Moldovada enerji sahəsində 30 günlük həyəcan vəziyyəti elan edilib

Moldovada enerji sahəsində 30 günlük həyəcan vəziyyəti elan edilibMoldova hökuməti yanacaq təchizatında yaranan problemlər fonunda ölkənin enerji sektorunda 30 gün müddətinə həyəcan vəziyyəti elan olunmasına qərar verib.

BiG.AZ France 24-ə istinadən xəbər verir ki, qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib. Baş nazir Vasile Tofan bildirib ki, yanacaq bazarında vəziyyətin sabitləşdirilməsi və mümkün risklərin qarşısının alınması üçün operativ tədbirlərin görülməsi zəruridir. O, enerji sektorunda 30 günlük milli həyəcan vəziyyətinin tətbiqini təklif edib və təşəbbüs hökumət üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Məlumata görə, qərar Rəsmi Qəzetdə dərc olunduqdan sonra qüvvəyə minəcək. Hökumət aidiyyəti qurumlara yanacaq ehtiyatlarına nəzarətin gücləndirilməsi, eləcə də təchizatın fasiləsiz təmin edilməsi ilə bağlı tapşırıqlar verib.

Qeyd edək ki, bundan əvvəl "Shell" şirkətinin baş icraçı direktoru Vael Savan Avropa ölkələrinin yaxın gələcəkdə yanacaq qıtlığı riski ilə üzləşə biləcəyini bildirmişdi. Onun sözlərinə görə, neft və qaz çatışmazlığı artıq bəzi Asiya ölkələrində enerji istehlakının azaldılmasına səbəb olub və bu prosesin sonradan Avropaya da təsir göstərməsi ehtimalı var.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 119   Tarix: 28 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya ordusu daha 2 kəndi işğal etdi

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətində Kommunarovka və Donetsk bölgəsində Torskoye yaşayış məntəqələrinə nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

27.07.2026 277
.

Vladimir Putin İlham Əliyevə zəng edib

İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ikitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiy

13:01 183
.

Kiçik və orta sahibkarlar üçün vergi güzəştləri yetərlidirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Kiçik və orta sahibkarlığın inkişafı iqtisadi artımın və yeni iş yerlərinin yaradılmasının əsas şərtlərindən biri hesab olunur. Bu məqsədlə müxtəlif dövrlərdə sahibkarlar üçün vergi güzəştləri və dəstək mexanizmləri tətbiq edilib. Lakin biznes nümayəndələri hesab edirlər ki, dəyişən iqtisadi şərait fonund

11:25 174
.

Türkiyə ilə bağlı xəbərdarlıq: 50 dərəcə isti olacaq

Türkiyənin cənubunda yerləşən Adana şəhərində çərşənbə günü havanın temperaturu +50C-yə çata bilər. Qaynarinfo xəvbər verir ki, bu barədə "RIA Novosti" agentliyi türkiyəli meteoroloq İhsan Yurtdaşa istinadən məlumat yayıb. "Bu, cari yay mövsümünün ən yüksək temperatur göstəricilərində

11:58 192
.

Çindən gətirilən 2 ton çörək qırıntısı məhv edildi

"Premium Food Baku" MMC tərəfindən Çindən idxal olunan, "Yantai Yuji Foodstuff Co." müəssisəsinin istehsalı olan ümumi çəkisi iki ton təşkil edən çörək qırıntıları (panko) məhsulunda uyğunsuzluqlar aşkarlanıb. Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliy

10:30 198
.

Cananı görə bilmir?

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova onun qızı ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, o, "Qonaqcanlı" proqramında mərhum sənətçinin övladı Cananı görə bilmədiyini deyib. Z.Hümbətova bildirib ki, uşağın vəziyyəti ilə maraqlanır, lakin görüşməyə vaxt tapmır:

12:15 237
.

Zelenski: İran və Şimali Koreya artıq bizə qarşı hücumlarda iştirak edir

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi yeni cəbhələrin açılmaması üçün əlindən gələni etməlidir. Bizim.Media xəbər verir ki, o, İran və Şimali Koreyanın artıq Rusiyanın tərəfində Ukraynaya qarşı hücumlarda iştirak etdiyini deyib. "Biz yeni cəbhənin açılmaması üçün mümkün ola

27.07.2026 257
.

Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?

Antarktidada yerləşən Meri Berd Torpağı bu günə qədər heç bir dövlətin rəsmi ərazi iddiası irəli sürmədiyi ən böyük quru sahələrindən biridir. Qaynarinfo xəbər verir ki, bu regionun unikallığı təkcə ölçüləri ilə deyil, həm də hüquqi statusu ilə bağlıdır. Sahəsi İran və Monqolustandan böyük, Polşada

27.07.2026 262
.

ABŞ Senatında kritik gün: Rusiyaya qarşı yeni sanksiyalar səsverməyə çıxarılır - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ Senatında senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanan Rusiyaya qarşı yeni sanksiyalar paketinin bu gün səsverməyə çıxarılması gözlənilir. Qanun layihəsi qəbul edilərsə, Moskvanın enerji gəlirlərini məhdudlaşdırmağa yönələn yeni iqtisadi məhdudiyyətlər tətbiq oluna bilər. Sənəd həm Rusiyaya, hə

15:15 88
.

TOP MP3