Duru yağ alarkən bunlara diqqət edin: Sağlam seçim üçün vacib məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Marketlərdə müxtəlif marka və qiymətlərdə təqdim olunan duru yağlar arasında seçim etmək bir çox alıcı üçün çətinlik yaradır. İlk baxışda məhsullar oxşar görünsə də, onların tərkibi, istehsal üsulu, istifadə məqsədi və saxlanma şəraiti fərqli ola bilər. Yanlış seçilən duru yağ həm yeməyin dadına, həm də qidalanma keyfiyyətinə təsir göstərə bilər.
Buna görə də istehlakçılar alış-veriş zamanı etiket məlumatlarına, tərkibinə, istehsal və son istifadə tarixinə, eləcə də qablaşdırmanın vəziyyətinə diqqət yetirməlidirlər. Bəs duru yağ seçərkən daha hansı məqamlara fikir vermək lazımdır?
Mövzu ilə bağlı qida eksperti Səbuhi Dadaşov BiG.AZ-a açıqlamasında bildirdi ki, duru yağ seçərkən ilk növbədə məhsulun etiketində göstərilən tərkibə diqqət yetirilməlidir. Onun sözlərinə görə, tərkibi nə qədər sadə və aydın olarsa, bir o qədər yaxşıdır: "Məhsulun hansı bitkidən əldə olunduğu, rafinə olunub-olunmadığı, istehsal və son istifadə tarixləri mütləq yoxlanmalıdır. Qablaşdırmanın zədələnməmiş, qapağının möhkəm bağlı olması da vacib amillərdəndir. Bundan başqa, yağın saxlanma şəraiti də keyfiyyətə təsir edir. Günəş şüaları altında və ya yüksək temperaturda saxlanılan yağlarda oksidləşmə prosesi sürətlənə bilər ki, bu da həm dadına, həm də qida dəyərinə mənfi təsir göstərir. İstehlakçılar etibarlı istehsalçıların məhsullarına üstünlük verməli, mənşəyi məlum olmayan və normadan xeyli ucuz satılan yağları almaqdan çəkinməlidirlər. Duru yağın təyinatına uyğun seçilməsi də önəmlidir.
Elə yağlar var ki, salatlar üçün daha uyğundur, bəziləri isə yüksək temperaturda bişirmə və qızartma üçün nəzərdə tutulur. Buna görə də məhsulun üzərindəki istifadə tövsiyələrini oxumaq faydalıdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 147 Tarix: 28 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəriman Həsənzadənin vəziyyəti yenidən ağırlaşdı
Xalq şairi Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb. Bu barədə -a Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə açıqlama verib. O bildirib ki, atasının vəziyyəti əvvəlcə yaxşılığa doğru getsə də, sonradan qəfil pisləşib. "Yaxşı idi, düzəlirdi. Sonra birdən-birə ağırlaşdı. Yenidən süni tənəffü
11:27 204 MTK-lar evi gec təhvil verərsə, vətəndaşın hansı hüquqları var? - VƏKİLDƏN AÇIQLAMA
Mənzil almaq istəyən vətəndaşlar tikinti şirkətləri ilə müqavilə bağlayarkən ən çox mənzilin təhvil veriləcəyi tarixə diqqət yetirirlər. Lakin praktikada bir çox MTK müxtəlif səbəbləri əsas gətirərək müqavilədə göstərilən müddətə əməl etmir və mənzillərin təhvilini aylarla, bəzən isə illərlə gecikdirir
11:42 234 Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?
Antarktidada yerləşən Meri Berd Torpağı bu günə qədər heç bir dövlətin rəsmi ərazi iddiası irəli sürmədiyi ən böyük quru sahələrindən biridir. Qaynarinfo xəbər verir ki, bu regionun unikallığı təkcə ölçüləri ilə deyil, həm də hüquqi statusu ilə bağlıdır. Sahəsi İran və Monqolustandan böyük, Polşada
27.07.2026 268 Günel Zeynalova Mərdəkandakı bağ evinə gedə bilmir
Müğənni Günel Zeynalova Mərdəkanda yerləşən bağ evinə gedib-gəlməkdə çətinlik çəkir. Müğənninin köməkçisi Nəzər Nəzərli Qaynarinfo-ya bildirib ki, buna səbəb bağ evinə aparan yolun yararsız vəziyyətdə olmasıdır:. "Bağ evi Mərdəkanda, Qazmaçılar küçəsində yerləşir. Ora yeni köçmüşük. Ərazidə yolla
14:54 206 J&J, on illik məhkəmə proseslərinə son qoya biləcək genişmiqyaslı talk razılaşmasına çatdı
Johnson & Johnson bazar ertəsi günü bildirib ki, körpə pudrası və digər talk məhsullarının yumurtalıq xərçənginə səbəb olduğu iddia edilən on minlərlə məhkəmə iddiasını həll etmək üçün təxminən 5,5 milyard dollar ödəyəcək. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, şirkəti on ildir narahat edə
11:07 190 Yaponiya Baş naziri Kim Çen Inla birbaşa görüşə hazır olduğunu yenidən bəyan edib
Yaponiyanın Baş naziri Sanae Takaiçi Şimali Koreya lideri Kim Çen Inla şəxsən görüşməyə hazır olduğunu bir daha bəyan edib. O bildirib ki, iki ölkə arasında mövcud olan fikir ayrılıqlarının, xüsusilə də ötən əsrin 70-ci illərində Şimali Koreya tərəfindən qaçırıldığı iddia edilən Yaponiya vətəndaşlar
27.07.2026 254 İmperiyalar icmaları məhv etməzdən insanlar 12000-dən çox dildə danışıb
Bir neçə min il əvvəl Yer kürəsi linqvistik baxımdan "qızıl dövr"ünü yaşayırdı və dünyanın müxtəlif bölgələrində on minlərlə dil mövcud idi. Lakin sonradan imperiyaların yüksəlişi bir çox icmaları və onların dil ənənələrini aradan qaldırdı. Qaynarinfo xəbər verir ki, bu barədə "GB News"
27.07.2026 265 Tel-Əvivdə Kanal 12-nin ofisinin qapısı bu ay ikinci dəfə döyüldü; məktub ölüm təhdidləri yaradır
Maskalı hücumçu gecə ərzində "Channel 12"-nin Tel-Əviv ofisinin şüşə qapısını sındırıb. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, hökumət nazirləri və sadiq tərəfdarları tərəfindən kanala qarşı aparılan kampaniya fonunda, bu ay ikinci dəfədir ki, kanalın ofisi hədəfə alınır. Hadis
13:14 166 Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı
Sosial şəbəkələrdə dini inancları təhqir edən şəxs polis tərəfindən saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Üzeyir Abas adı ilə sosial şəbəkələrdə videolar paylaşan və dini inanacları aşağılayan 1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir. Qeyd edək ki, Üzeyi
12:36 230