Peşə təhsilini ikinci seçim olmaqdan çıxarmağın vaxtıdır

Peşə təhsilini ikinci seçim olmaqdan çıxarmağın vaxtıdır"Cəmiyyətimizin uzun illərdir daşıdığı ən böyük psixoloji yüklərdən biri ali təhsil diplomunu uğurun yeganə açarı hesab etməsidir. "Ali təhsili olsun, ixtisasının fərqi yoxdur" düşüncəsi minlərlə gəncin real bacarıq və potensialını kölgədə qoymaqla yanaşı, əmək bazarında da ciddi disbalans yaradıb. Bu gün hər kəs masa arxasında işləməyə can atdığı halda, istehsalat, texniki xidmət, tikinti, logistika və rəqəmsal infrastruktur kimi sahələr peşəkar kadr çatışmazlığından əziyyət çəkir. Bu baxımdan peşə təhsilinə münasibətdə formalaşmış köhnə stereotiplərin dəyişdirilməsi artıq seçim deyil, dövrün tələbidir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, dünya iqtisadiyyatı sürətlə transformasiya olunur. Ənənəvi peşələrin yerini informasiya texnologiyaları, süni intellekt, robototexnika, mexatronika, dron texnologiyaları, yaşıl enerji sistemləri və rəqəmsal dizayn kimi yüksək texnologiyalı sahələr tutur. Lakin peşə təhsili müəssisələrinin maddi-texniki bazası və tədris proqramları bu dəyişikliklərlə ayaqlaşmadıqca, cəmiyyətin bu sahəyə inamı da zəifləyir. Halbuki müasir peşə təhsili yalnız sənətkarlıq deyil, iqtisadiyyatın inkişafını təmin edən mühəndis-texniki və ixtisaslı işçi qüvvəsinin hazırlanmasının əsas sütunlarından biridir:

"Bu istiqamətdə ən effektiv mexanizmlərdən biri ikili təhsil (dual education) modelinin ölkə üzrə geniş tətbiqidir. Təhsil müəssisələri ilə iri sənaye və xidmət müəssisələri arasında sıx əməkdaşlıq qurulmalı, tələbələr nəzəri biliklə yanaşı, real iş mühitində praktik təcrübə keçməli və bu müddətdə əməkhaqqı ilə təmin olunmalıdır. Məzunların birbaşa işlə təmin edilməsi mexanizminin yaradılması, təqaüdlərin artırılması, güzəştli kreditlər və öz biznesini qurmaq istəyən gənclər üçün qrant proqramlarının genişləndirilməsi peşə təhsilinin cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracaq.

Peşə seçiminə maraq isə məktəb illərindən formalaşdırılmalıdır. Şagirdlərin VII-IX siniflərdən etibarən maraq və qabiliyyətlərinin müəyyənləşdirilməsi, peşəyönümü xidmətlərinin gücləndirilməsi, istehsal müəssisələrinə ekskursiyaların təşkili və müasir peşə mərkəzlərində keçirilən master-klasslara cəlb olunması onların gələcək peşə seçimində mühüm rol oynaya bilər. Yay tətili dövründə təşkil olunan qısamüddətli praktik kurslar da gənclərdə əmək vərdişlərinin, yaradıcılıq bacarıqlarının və məsuliyyət hissinin formalaşmasına töhfə verər.

Bununla yanaşı, ən vacib məsələ cəmiyyətin düşüncə tərzinin dəyişməsidir. Valideynlər, müəllimlər, media və ictimaiyyət "diplom hər şeydir" yanaşmasından uzaqlaşmalı, öz peşəsinin peşəkarı olan, yüksək gəlir qazanan və cəmiyyət üçün dəyər yaradan insanların uğur hekayələrini daha çox ön plana çıxarmalıdır. Çünki müasir əmək bazarında uğurun əsas meyarı diplomun özü deyil, bilik, bacarıq, peşəkarlıq və daim inkişaf etmək qabiliyyətidir.

Əgər məqsədimiz rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq, işsizliyi azaltmaq və əmək bazarının real tələbatını ödəməkdirsə, peşə təhsilini ikinci dərəcəli seçim kimi deyil, ölkənin insan kapitalına qoyulan ən mühüm investisiyalardan biri kimi dəyərləndirməliyik. Gələcəyin güclü iqtisadiyyatı yalnız ali təhsilli deyil, həm də yüksək ixtisaslı peşəkar kadrların hesabına qurulacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29.09.2026 320
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 218
.

Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb

Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin

10:10 151
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

10:18 207
.

Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı

Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna

15:31 90
.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

13:47 226
.

Prezidentdən "ADEX 2026"nın iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətd

11:14 158
.

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

29.09.2026 260
.

Makrondan etiraf: "Avropa özü bundan imtina etdi"

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas elementlərindən biri olub və Avropa özü bundan imtina edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Madriddə keçirilən iqtisadi forumda deyib. "Bizim rəqabət qabiliyyəti və innovasiya ilə bağl

15:45 79
.