Sabun alarkən bu məqamlara diqqət edin - DERMATOLOQDAN AÇIQLAMA
Son illər mağaza rəflərində onlarla fərqli tərkibə və təyinatına malik sabun növü satılır. Antibakterial, nəmləndirici, ətirli, təbii və digər seçimlər qarşısında istehlakçılar çox vaxt hansı məhsulun dəri üçün daha uyğun olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Eyni zamanda, maye və bərk sabun arasında hansı seçimin daha faydalı olması da ən çox müzakirə olunan mövzulardan biridir.
Bəs sabun alarkən hansı məqamlara diqqət yetirilməlidir? Maye sabun, yoxsa bərk sabun dəri sağlamlığı baxımından daha üstün hesab olunur?
Mövzu ilə bağlı dermatoloq Aynur Quliyeva BiG.AZ-a açıqlamasında bildirdi ki, sabun seçərkən ilk növbədə dəri tipi nəzərə alınmalıdır. Onun sözlərinə görə, quru və həssas dəriyə malik şəxslər tərkibində nəmləndirici komponentlər olan, pH səviyyəsi dəriyə uyğun məhsullara üstünlük verməlidirlər: "Yağlı dərisi olan insanlar isə dərini həddindən artıq qurutmayan, lakin təmizləyici xüsusiyyəti yüksək olan sabunlardan istifadə etməlidirlər. Maye və bərk sabun arasında təmizləmə baxımından ciddi fərq yoxdur. Hər iki məhsul düzgün istifadə edildikdə əlləri və dərini effektiv şəkildə təmizləyir. Maye sabun qablaşdırmada saxlanıldığı üçün ictimai yerlərdə gigiyena baxımından daha əlverişli hesab oluna bilər. Ev şəraitində isə düzgün saxlanılan bərk sabun da təhlükəsiz istifadə edilə bilər. Sabun alarkən tərkibində çoxlu ətir, boya və qıcıqlandırıcı kimyəvi maddələr olan məhsullardan uzaq durmaq məsləhətdir.
Tez-tez əl yuyan insanlar isə hər yuyunmadan sonra nəmləndirici kremdən istifadə etməlidirlər. Bu, dərinin qoruyucu baryerini saxlayır, quruluq və çatların yaranmasının qarşısını alır. Buna görə də seçim edərkən əsas meyar sabunun maye və ya bərk olması deyil, onun tərkibinin dəri tipinə uyğunluğudur".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 663 Tarix: 28 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKirayə mənzildə iki əcnəbinin meyiti tapılıb
Tbilisidə kirayə mənzildə Rusiya və Fransa vətəndaşlarının meyitləri aşkarlanıb. xəbər verir ki, bu barədə "Baza"nın "Telegram" kanalında məlumat yayılıb. Mənbənin məlumatına görə, kişilər işgüzar görüş üçün Gürcüstana gəlib və bir müddət əlaqə saxlamayıblar. Daha sonra onların meyitlər
11:14 188 Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılmas
14:47 218 Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert
"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Eksperti
15:07 124 Oktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:47 160 Ermənistan yeni atom elektrik stansiyasının tikintisinə hazırlaşır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yaxın aylarda yeni atom elektrik stansiyasının (AES) tikint çox vacib olan sözlərini eşitdik: yaxın bir neçə ay ərzində Ermənistan yeni stansiyanın tikintisi üçün texniki dizayn və tərəfdaşla yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisini
11:08 167 Qəhvə beyinə necə təsir edir? Yeni kəşf
Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund
16:21 163 Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib. APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasınd
29.09.2026 219 Putindən limit qadağası: Azərbaycana təsir edəcək?
Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar
13:47 251 İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı
10:51 154