Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən səlahiyyətləri çərçivəsində özəl tibb fəaliyyəti ilə bağlı plan üzrə və plandankənar yoxlamalar həyata keçirilir, yoxlamalar zamanı aşkar olunan hüquq pozuntuları aktlaşdırılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kosmetoloji fəaliyyətlə məşğul olan fərdi sahibkar Elnarə Fəxrəddin qızı Canlının fəaliyyəti ilə bağlı AEM-ə daxil olmuş vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə araşdırma və plandankənar yoxlama həyata keçirilib.

Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 2 ünvanında fəaliyyət göstərən fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının lisenziya tələb olunan özəl tibb fəaliyyət növünü müvafiq lisenziya olmadan həyata keçirməsi ilə bağlı vətəndaş müraciəti əsasında AEM tərəfindən araşdırma aparılıb və 08.05.2025-ci il tarixində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı Elnarə Canlının lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji fəaliyyət) ilə məşğul olması müəyyən edilib: "Aşkar edilmiş hüquq pozuntusu ilə əlaqədar fərdi sahibkar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 08.05.2025-ci il tarixli, MN 2156869 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, qanunvericiliyə uyğun olaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.

Bundan əlavə, vətəndaş müraciəti və mediada yayılmış məlumatlar əsasında həmin şəxsin fəaliyyəti ilə bağlı daha iki plandankənar yoxlama keçirilib. Yoxlamalar nəticəsində inzibati məsuliyyət yaradan pozuntular müəyyən edilib və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə 22.12.2025-ci il tarixli, MN 2406895 və 20.02.2026-cı il tarixli, MN 2407064 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək qanunvericiliyə uyğun olaraq növbəti icraata göndərilib.

Sonuncu yoxlama zamanı fərdi sahibkar Canlı Elnarə Fəxrəddin qızının fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79, mənzil 8 olub.

AEM tərəfindən səlahiyyətləri çərçivəsində həyata keçirilmiş yoxlamalar və tətbiq edilmiş inzibati tədbirlərə baxmayaraq, fərdi sahibkarın lisenziya olmadan kosmetoloji fəaliyyətini davam etdirməsi müəyyən edilib. Bununla əlaqədar onun fəaliyyətinin dayandırılması istiqamətində əlavə hüquqi tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən 13 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilib.

Nazirliyin müraciətində lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji fəaliyyət) məşğul olma faktına hüquqi qiymət verilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi xahiş olunub.

Beləliklə, qeyd olunan şəxsin fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyi və AEM tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində zəruri tədbirlər görülüb və məsələ ilə bağlı hüquq-mühafizə orqanına da müraciət edilib".

Əlavə olaraq bildirilib ki, vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şikayət və ya digər pozuntularla bağlı AEM-ə məlumat verə bilərlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 159   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İspaniya İtaliyadan gələnlər üçün sərhəd yoxlamalarına başlayır

İspaniya hökuməti İtaliyadan gələn səyahətçilər üçün liman və hava limanlarında daxili sərhəd nəzarətini müvəqqəti olaraq tətbiq etmək qərarına gəlib. bu barədə "El País" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, nəzarət tədbirləri avqustun 8-dən qüvvəyə minəcək və səyahətçiləri

09.08.2026 254
.

Azərbaycanın bölgələrində aparılan quruculuq işləri: regional inkişafın yeni mərhələsi

Azərbaycanın sosial-iqtisadi inkişafında regionların xüsusi rolu vardır. Son illərdə ölkənin müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq və infrastruktur layihələri regionların inkişafına, əhalinin sosial rifahının yüksəldilməsinə və iqtisadi fəallığın artırılmasına mühü

10:59 161
.

Çində tayfun təhlükəsi ilə 420 mindən çox insan təxliyə edilib

Çinin şərq bölgələrində güclü "Delfin" tayfununun yaxınlaşması ilə əlaqədar 420 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, Çjetszyan əyalətinin Tayçjou şəhərində 390 mindən çox sakin müvəqqəti olara

09.08.2026 271
.

Vaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi

Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub

11:50 154
.

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən səlahiyyətləri çərçivəsində özəl tibb fəaliyyəti ilə bağl

12:51 144
.

Paşinyanın Aİ siyasətində ziddiyyət - Ermənistan müxalifətindən AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendum barədə açıqlamaları onun Avropa İttifaqına qoşulmaq niyyəti ilə bağlı əvvəlki ritorikasına ziddir. xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının idarə heyətinin üzvü, Milli Assambleyada (parlament

11:41 137
.

Pentaqon keçmiş nazirin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb

Pentaqon ABŞ-ın keçmiş Hərbi Hava Qüvvələri naziri Frenk Kendallın gizli məlumatlara çıxışını və məxfi xarakterli vəzifələr tutmaq imkanını məhdudlaşdırıb. "Report" xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell X sosial şəbəkəsində məlumat verib

09.08.2026 248
.

İranın ABŞ-nin hücumları zamanı Şimali Koreyadan silah aldığı açıqlanıb

İran ABŞ ilə İsrailin hücumları zamanı Suriya və Şimali Koreyadan silah tədarük edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanının müavini, "Əbubəkr" ləqəbi ilə tanınan briqada general

09.08.2026 252
.

Rusiyalı turistlər Ermənistana getməyəcək? - Moskvadan xəbərdarlıq

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana turist səfərləri ilə bağlı açıqlamaları Yerevan üçün ciddi siqnal hesab edilməlidir. xəbər verir ki, bunu politoloq İvan Mezyuko "Tsargrad" qəzetinə açıqlamasında bildirib. Bir müddət əvvəl Ermənistan Milli Assambleyasını

11:32 144
.

TOP MP3