Təmayüllü tədris modeli universitetə qəbul nəticələrini dəyişəcəkmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Təmayüllü tədris modeli universitetə qəbul nəticələrini dəyişəcəkmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMABakı məktəblərində tətbiqinə başlanılan yeni təmayüllü ixtisaslaşmış tədris modeli təhsil sahəsində mühüm yeniliklərdən biri hesab olunur. Modelin əsas məqsədi şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənləri daha dərindən mənimsəməsini təmin etmək, onları ali təhsil müəssisələrinə qəbul prosesinə məktəb daxilində daha sistemli şəkildə hazırlamaqdır. Yeni yanaşmanın əlavə hazırlıq kurslarına ehtiyacı azaldacağı və qəbul nəticələrinə müsbət təsir göstərə biləcəyi bildirilir.

Bəs bu model həqiqətən də universitetlərə qəbul göstəricilərini yüksəldəcəkmi? Təmayül üzrə dərinləşdirilmiş tədris şagirdlərin imtahan nəticələrinə necə təsir edəcək, yoxsa uğur yenə də fərdi hazırlıqdan asılı olacaq?
Təmayüllü tədris modeli universitetə qəbul nəticələrini dəyişəcəkmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, Bakı məktəblərində təmayülləşmə modelinin artıq "geniş yayıldığını" iddia etmək tezdir. Onun sözlərinə görə, bu, hələ ilk addımlarını atan, təcrübədən keçirilən və tətbiqi yenicə nəzərdə tutulan bir yanaşmadır: "Daxil edilən hər bir təhsil novasiyasının real nəticəsini görmək üçün zamana, müşahidələrə və sistemli təhlillərə ehtiyac var. Üstəlik, təhsil tariximizdə belə təcrübələr artıq yaşanıb. Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl də X və XI siniflərdə təmayül siniflərinin yaradılması prosesinə başlanılmışdı. İlk vaxtlar həmin siniflərə yalnız təmayül fənlərindən qiymətləri "4" və "5" olan, həqiqətən oxumaq həvəsi olan şagirdlər seçilirdi və proses çox ümidverici görünürdü. Lakin sonradan qəbul meyarlarının zəiflədilməsi, hətta təmayül fənnindən "2" alan şagirdlərin də bu siniflərə doldurulması həmin gözəl təşəbbüsü mahiyyətcə sıradan çıxardı və etibardan saldı.

Məhz bu acı təcrübə fonunda yeni modelə də müəyyən şübhə və ehtiyatla yanaşmaq tamamilə təbii və əsaslıdır. Yeni tətbiq olunacaq modelin universitetə qəbul nəticələrinə real təsirini dəyərləndirərkən iki ehtimalı nəzərə almaq lazımdır:

• Məqsədyönlü diqqət və vaxta qənaət: Təmayül modeli şagirdə 10-12 fənn arasında parçalanmadan, yalnız seçdiyi ixtisas qrupuna uyğun ana fənlərə fokuslanmaq imkanı verir. Potensialın tək nöqtəyə yönəldilməsi bilik dərinliyini artıra bilər.

• Psixoloji rahatlıq: Şagird gələcək peşəsi üçün vacib saymadığı yükdən azad olduqda, təhsilə olan daxili həvəsi və məsuliyyəti artırır.

Əgər bu yeni model də keçmişdəki səhvləri təkrar edəcəksə - yəni zamanla seçim meyarları şəffaflığını itirəcəksə, sırf kəmiyyət göstəricisi və ya formal bir hesabat xatirinə təmayül siniflərinə səviyyəsindən asılı olmayaraq hər kəs qəbul olunacaqsa - nəticə yenə gözləniləndən uzaq olacaq. Təmayül adlanıb daxilində eyni bərabərsizliyi saxlayan sinif heç bir keyfiyyət dəyişikliyi gətirə bilməz.

İxtisaslaşmış tədris modeli ideya olaraq qəbul nəticələrinə müsbət təkan vermək potensialına malikdir. Lakin bu modelin uğuru yalnız kağız üzərindəki layihədən deyil, idarəçilərin keçmiş səhvlərdən dərs çıxarıb-çıxarmamasından, prinsiplərə nə dərəcədə sadiq qalmasından asılı olacaq. Modelin real bəhrəsini və ya növbəti məyusluq olub-olmayacağını yalnız zaman və ilk məzunların göstəriciləri aydınlaşdıracaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 663   Tarix: 31 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA

Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is

15:16 145
.

Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin

10:40 165
.

Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu

Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl

29.09.2026 228
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

14:36 153
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

14:15 170
.

İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı

10:51 148
.

Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı

Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna

15:31 56
.

Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır

Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında 44 günlük Vətən müharibəsində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır. Altı il öncə - oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunması qazandığımız qələbəyə apara

10:07 185
.

Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir

Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb

29.09.2026 227
.