500-600 manat maaşla evlənmək nə dərəcədə doğrudur? - SOSİOLOQDAN AÇIQLAMA
Son illər Azərbaycanda yaşayış xərclərinin artması fonunda 500-600 manat əməkhaqqı alan gənclərin ailə qurması məsələsi tez-tez müzakirə olunur. Bir tərəfdən ailə qurmaq həyatın təbii mərhələsi hesab edilsə də, digər tərəfdən məhdud gəlirlə kirayə, kommunal ödənişlər, gündəlik tələbat və gələcəkdə uşağın saxlanılması kimi xərclərin qarşılanması ciddi çətinliklər yarada bilər.
Bəs aylıq 500-600 manat maaşla evlənmək nə dərəcədə real və düzgün qərardır? Maddi imkanlar ailə qurmaq üçün əsas meyar olmalıdır, yoxsa qarşılıqlı dəstək və planlı yanaşma bu çətinlikləri aradan qaldıra bilər?
Mövzu ilə bağlı sosioloq Davud Qocayev BiG.AZ-a açıqlamasında bildirdi ki, 500-600 manat gəlirlə ailə qurmaq bugünkü iqtisadi şəraitdə ciddi risklər yaradır. Onun sözlərinə görə, ailə yalnız emosional bağlılıq üzərində qurulmur, onun iqtisadi dayaqları da olmalıdır: "Hazırkı qiymətlər fonunda 500-600 manat əməkhaqqı kirayə, ərzaq, kommunal xərclər və digər gündəlik ehtiyacları tam qarşılamaq üçün kifayət etmir. Maddi sıxıntılar isə zaman keçdikcə ailədaxili gərginliklərin, mübahisələrin və psixoloji problemlərin yaranmasına səbəb ola bilər. Bu baxımdan, belə gəlirlə evlənməyi düzgün hesab etmirəm.
Gənclər ilk növbədə sabit gəlir mənbəyi formalaşdırmağa, müəyyən maddi ehtiyat yaratmağa və gələcəklə bağlı planlarını dəqiqləşdirməyə çalışmalıdırlar. Əks halda, sevgi üzərində qurulan ailələr belə iqtisadi çətinliklərin təsiri ilə sarsıla bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 127 Tarix: 30 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAQTA-nın aşkarladığı uyğunsuzluqlardan sonra: Meyvə şirələri ilə bağlı vacib xəbərdarlıq - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə bəzi meyvə şirələrinin qablaşdırmasının içərisində kif aşkarlanması ilə bağlı paylaşımlar geniş müzakirə olunur. Məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin meyvə şirələri və nektarlar üzrə keçirdiyi son monitorinqlərdən sonra daha da aktuallaşıb. Yoxlamalar zaman
17:48 136 "Həkim səhvi məni bu günə saldı" - Naibə Allahverdiyeva Türkiyədə müalicə olunur
Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranan problemə görə Türkiyəyə yollanıb. Aktrisa ayağında yaranan ciddi sağlamlıq problemi ilə bağlı Axşam.az-a danışıb. Aktrisa bildirib ki, illər əvvəl rayonda çəkiliş zamanı yıxılmasından sonra hələ də ayağı sağalmır:. "Ayağım üçün müalicəyə Türkiyəy
11:15 327 İstanbulda məktəblərdə namaz otaqları yaradıla bilər
İstanbul valisi Davut Gül şəhərin bütün 39 rayonunun rəhbərliklərinə məktub göndərərək dövlət məktəblərində şagirdlər və təhsil işçiləri üçün namaz otaqlarının yaradılmasını təklif edib. "Qafqazinfo" "Yeni Şafak" nəşrinə istinadən xəbər verir ki, sənəddə ibadət üçün imkanların yaradılmasını
12:53 180 İyulun son gününün havası açıqlandı
Azərbaycanda iyulun 31-də 38 dərəcə isti gözlənilir, lakin bəzi yerlərdə yağış yağacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündü
12:41 181 Yerin ən böyük səhrasında bir dənə də qum yoxdur: Harada yerləşir?
Yer üzündə səhra deyildikdə əksər insanların ağlına yandırıcı istilər və sonsuz qum təpələri gəlir. Lakin dünyanın ən böyük səhrası tamamilə fərqli görünüşə malikdir. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox Weather" nəşri yazır. Məlumata görə, dünyanın ən böyük səhrası qalın buz təbəqələr
29.07.2026 283 500-600 manat maaşla evlənmək nə dərəcədə doğrudur? - SOSİOLOQDAN AÇIQLAMA
Son illər Azərbaycanda yaşayış xərclərinin artması fonunda 500-600 manat əməkhaqqı alan gənclərin ailə qurması məsələsi tez-tez müzakirə olunur. Bir tərəfdən ailə qurmaq həyatın təbii mərhələsi hesab edilsə də, digər tərəfdən məhdud gəlirlə kirayə, kommunal ödənişlər, gündəlik tələbat və gələcəkdə uşağı
18:19 123 İranın Çindən raket alacağı iddiası: ABŞ-Pekin münasibətlərində yeni gərginlik dalğası? - POLİTOLOQDAN AÇIQLAMA
Son günlər beynəlxalq mediada İranın Çindən hava hücumundan müdafiə üçün çiyindən buraxılan raket sistemləri almağa hazırlaşdığı barədə məlumatlar yayılıb. Məlumata görə, söhbət İranın müdafiə imkanlarını gücləndirmək məqsədilə yüzlərlə Çin istehsalı raket sisteminin tədarükündən gedir. Çin bu iddialar
17:18 134 FIFA Argentina millisinə qarşı intizam araşdırmasına başladı
FIFA Argentina millisi ilə bağlı intizam araşdırmasına start verib. Buna səbəb komandanın 2026-cı il dünya çempionatının yarımfinalından sonra Folklend (Malvin) adaları ilə bağlı siyasi məzmunlu banner nümayiş etdirməsi, həmçinin final qarşılaşmasından sonra meydanda baş verən insidentlər olub. Argentin
18:30 101 İsrail ordusu Qəzzanın cənubunda Həmas terror təşkilatının snayper komandirini öldürüb
İsrail ordusu bazar ertəsi günü Qəzzanın cənubunda Həmas terror təşkilatının snayper bölməsinin komandirini öldürdüyünü təsdiqləyib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, 7 oktyabr qırğınında iştirak edən Mahmud Luh, HƏMAS-ın Nuseirat batalyonunun son snayper özəyi komandiri idi. İsrai
11:43 181