MTK-lar evi gec təhvil verərsə, vətəndaşın hansı hüquqları var? - VƏKİLDƏN AÇIQLAMA

MTK-lar evi gec təhvil verərsə, vətəndaşın hansı hüquqları var? - VƏKİLDƏN AÇIQLAMAMənzil almaq istəyən vətəndaşlar tikinti şirkətləri ilə müqavilə bağlayarkən ən çox mənzilin təhvil veriləcəyi tarixə diqqət yetirirlər. Lakin praktikada bir çox MTK müxtəlif səbəbləri əsas gətirərək müqavilədə göstərilən müddətə əməl etmir və mənzillərin təhvilini aylarla, bəzən isə illərlə gecikdirir. Bu isə mənzilini gözləyən şəxslərin həm əlavə kirayə xərcləri ilə üzləşməsinə, həm də maddi və mənəvi zərər görməsinə səbəb olur.

Bəs MTK müqavilədə göstərilən vaxtda evi təhvil vermədikdə qanunvericilikdə bununla bağlı hansı məsuliyyət nəzərdə tutulur? Vətəndaş gecikməyə görə kompensasiya və ya dəymiş zərərin ödənilməsini tələb edə bilərmi?
MTK-lar evi gec təhvil verərsə, vətəndaşın hansı hüquqları var? - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı vəkil Turan Abdullazadə BiG.AZ-a açıqlamasında bildirdi ki, Mənzil-Tikinti Kooperativi (MTK) tərəfindən mənzilin müqavilədə göstərilən müddətdən gec təhvil verilməsi halında vətəndaşın bir sıra hüquqi addımlar atmaq imkanı var. Onun sözlərinə görə, müqavilədə təhvil müddəti, gecikmə halında sanksiyalar (dəbbə pulu/cərimə/peniya), fors-major şərtləri konkret göstərilib-göstərilmədiyini müəyyən etmək lazımdır: "Bir çox MTK müqavilələrində gecikmə üçün gündəlik faiz (məsələn, gecikən hər gün üçün müəyyən faiz) nəzərdə tutulur. Vətəndaş da MTK-nın hərəkətləri ilə bağlı hazırki məsələyə bu prizmadan yanaşa bilər. Azərbaycan Mülki Məcəlləsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi halında borclu (bu halda kooperativ): 1) Gecikmə müddətinə görə dəbbə pulu ödəməli ola bilər (əgər müqavilədə nəzərdə tutulubsa və ya qanunla müəyyən edilibsə); 2)Vurulmuş zərərin əvəzini ödəməli ola bilər; 3) Əhəmiyyətli gecikmə halında iddiaçı müqavilənin icrasını tələb etməklə yanaşı, müəyyən şərtlər daxilində müqavilədən imtina etmək və müqaviləni ləğv etmək hüququna da malik ola bilər.

MTK-ya ünvanladığınız pretenziya nəticə vermədikdə, iddia ərizəsi ilə aidiyyəti məhkəməyə (adətən mülki işlər üzrə rayon/şəhər məhkəməsi) müraciət edilə bilər. İddiada tələb oluna bilər:

• Gecikmə üçün dəbbə pulunun ödənilməsi;

• Dəymiş zərərin (o cümlədən, məsələn, kirayə xərcləri kimi əlavə itkilərin) əvəzinin ödənilməsi;

• Ağır hallarda müqavilənin ləğvi və ödənilmiş məbləğin geri qaytarılması;

• Məhkəmə xərclərinin qarşı tərəfin üzərinə qoyulması.

Əgər gecikmə sistemli xarakter daşıyırsa və ya fırıldaqçılıq əlamətləri (məsələn, pulun mənimsənilməsi, tikintinin ümumiyyətlə aparılmaması) müşahidə olunursa, hüquq-mühafizə orqanlarına (polis, prokurorluq) müraciət etmək də mümkündür.

Qeyd olunmalıdır ki, Mənzil-tikinti kooperativləri ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və Mülki Məcəlləsi ilə tənzimlənir. Müqavilə şərtlərinə əməl edilmədikdə, o cümlədən mənzilin təhvil verilməsi gecikdirildikdə, vətəndaş məhkəməyə müraciət edərək hüquqlarının bərpasını və zərərin ödənilməsini tələb edə bilər. Bu halda, kooperativin fəaliyyətində yaranan mübahisələr məhkəmə qaydasında həll edilir və vətəndaş müqavilənin icrasını, gecikməyə görə kompensasiya və digər hüquqi təminatların tətbiqini tələb edə bilər. Mənzil-tikinti kooperativlərinin fəaliyyəti və üzvlərinin hüquqları barədə əsas qaydalar Mənzil Məcəlləsinin müvafiq maddələrində təsbit olunub və mübahisəli hallar Mülki Məcəlləyə əsasən məhkəmə tərəfindən həll edilir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 823   Tarix: 28 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kirayə mənzildə iki əcnəbinin meyiti tapılıb

Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər

11:14 188
.

Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılmas

14:47 218
.

Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert

"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Eksperti

15:07 124
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

13:47 160
.

Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini

11:08 167
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

16:21 163
.

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd

29.09.2026 219
.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

13:47 251
.

İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı

10:51 154
.