Ermənistanda yeni konstitusiya və AİB-Aİ üzvlüyü müzakirəsi - Paşinyana SƏRT İTTİHAM

Ermənistanda yeni konstitusiya və AİB-Aİ üzvlüyü müzakirəsi - Paşinyana SƏRT İTTİHAMErmənistanda yeni konstitusiya ilə bağlı referendumun keçirilməsi, eləcə də ölkənin Avropa İttifaqına (Aİ) və Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü ilə bağlı müzakirələr Baş nazir Nikol Paşinyanın müstəqil qərar qəbul etmək imkanlarının məhdud olduğunu göstərir.

BiG.AZ xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının idarə heyətinin üzvü, Milli Assambleyada (parlament) "Mənim şərəfim var" fraksiyasının keçmiş rəhbəri Hayk Mamicanyan "Lenta.ru"ya müsahibəsində bildirib.

Mamicanyan vurğulayıb ki, Paşinyan Ermənistandan tələb olunan heç bir referendum təşəbbüsü ilə çıxış etməyib.

Onun sözlərinə görə, yeni konstitusiya ilə bağlı referendumun keçirilməsi və Dağlıq Qarabağa dair iddialardan imtina məsələsi mahiyyət etibarilə Azərbaycan Prezidenti İlham Əliyevin sülh müqaviləsinin imzalanması ilə bağlı tələbləri sırasında yer alır.

Siyasətçi qeyd edib ki, Ermənistanın Aİ və AİB-ə üzvlüyü ilə bağlı referendum məsələsi isə Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, AİB-ə üzv dövlətlərin ortaq mövqeyidir.

Mamicanyan əlavə edib ki, hər iki məsələ hazırda Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 108   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Britaniyada partiya lideri Milli Cinayət Agentliyini məhkəməyə verib

Böyük Britaniyanın Reform UK partiyasının lideri Naycel Faraş və onun müavini Riçard Tays bank əməliyyatları barədə məlumatların KİV-ə sızması ilə əlaqədar Milli Cinayət Agentliyinə (NCA) qarşı İngiltərə və Uels Ali Məhkəməsində iddia qaldırıblar. "Report" xəbər verir ki, bu barədə "Th

09.08.2026 238
.

Pentaqonun məxfi arxivləri yayımlandı - Almaniyada UNO məlumatları artdı

Almaniyada ABŞ-da Pentaqonun məxfi arxivlərinin yayımlanması fonunda naməlum uçan obyektlərlə (UNO) bağlı məlumatların sayında artım qeydə alınıb. xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb. Qeyri-adi Səma Fenomenləri üzrə Mərkəzi Tədqiqat Şəbəkəsinin (CENAP) direktoru Hansjürgen Köhle

12:22 56
.

CENTCOM Hörmüz boğazında 53 ticarət gəmisinin istiqamətini dəyişdirib

ABŞ Silahlı Qüvvələri İran limanlarının blokadası bərpa olunandan bəri humanitar yardım daşıyan 35 gəminin Hörmüz boğazından keçməsinə icazə verib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində bəyanat yayıb. "Amerikal

09.08.2026 247
.

Şimşək, leysan... - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, 9-u axşam saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Gədəbəyd

12:46 0
.

Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb

Ukrayna Rusiya ilə əlaqəsi olmayan neft tankerlərinə və Qazaxıstan neftinin ixracı üçün zəruri olan Qara dənizdəki infrastruktura zərbələr endirməməyi öhdəsinə götürüb. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi amerikalı məmura istinadən məlumat yayıb. Məmurun sözlərin

09.08.2026 282
.

DİQQƏT! Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti avqustun 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edib. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıva

09.08.2026 371
.

Çində tayfun təhlükəsi ilə 420 mindən çox insan təxliyə edilib

Çinin şərq bölgələrində güclü "Delfin" tayfununun yaxınlaşması ilə əlaqədar 420 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, Çjetszyan əyalətinin Tayçjou şəhərində 390 mindən çox sakin müvəqqəti olara

09.08.2026 249
.

Qırğızıstanda dağa qalxan alpinistlər itkin düşdülər

Qırğızıstanda üç nəfərdən ibarət alpinist qrupu Kurumdı zirvəsinə qalxdıqdan sonra itkin düşüb. xəbər verir ki, bu barədə BELTA Belarus Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, qrupun iki üzvü Belarus vətəndaşıdır. Hazırda xilasedicilər itkin alpinistlərin axtarışına başlayıbla

09.08.2026 249
.

Kosmosda 49 ildir: Voyager 2-nin missiyası daha da uzadıldı

Voyager 2 kosmik gəmisinin missiyası uzadılıb. xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Məlumata görə, "Böyük Partlayış" adlandırılan əməliyyat çərçivəsində enerji sərfiyyatı yüksək olan bəzi cihazların söndürülməsi və onların daha az enerji tələb edən alternativlərlə əvəzlənməsi nəzərd

12:10 65
.

TOP MP3