Valideyn övladının istedadını necə müəyyən edə bilər? - PSİXOLOQDAN AÇIQLAMA
Hər bir valideyn övladının gələcəkdə uğurlu və xoşbəxt olmasını istəyir. Lakin uşağın hansı sahəyə marağının və bacarığının olduğunu müəyyən etmək həmişə asan olmur. Bəzən valideynlər öz istəklərini övladlarına qəbul etdirməyə çalışır, bu isə uşağın potensialını tam üzə çıxarmasına mane ola bilər.
Uşağın gündəlik davranışları, oyun seçimi, asudə vaxtını necə keçirməsi və hansı fəaliyyətlərdən zövq alması onun maraq dairəsi haqqında mühüm ipucları verə bilər. Bəs valideyn övladının hansı sahəyə daha çox maraq göstərdiyini necə müəyyən edə bilər və bu prosesdə nələrə diqqət yetirməlidir?
Mövzu ilə bağlı psixoloq Aytəkin Muradova BiG.AZ-a açıqlamasında bildirdi ki, uşağın maraqlarını kəşf etmək üçün ona seçim imkanı verilməlidir. Onun sözlərinə görə, hər bir uşağın maraq və qabiliyyəti fərqli olduğu üçün valideynlər övladlarını başqaları ilə müqayisə etməməlidirlər: "Uşağın hansı sahəyə marağının olduğunu anlamaq üçün ilk növbədə onu diqqətlə müşahidə etmək lazımdır. Uşaq boş vaxtını necə keçirir, hansı oyunlara üstünlük verir, hansı fəaliyyət zamanı daha həvəslə iştirak edir - bütün bunlar onun maraq dairəsini göstərən mühüm əlamətlərdir. Valideyn övladını müəyyən peşəyə və ya fəaliyyətə məcbur etmək əvəzinə, ona müxtəlif sahələri sınamaq imkanı yaratmalıdır. Rəsm, musiqi, idman, şahmat, robototexnika və ya digər dərnəklərdə iştirak etməsi uşağın özünü tanımasına kömək edir. Valideynlərin ən böyük səhvlərindən biri uşağın uğurlarını digər uşaqlarla müqayisə etməkdir.
Bu cür müqayisələr uşağın özünəinamını zəiflədə və marağını itirməsinə səbəb ola bilər. Ən düzgün yanaşma onun güclü tərəflərini dəstəkləmək, uğursuzluqlarına görə qınamamaq və seçimlərinə hörmətlə yanaşmaqdır. Uşaq özünü təhlükəsiz və dəstəkləndiyini hiss etdikdə potensialını daha rahat ortaya qoya bilir. Uşağın maraqları yaş artdıqca dəyişə bilər və bu, tamamilə normal prosesdir. Buna görə də valideynlər övladlarına seçimlərini yenidən nəzərdən keçirmək imkanı verməli, onları yalnız bir istiqamətə yönləndirməyə çalışmamalıdırlar".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 655 Tarix: 30 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA
Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is
15:16 145 Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib
Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin
10:40 165 Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu
Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl
29.09.2026 228 Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
14:36 153 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
14:15 170 İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı
10:51 148 Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı
Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna
15:31 56 Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır
Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında 44 günlük Vətən müharibəsində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır. Altı il öncə - oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunması qazandığımız qələbəyə apara
10:07 185 Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir
Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb
29.09.2026 227