Dünyada benzin qıtlığı: Azərbaycanda qiymətlər arta bilər? - İQTİSADÇIDAN AÇIQLAMA
Dünyada neft və yanacaq bazarlarında gərginlik davam edir. Yaxın Şərqdə geosiyasi risklər, bəzi əsas nəqliyyat marşrutlarında yaranan problemlər və emal güclərinin məhdudlaşması nəticəsində bir sıra ölkələrdə benzin və dizel təchizatında çətinliklər yaşanır. Bu amillər qlobal bazarda neft məhsullarının qiymətinin artmasına səbəb olub və bir çox ölkədə yanacağın bahalaşması ilə nəticələnib. Azərbaycan da benzin və dizel yanacağının bir hissəsini beynəlxalq bazarın qiymətləri əsasında formalaşdırdığından, qlobal enerji bazarındakı dalğalanmalar ölkəmizə də təsirsiz ötüşməyə bilər.
Belə bir şəraitdə "Azərbaycanda da benzinin qiyməti arta bilərmi?" sualı yenidən gündəmə gəlib. Mövcud vəziyyət fonunda dünya bazarındakı proseslərin daxili yanacaq qiymətlərinə mümkün təsiri və bahalaşma ehtimalı müzakirə olunan əsas mövzulardan birinə çevrilib.
Mövzu ilə bağlı iqtisadçı Ramil Qədirov BiG.AZ-a açıqlamasında bildirdi ki, dünya bazarında yanacaq qıtlığı və neft məhsullarının bahalaşması bütün ölkələr kimi Azərbaycanın da diqqətlə izlədiyi prosesdir. Onun sözlərinə görə, ölkədə Aİ-92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün qlobal bazardakı hər bahalaşma avtomatik olaraq daxili bazara yansımır: "Azərbaycan neft istehsalçısı ölkə olsa da, yanacaq bazarı qlobal qiymət dəyişikliklərindən tam sığortalanmayıb. Əgər beynəlxalq bazarda qiymət artımı uzunmüddətli xarakter alsa, idxal olunan neft məhsullarının maya dəyəri yüksələ və bu da gələcəkdə qiymətlərə yenidən baxılması məsələsini gündəmə gətirə bilər. Lakin belə qərar iqtisadi əsaslandırma aparıldıqdan və Tarif Şurasının müvafiq qərarı ilə mümkündür.
Hazırkı mərhələdə dünya bazarındakı prosesləri izləmək vacibdir, lakin təkcə beynəlxalq qiymət artımına əsaslanaraq Azərbaycanda benzinin mütləq bahalaşacağını demək doğru olmaz. Daxili bazarda qiymətlərə təsir edən əsas amillər dövlətin tənzimləmə siyasəti, istehsal və emal xərcləri, eləcə də ölkənin enerji strategiyasıdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 135 Tarix: 28 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQarabağın 3 rayonunda güclü yanğınlar başladı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub. Qaynarinfo xəbər verir ki, məlumatlarla əlaqəda
17:16 72 Rusiya ordusu daha 2 kəndi işğal etdi
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətində Kommunarovka və Donetsk bölgəsində Torskoye yaşayış məntəqələrinə nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
27.07.2026 297 Tel-Əvivdə Kanal 12-nin ofisinin qapısı bu ay ikinci dəfə döyüldü; məktub ölüm təhdidləri yaradır
Maskalı hücumçu gecə ərzində "Channel 12"-nin Tel-Əviv ofisinin şüşə qapısını sındırıb. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, hökumət nazirləri və sadiq tərəfdarları tərəfindən kanala qarşı aparılan kampaniya fonunda, bu ay ikinci dəfədir ki, kanalın ofisi hədəfə alınır. Hadis
13:14 174 Rusiya zərbələri nəticəsində Ukraynada 1 nəfər ölüb, 34 nəfər yaralanıb
Rusiyanın son sutka ərzində Ukraynanın Xarkov, Sumı və Zaporojye vilayətlərinə həyata keçirdiyi hava hücumları nəticəsində 1 nəfər həyatını itirib, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, yaralananlar arasında uşaqların da olduğu bildirilir. Ukrayn
14:33 154 ABŞ Senatında kritik gün: Rusiyaya qarşı yeni sanksiyalar səsverməyə çıxarılır - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ Senatında senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanan Rusiyaya qarşı yeni sanksiyalar paketinin bu gün səsverməyə çıxarılması gözlənilir. Qanun layihəsi qəbul edilərsə, Moskvanın enerji gəlirlərini məhdudlaşdırmağa yönələn yeni iqtisadi məhdudiyyətlər tətbiq oluna bilər. Sənəd həm Rusiyaya, hə
15:15 145 Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı - 200 minlik yeyinti
Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının direktoru işləmiş Həsən Hüseynov cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, eks-direktor külli miqdarda mənimsədə ittiham olunur. Prokurorluqda aparılan istintaqla müəyyə
17:19 59 "Qolum işləmir, stresdən yata bilmirəm" - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?
Azərbaycanda bir müddətdir botoks proseduru etdirən şəxslərin kütləvi şəkildə zəhərlənməsi, əzələlərinin iflic olması ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı bir neçə tanınmış bloqer öz sosial media hesabında paylaşımlar edib. İddia olunur ki, son iki ayda ölkəy
15:54 227 MTK-lar evi gec təhvil verərsə, vətəndaşın hansı hüquqları var? - VƏKİLDƏN AÇIQLAMA
Mənzil almaq istəyən vətəndaşlar tikinti şirkətləri ilə müqavilə bağlayarkən ən çox mənzilin təhvil veriləcəyi tarixə diqqət yetirirlər. Lakin praktikada bir çox MTK müxtəlif səbəbləri əsas gətirərək müqavilədə göstərilən müddətə əməl etmir və mənzillərin təhvilini aylarla, bəzən isə illərlə gecikdirir
11:42 248 Vladimir Putin İlham Əliyevə zəng edib
İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ikitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiy
13:01 220