Dələduzluğa görə hansı hallarda cinayət işi açılır?

Dələduzluğa görə hansı hallarda cinayət işi açılır?"Vətəndaşlara qarşı dələduzluq əməli törədildiyi hallarda hüquq-mühafizə orqanları hadisəni araşdırır və dəymiş ziyanın məbləğindən asılı olaraq təqsirkar şəxsin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmasını təmin edir.

Dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını və ya əmlak hüquqlarını ələ keçirmə həm inzibati, həm də cinayət məsuliyyəti yaradır. Əgər vurulmuş ziyanın məbləği 500 manatdan azdırsa, əməl İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta hesab olunur. 500 manat və daha artıq olduqda isə Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndləri ilə cinayət məsuliyyəti yaranır və fakt üzrə cinayət işi başlanılır".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, zərərçəkmiş şəxs həm ibtidai istintaq mərhələsində, həm də məhkəmə baxışı zamanı mülki iddia qaldırmaq hüququna malikdir. Məhkəmə yalnız təqsirləndirilən şəxsə hüquqi qiymət verərək cəza təyin etmir, eyni zamanda mülki iddia əsaslı hesab edilərsə, dəymiş ziyanın zərərçəkmişə ödənilməsi barədə də qərar qəbul edir:

"Qeyd edilməlidir ki, dələduzluq törədən şəxs həbs cəzası alsa belə, bu, onun zərərçəkmişə vurduğu maddi ziyanı ödəmək öhdəliyini aradan qaldırmır. O, cəzasını çəkdikdən sonra da borcunu ödəməyə borcludur. Məhkəmə qərarını icra etmədiyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq əlavə hüquqi məsuliyyət daşıya bilər.

Qanunvericilik müəyyən hallarda təqsirləndirilən şəxsin məsuliyyətdən azad olunmasına da imkan verir. Belə ki, istintaq və ya məhkəmə baxışı zamanı dəymiş zərər tam ödənilər, zərərçəkmiş şəxslə barışıq əldə olunar və qanunda nəzərdə tutulan hallarda dövlət nəfinə əlavə ödəniş həyata keçirilərsə, şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Bu ödəniş xeyli miqdarda ziyan vurulduqda həmin məbləğin 25 faizi, külli miqdarda ziyan vurulduqda isə 50 faizi həcmində müəyyən edilir. Bu şərtlər yerinə yetirilmədiyi halda isə təqsirləndirilən şəxs barəsində qanunvericiliyə uyğun cəza təyin olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 684   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazir jurnalistə irad bildirdi - "Sualı elə verin ki..."

Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026-cı illər üzrə yekunlarına dair illik hesabat tədbirindən sonra elm və təhsil naziri, ABF prezidenti Emin Əmrullayevlə jurnalist arasında gərginlik yaşanıb. "Qafqazinfo" xəbər verir ki, mətbuat konfransından sonra jurnalistin verdiyi sua

29.09.2026 320
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 218
.

Atatürk Universitetində Bakıda məzuniyyət coşqusu yaşanıb

Atatürk Universiteti Açıq və Uzaqdan Təhsil Fakültəsi tərəfindən Azərbaycanın paytaxtı Bakıda məzuniyyət mərasimi təşkil olunub. Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlunun iştirakı ilə keçirilən mərasimdə 2026-2027-ci tədris dövründə məzun olan təxminən 200 tələbə məzuniyyət sevincin

10:10 151
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

10:18 207
.

Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı

Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna

15:31 90
.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

13:47 226
.

Prezidentdən "ADEX 2026"nın iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətd

11:14 158
.

Maaş gəlir, kreditə gedir: İnsanlar niyə borcdan çıxa bilmir?

Bir çox insan maaşı alan kimi kredit kartındakı borcu ödəyir, lakin ayın qalan hissəsini başa vurmaq üçün yenidən kreditə müraciət etməli olur. Bunun əsas səbəbi nədir: maaşların gündəlik xərcləri qarşılamağa yetməməsi, qiymətlərin artması, yoxsa kreditin artıq gündəlik həyatın bir hissəsinə çevrilməsi?

29.09.2026 260
.

Makrondan etiraf: "Avropa özü bundan imtina etdi"

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas elementlərindən biri olub və Avropa özü bundan imtina edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron Madriddə keçirilən iqtisadi forumda deyib. "Bizim rəqabət qabiliyyəti və innovasiya ilə bağl

15:45 79
.