Bakıdakı bu universitet bağlandı

Bakıdakı bu universitet bağlandıBakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb.

Axşam.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyən edilməsini təsdiq edən prosedurdur və hər 5 ildən bir həyata keçirilir.

10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib.

Aparılmış müzakirələrin və səsvermənin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə yekun nəticə "uyğun deyil" olaraq qiymətləndirilib və Bakı Qızlar Universitetinin akkreditasiya olunmuş hesab edilməməsi barədə qərar qəbul edilib. Qərar universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqların müəyyən edilməsi əsasında qəbul olunub.

Akkreditasiya Şurasının qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın 4.37-ci bəndi nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisəsinin təhsil fəaliyyətinin icrasının dayandırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara başlanılıb.

Bununla əlaqədar olaraq, qiymətləndirmə zamanı aşkar edilmiş uyğunsuzluqların xarakteri və miqyası, onların ali təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətlərinə təsiri, habelə qısa müddətdə aradan qaldırılmasının mümkünlüyünü təsdiq edən əsaslı sübutların olmadığı nəzərə alınaraq, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, təhsil müəssisəsinə verilmiş lisenziyanın dayandırılması və ya ləğv edilməsi məsələsinə baxılması üçün lisenziya verən səlahiyyətli orqana müvafiq təqdimat göndərilib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib.

Göstərilənlər nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın 4.37-ci bəndi nəzərə alınaraq, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək.

Elm və Təhsil Nazirliyi bir daha bildirir ki, akkreditasiya prosesinin əsas məqsədi ali təhsildə keyfiyyətin təmin edilməsi, tələbələrin hüquqlarının qorunması və ali təhsil müəssisələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasının təmin edilməsidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 96   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təkcə mineral vanna deyil: Termal suların başqa hansı faydaları var?

Dünyanın müxtəlif ölkələrində məşhur olan termal suların müalicəvi xüsusiyyətlərinin əsasən tərkibindəki minerallar və digər təbii komponentlərlə əlaqəli olduğu bildirilir. Məsələn, xarakterik qoxuya malik kükürdlü termal sular dəri və tənəffüs sistemi vasitəsilə orqanizmi kükürd birləşmələri ilə təmi

30.07.2026 232
.

Gələcəyin ən çox axtarılan peşələri - Hansı ixtisaslara tələbat sürətlə artacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Texnologiyanın sürətli inkişafı, süni intellektin həyatın müxtəlif sahələrinə inteqrasiyası və əmək bazarında baş verən dəyişikliklər gələcəyin ən çox tələb olunan peşələrini də formalaşdırır. Artıq bir sıra ənənəvi ixtisaslara tələbat azalarkən, bəzi peşələr üzrə kadr çatışmazlığının daha da dərinləşəcəy

30.07.2026 360
.

Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu

Bu gün Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov 1-ci dərəcəli "Manas" ordenini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev isə "Heydər Əliyev" ordenini Qırğız Respublikasını

10:33 93
.

Reuters: Şimali Koreya raketinin Krivoy Roqda çoxuşaqlı ailənin ölümünə səbəb olduğu ehtimal edilir

Krivoy Roq yaxınlığında gecə saatlarında həyata keçirilən və çoxuşaqlı ailənin həlak olması ilə nəticələnən raket zərbəsinin Şimali Koreya istehsalı olan ballistik raketlə endirildiyi ehtimal olunur. Bu barədə "Reuters" məlumat yayıb. Agentliyin mənbələrinə görə, Rusiyanın uzun fasilədən sonr

30.07.2026 259
.

"Siam əkizi deyilik, ər-arvadıq, ayrı da qalmalıyıq"

"Qoyun bir-birimizdən ayrı qalaq. Bəlkə o da mənsiz beynini dincəltmək istəyir? Hər bir insanın öz rahat dünyası var". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə canlı yayımda deyib. Aparıcı həyat yoldaşı Günay Baxşəliyeva və övladları ilə istirahət getməməs

30.07.2026 489
.

Valideyn övladının istedadını necə müəyyən edə bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Hər bir valideyn övladının gələcəkdə uğurlu və xoşbəxt olmasını istəyir. Lakin uşağın hansı sahəyə marağının və bacarığının olduğunu müəyyən etmək həmişə asan olmur. Bəzən valideynlər öz istəklərini övladlarına qəbul etdirməyə çalışır, bu isə uşağın potensialını tam üzə çıxarmasına mane ola bilər. Uşağı

30.07.2026 232
.

Prezident və xanımını "Yaşa mənim xalqım"la qarşıladılar - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstanda səfərdədirlər. "Qafqazinfo"nun məlumatına görə, Prezident və xanımı Qırğızıstanda ölkənin milli musiqi alətləri ilə ifa edilən "Yaşa mənim xalqım" mahnısının sədaları ilə qarşılanıb. Həmi

30.07.2026 358
.

Prezident İlham Əliyev Qırğızıstanda dövlət səfərindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinc

30.07.2026 266
.

Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib - FOTO - VİDEO

İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

10:18 95
.

TOP MP3