Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı

Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdıXoşqədəm Hidayətqızı,
Əməkdar jurnalist

Açığı, illərin necə keçdiyini bilmədim… 60 ilin hekayəsi… Bu hekayənin xeyli hissəsinə şahidlik etmişəm deyə bilərəm.

Rauf bəyi 90-cı illərdən tanıyıram. Üz-üzə ilk görüşümüz isə 1999-cu ildə, Azərbaycan Yeni Nəsil Jurnalistlər Birliyinin tədbirində oldu. Təsisçisi və baş redaktoru olduğum "Üç nöqtə" qəzeti cəmi bir neçə ay əvvəl yaranmışdı və qısa müddətdə qazandığı uğurlara görə "İlin debütant qəzeti" mükafatına layiq görülmüşdü. Həmin görüş sonralar uzun bir yolun başlanğıcı oldu.

O illər jurnalistika tamam başqa idi. Sosial media yox idi, "copy-paste" yox idi. Xəbər uğrunda əsl mübarizə gedirdi. Səhərlər bütün qəzetləri gözdən keçirib hansı xəbərdə uduzduğumuzu araşdırır, redaksiyada "Niyə uduzduq?" sualına cavab axtarırdıq. Ən çox oxunan qəzet olmaq həm peşəkarlıq, həm də böyük zəhmət tələb edirdi.

Mövqelərimiz fərqli idi. Mən Heydər Əliyevin siyasətini dəstəkləyirdim, Rauf bəy isə müxalifət mövqeyində idi. Amma peşəkarlıq siyasi baxışlardan üstün idi.
Onunla ilk xarici səfərimiz Brüsseldə NATO-nun tədbirinə oldu. Heyətdə səhv etmirəmsə "Azadlıq" qəzetinin baş redaktoru Gündüz Tahirli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu, "Üç nöqtə" qəzetinin baş redaktoru olaraq mən və digər həmkarlarımız var idi.

Səfər zamanı müxtəlif mövzularda müzakirələrimiz də olurdu. Belə söhbətlərin birində ondan soruşdum:
- Bu hakimiyyətdən nə istəyirsiniz?
Heç düşünmədən cavab verdi:
- Qarabağı.
- Qarabağı, Allah ömür versə, Heydər Əliyev, o olmasa İlham Əliyev alacaq, - dedim.

Onu narahat edən işğal altında olan torpaqlarımız idi. Şəhidlərimizin qanının yerdə qalacağından narahat olurdu. Deyirdi ki, bu nəsil o torpaqları işğaldan azad etməlidir, bu yükü övladlarımıza qoymamalıyıq. O söhbətdən sonra onun davasının Qarabağ olduguna əmin oldum.

İllər keçdi… O söhbətdə danışdıqlarımızın, hətta burada qeyd etmədiyim bir çox məqamların gerçək olduğunu gördük. O, uğrunda savaşdığı, gözlərini yumub Qarabağ sevdası ilə inanıb dəstəklədiklərindən də ən ağır zərbələri aldı… Amma bütün bunlara baxmayaraq, yolundan dönmədi. Rauf Arifoğlu qanıyla, canıyla bir Vətən sevdalısıdır, bu Vətənin daşlarından biridir.

Heç vaxt unutmadığım hadisələrdən biri də "Üç nöqtə" qəzetinin bağlanması ilə bağlı yaşananlar oldu. O vaxtkı mətbuat naziri Sirus Təbrizli məni qəbul edib dedi ki, Ramiz Mehdiyevin tapşırığı ilə qəzet bağlanmalıdır.

- Olmayacaq! - dedim.

Məhkəmələr başladı. "Press-klub"dakı toplantılar, qəzetin bağlanmaması üçün keçirdiyimiz aclıq aksiyası, Mətbuat Nazirliyinin qarşısında qələmlərimizi sındırıb yerə atdığımız etiraz… Bunlar mənim yaddaşıma həkk olunan günlərdir.

Həmin vaxt bəzi redaktorların bizə dəstək verməməsi üçün də cəhdlər edilirdi. Toplantıda Rauf bəy bunu hiss etdi. Ayağa qalxıb dedi: "Kim istəmir, müdafiə etməsin. Mən Xoşqədəmin yanındayam". Və sözünün arxasında dayandı. Bu addımı ilə o, mərdliyin, kişiliyin və dostluğun əsl nümunəsini göstərdi.

Zaman Rauf bəyi ağır sınaqlardan keçirdi. Amma o, ömrünü xəbərə, qələminə, jurnalistikaya və Vətəninə həsr edən insanlardan biri kimi həm Azərbaycan mediasında, həm də ictimai-siyasi həyatda öz izini qoydu. Cənab Prezident tərəfindən "Vətənə xidmət" ordeni ilə təltif olunmasına da ürəkdən sevindim. Layiqdir.

60 illik yubileyində nümayiş olunan filmi izləyərkən anası Elmira xanımın təbriki, övladlarının xatirələri, arxada qoyduğu illərin ağrısı… Bir anlıq o illərə döndüm. Qızlarının həbsdə olan atalarına yazdıqları məktubların ağırlığı ürəyimi sıxdı…
Və Xurşud xanım…

Mən Rauf bəyin uğurlarında onun da böyük payını görürəm. Ailəni qorudu, övladları böyütdü, ən çətin günlərdə həyat yoldaşının yanında oldu. Yoruldu, üzüldü, amma bunu heç kimə hiss etdirmədi. Bir qadının çiyinlərində daşıya bilməyəcəyi yükü əyilmədən daşıdı… Üç mükəmməl övladı ilə birlikdə əsl sevginin, sədaqətin və fədakarlığın kitabını yazdı…

Gələk yubiley tədbirinə…

O tədbirdə məni həm də 90-cı illərin media mühitini xatırladan səmimiyyət duyğulandırdı. Çoxdan görmədiyim həmkarlar, gözəl söhbətlər… Bir an saata baxdım. Gecə idi. Amma heç kim ayrılmaq istəmirdi.
Çünki o zalda təkcə bir yubiley yox idi. Orada bir ömür vardı, bir peşə yolu vardı, Vətən sevgisi vardı, dostluq vardı.

60 il hər kəsə nəsib olur. Amma hər kəs bu illəri iz qoyaraq yaşamır.
Rauf bəy yaşadı.

Müstəqil Azərbaycan mediasında və ictimai-siyasi həyatında öz izini qoydu, Vətəninə xidmət etdi, üç layiqli övlad böyütdü və adını tarixə yazdırdı.
Rauf bəy, bir daha sizi təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, 70, 80, 90, hətta 100 yaşınızı da eyni hörmət, eyni sevgi və eyni səmimiyyətlə birlikdə qeyd edək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 787   Tarix: 30 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA

Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is

15:16 145
.

Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin

10:40 165
.

Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu

Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl

29.09.2026 228
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

14:36 153
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

14:15 170
.

İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı

10:51 148
.

Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı

Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna

15:31 56
.

Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır

Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında 44 günlük Vətən müharibəsində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır. Altı il öncə - oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunması qazandığımız qələbəyə apara

10:07 185
.

Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir

Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb

29.09.2026 227
.