400 manat maaşla MİDA mənzili almaq nə dərəcədə realdır?

400 manat maaşla MİDA mənzili almaq nə dərəcədə realdır?"MİDA mənzillərinin güzəştli ipoteka şərtlərinə əsasən, ilkin ödəniş minimum 10 faiz, illik faiz dərəcəsi isə 4 faizdən başlayır. Kreditin maksimal müddəti 30 ilədək nəzərdə tutulur. Məsələn, 72 min manat məbləğində kredit götürüldükdə aylıq ödəniş təxminən 533 manat təşkil edir".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, güzəştli ipoteka hüququndan şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və bəzi hallarda müharibə əlilləri, dövlət qulluqçuları, müəllimlər, həkimlər, elmi dərəcəsi olan alimlər, müəyyən xidmət stajına malik hərbi qulluqçular, gənc ailələr, idman sahəsində xüsusi nailiyyətləri olan şəxslər, eləcə də son dəyişikliklərə əsasən ən azı 5 il hakim vəzifəsində çalışmış şəxslər yararlana bilərlər:

"Qanunvericiliyə əsasən, minimum əməkhaqqı alan şəxslərin də sosial mənzil proqramına müraciət etmək hüququ var. 2026-cı ildə minimum əməkhaqqı 400 manat təşkil edir. Lakin praktikada yalnız minimum əməkhaqqı ilə mənzilin kredit ödənişlərini qarşılamaq çətin olur.

Bunun əsas səbəbi bankların borcalanın ödəmə qabiliyyətini qiymətləndirməsidir. Kredit verilərkən aylıq ödənişin şəxsin rəsmi gəlirinə nisbəti nəzərə alınır. Bu baxımdan, təkcə minimum əməkhaqqı əksər hallarda güzəştli ipoteka kreditinin təsdiqlənməsi üçün kifayət etmir. Yəni hüquqi baxımdan müraciət etmək mümkün olsa da, kreditin təsdiqlənməsi üçün gəlirin bankın tələblərinə uyğun olması əsas şərtlərdən biridir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 835   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koreya yarımadasında sülh: Cənubi Koreya lideri KXDR-lə gərginliyi azaltmağın yollarından danışıb

Cənubi Koreya (Koreya Respublikası) lideri Li Çje Myon Koreya yarımadasının Yapon işğalından azad edilməsinin 81 illiyi ərəfəsində Şimali Koreya (KXDR) ilə sülh şəraitində birgə yaşamaq təklifini irəli sürüb. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Dünyanın fərqli bölgələrindəki müharibələri

19:20 136
.

Bu gündən metronun "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb

"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində bu gündən etibarən "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. BİG.AZ xəbər verir ki, AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni"

10:18 242
.

İmişlidə ağır qəza - Ölən var

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Tural Xəlilovun idarə etdiyi "VAZ"

13:48 198
.

Leysan, güclü külək - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusard

12:48 205
.

9 marşrutun hərəkəti dəyişdirildi

Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Axşam.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirili

16:10 174
.

Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ

Bakıda 2, 10, 20 və 88A nömrəli marşrutların bəzi aralıq dayanacaq məntəqələrinin yeri dəyişdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Dəyişiklik M1, M2 və M3 nömrəli ekspres marşrutların "28 May" Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsi

22:44 78
.

Uşaqlıq dostu idilər - İllər sonra bacı olduqlarını öyrəndilər

Hindistanda uşaq evlərində böyüdükdən sonra Niderlandda fərqli ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər. "Qafqazinfo" xəbər verir ki, 43 yaşlı Mina Geltink və 44 yaşlı Minal Tayssen Niderlandın fərqli şəhərlərində, bir-birindən təxminə

14.08.2026 351
.

Abbas Əraqçı: "Tehran ABŞ ilə danışıqların yenidən başlaması barədə qərar qəbul etməyib"

"Rəsmi Tehran ABŞ ilə danışıqların yenidən başlaması ilə bağlı hələ ki qərara gəlməyib". xəbər verir ki, bu barədə ISNA agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamasına istinadən məlumat yayıb. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Pakistan və Qətərin təmasları

19:30 134
.

Ən çox ət, süd və yumurta istehsal edən rayonlar

Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı üzrə rayonların göstəriciləri açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ət (diri çəkidə) istehsalında Siyəzən, süd istehsalında isə Ağcabədi həm 2025-ci ildə

14.08.2026 302
.

TOP MP3