliyi də biznes mühitinə birbaşa təsir göstərir. Əgər sahibkar tez-tez dəyişən qaydalarla üzləşirsə və ya inzibati prosedurlar mürəkkəbdirsə, vergi güzəştlərinin təsiri də məhdudlaşır.
Mövcud şəraitdə güzəştlərin daha hədəfli şəkildə genişləndirilməsi məqsədəuyğun olardı. Xüsusilə yeni yaradılan müəssisələrə fəaliyyətlərinin ilk illərində vergi yükünün azaldılması, istehsal və ixrac yönümlü bizneslər üçün əlavə stimulların tətbiqi, innovasiya və rəqəmsal texnologiyalara investisiya qoyan şirkətlərə daha geniş vergi təşviqlərinin verilməsi sahibkarlığın inkişafına müsbət təsir göstərə bilər.
Nəticə etibarilə, Azərbaycanda kiçik və orta sahibkarlar üçün müəyyən vergi güzəştləri mövcuddur və onlar biznes mühitinin dəstəklənməsində mühüm rol oynayır. Lakin iqtisadiyyatın dinamik inkişafı, inflyasiya, artan əməliyyat xərcləri və rəqabət şəraiti nəzərə alınarsa, bu güzəştlərin əhatə dairəsinin genişləndirilməsi və daha çevik mexanizmlərin tətbiqi sahibkarlığın inkişafı baxımından daha effektiv nəticələr verə bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 129 Tarix: 28 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü külək nəticəsində xəsarət alanların sayı artdı - Yenilənib
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb. BİG.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 27.11.1961-ci il təvəllüdlü qadın və 20.10.1998-ci təvəllüdlü kişi Səhiyy
27.07.2026 323 MTK-lar evi gec təhvil verərsə, vətəndaşın hansı hüquqları var? - VƏKİLDƏN AÇIQLAMA
Mənzil almaq istəyən vətəndaşlar tikinti şirkətləri ilə müqavilə bağlayarkən ən çox mənzilin təhvil veriləcəyi tarixə diqqət yetirirlər. Lakin praktikada bir çox MTK müxtəlif səbəbləri əsas gətirərək müqavilədə göstərilən müddətə əməl etmir və mənzillərin təhvilini aylarla, bəzən isə illərlə gecikdirir
11:42 123 Nəriman Həsənzadənin vəziyyəti yenidən ağırlaşdı
Xalq şairi Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb. Bu barədə -a Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə açıqlama verib. O bildirib ki, atasının vəziyyəti əvvəlcə yaxşılığa doğru getsə də, sonradan qəfil pisləşib. "Yaxşı idi, düzəlirdi. Sonra birdən-birə ağırlaşdı. Yenidən süni tənəffü
11:27 131 Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə
Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında mübahisə baş verib. Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Qadın sərnişin sürücünün avtobusu dayanacaqd
27.07.2026 300 Arayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - Fotolar
Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə
27.07.2026 285 Rumıniya qırıcıları Rusiya dronunu vurdu
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı ölkənin hava məkanını pozan növbəti PUA-nı zərərsizləşdirib. Bu, son bir həftə (son üç gün) ərzində Rumıniya tərəfindən vurulan üçüncü Rusiyaya məxsus pilotsuz uçuş aparatıdır. Hadrısə iyulun 26-da səhər saatlarında, Ukraynanın Odessa vilayətin
27.07.2026 236 İordaniyada pilotsuz təyyarənin vurulduğu bildirilir
Ordudan verilən açıqlamada bildirilir ki, İordaniya Silahlı Qüvvələri çərşənbə axşamı yerli vaxtla bir pilotsuz təyyarəni vurub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, açıqlamada deyilir ki, pilotsuz təyyarə sübh tezdən ölkənin hava məkanını pozub və şərq səhrasında vurulub. Müəllif: İlkin Məmmədkərimo
10:19 162 Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır? (VİDEO)
Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində çimərlik ərazisinə çirkab suların axıdıldığı iddiası ilə bağlı görüntülər yayılıb. Qaynarinfo Xəzərxəbər-ə istinadən xəbər verir ki, sakinlərin bir qismi borudan kanalizasiya sularının dənizə axıdıldığını iddia etsə də, digərləri bunun qrunt suları olduğunu bildiriblər
10:09 153 Dünya plastikdən imtina edir: Azərbaycanda da qadağa tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Dünyanın bir çox ölkəsində birdəfəlik plastik məhsulların istifadəsi mərhələli şəkildə qadağan edilir və ya ciddi məhdudlaşdırılır. Məqsəd ətraf mühitin çirklənməsini azaltmaq, plastik tullantıların həcmini minimuma endirmək və insanların daha ekoloji alternativlərdən istifadəsini təşviq etməkdir. Azərbaycand
12:05 88