Dünya plastikdən imtina edir: Azərbaycanda da qadağa tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Dünyanın bir çox ölkəsində birdəfəlik plastik məhsulların istifadəsi mərhələli şəkildə qadağan edilir və ya ciddi məhdudlaşdırılır. Məqsəd ətraf mühitin çirklənməsini azaltmaq, plastik tullantıların həcmini minimuma endirmək və insanların daha ekoloji alternativlərdən istifadəsini təşviq etməkdir. Azərbaycanda da son illərdə nazik plastik torbalar və bəzi birdəfəlik plastik məhsullarla bağlı məhdudiyyətlər tətbiq olunub, eyni zamanda qadağaların daha da genişləndirilməsi müzakirə edilir. Bəs yaxın illərdə ölkəmizdə bütün birdəfəlik plastik məhsulların istifadəsi qadağan oluna bilərmi?
Belə bir qərarın qəbul edilməsi hansı sahələrə təsir göstərəcək, sahibkarlar və istehlakçılar buna nə dərəcədə hazırdır? Mövcud qanunvericilik bu istiqamətdə hansı imkanları yaradır və beynəlxalq təcrübə Azərbaycanda da tətbiq oluna bilərmi? Bu suallar mövzunu yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, dünyada birdəfəlik plastik qabların istifadəsinin azaldılması istiqamətində ciddi addımlar atılır. Onun sözlərinə görə, bunun əsas səbəbi həm ətraf mühitə vurduğu zərər, həm də insan sağlamlığı ilə bağlı narahatlıqlardır: "Azərbaycanda da plastik qablardan birdən-birə tam imtina etmək çətin olsa da, xüsusilə birdəfəlik plastik qabların istifadəsinin mərhələli şəkildə azaldılması və onların daha təhlükəsiz alternativlərlə əvəz olunması məqsədəuyğun olardı. Mikroplastiklərin qidaya keçməsi əsasən plastikin yüksək temperatur, günəş şüaları, mexaniki aşınma və uzunmüddətli istifadə nəticəsində parçalanması ilə baş verir. Xüsusilə isti yeməklərin və ya qaynar içkilərin uyğun olmayan plastik qablara tökülməsi, plastik qabların mikrodalğalı sobada qızdırılması və ya uzun müddət günəş altında saxlanılması bu prosesi sürətləndirə bilər. Nəticədə həm mikroplastik hissəcikləri, həm də bəzi kimyəvi maddələr qidaya keçə bilər.
Bununla belə, bütün plastik qabları eyni dərəcədə təhlükəli hesab etmək düzgün deyil. Qida ilə təmas üçün istehsal olunmuş və müvafiq standartlara cavab verən plastik qablar təlimata uyğun istifadə edildikdə daha təhlükəsiz sayılır. Əsas risk həmin qabların təkrar istifadəsi, cızılması, yüksək temperatura məruz qalması və ya təyinatından kənar istifadə edilməsi zamanı artır.
İstehlakçılara tövsiyə olunur ki, mümkün olduqca şüşə, paslanmayan polad və ya keramika qablara üstünlük versinlər, isti qidaları birdəfəlik plastik qablarda saxlamasınlar və qida ilə təmas üçün nəzərdə tutulmayan plastiklərdən istifadə etməsinlər. Bu yanaşma həm sağlamlığın qorunmasına, həm də plastik tullantılarının azalmasına töhfə verə bilər.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 635 Tarix: 28 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKirayə mənzildə iki əcnəbinin meyiti tapılıb
Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər
11:14 188 Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılmas
14:47 218 Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert
"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Eksperti
15:07 124 Oktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:47 160 Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini
11:08 167 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
16:21 163 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 219 Putindən limit qadağası: Azərbaycana təsir edəcək?
Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar
13:47 251 İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı
10:51 154