IMAX zalında kondisioner işləmir - Tamaşaçılara ödənişdən sonra məlumat verilir
Bakıda yerləşən "Flame Towers" kompleksindəki Park Cinema-nın IMAX zalında bir neçə gün ərzində kondisioner sistemi işləməyib.
BiG.AZ "1news.az"a istinadən xəbər verir ki, 282 nəfərlik zalda axşam seansları tam dolu olub. Biletlərin bir neçə gün əvvəldən satıldığı bildirilib. Bununla bağlı şikayət sosial şəbəkədə yazılıb.
Ziyarətçilərdən biri problemdən yalnız biletin ödənişini etdikdən sonra kassadakı əməkdaş tərəfindən xəbərdar edildiyini bildirib. Əvvəlki seansdan çıxan tamaşaçılar isə zalın içərisində temperaturun foyedəkindən xeyli yüksək olduğunu söyləyiblər.
Bileti geri qaytarmaq mümkün olsa da, seansın başlamasına az vaxt qaldığından kassadakı növbə səbəbindən bu, praktiki olaraq çətin olub.
Şirkətdən bildirilib ki, buna anomal isti hava və zalın tam dolu olması səbəb olub.
Qeyd edək ki, IMAX zalında seanslar əvvəlcədən, hətta iki həftə əvvəldən tam satılıb. Buna baxmayaraq, 14 avqust tarixində onlayn bilet satışında kondisionerin işləməməsi ilə bağlı hər hansı xəbərdarlıq yer almayıb və seanslar əvvəlki qaydada satışa çıxarılıb.
Həmin gün IMAX zalında biletin qiyməti 14 manat olub. Bu, adi zalın bilet qiymətindən 56 faiz bahadır.
Məsələ ilə bağlı İstehlakçıların Hüquqlarının Müdafiəsi İttifaqında vəziyyət istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilib. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumuna sorğu göndərilib. Xəbər yayımlananadək sorğuya cavab verilməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 136 Tarix: 17 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib?
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin sabiq direktoru, rüşvət almaqda təqsirləndirilən Cavad Səfərovun cinayət işinin bəzi detalları məlum olub. -a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı ela
10:58 49 Bitki yağlarında aşkarlanan təhlükəli maddə: Sağlamlıq üçün zərərləri nələrdir? - VİDEO
Bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, laborator müayinələr zamanı yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi - 3-MCPD müəyyən edilib. Qida eksperti Elsevə
16.08.2026 189 Tehrandan müharibə açıqlaması: "Həm hərbi, həm də siyasi baxımdan qalib gəldik"
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin ABŞ və İsraillə münaqişədə faktiki olaraq qalib gəldiyini bildirib. xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb. Qalibafın sözlərinə görə, ABŞ və İsrail münaqişə başlamazdan əvvəl qarşılarına qoyduqları heç bir məqsədə nai
11:20 0 NATO şərq sərhədini gücləndirir: Milyonlarla dron, süni intellekt
NATO Rusiya və Belarusla sərhədlər yaxınlığındakı təhdidləri izləmək üçün dronlar, sensorlar və süni intellekt sistemlərindən ibarət geniş şəbəkə yaratmağı planlaşdırır. xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. "Şərq cinahında çəkindirmə təşəbbüsü" adlanan layihənin Finlandiyanı
16.08.2026 195 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə
Reyn çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən çayda gəmiçilik çökmə həddinə çatıb. xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Çayın əsas ölçmə stansiyalarından birində suyun səviyyəsi 6 santimetrə qədər enərək mütləq antirekordu yeniləyib. Kaub şəhəri yaxınlığında suyun səviyyəs
16.08.2026 265 Beş qadın və keçmiş gözəllik kraliçası insan alverçilərindən xilas edildi
Filippində insan alveri şəbəkəsinin qurbanı olan beş rusiyalı qadın və keçmiş gözəllik müsabiqəsi qalibinin xilas edildiyi bildirilir. xəbər verir ki, bu barədə "Cebu Daily News" Milli İstintaq Bürosuna istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, qadınları kommersiya məqsədli cinsi istismar
11:31 0 Etnik ermənilərə asanlıqla vətəndaşlıq verilməsi problemə çevrilib
Zaqafqaziya respublikasından kənarda yaşayan etnik ermənilərin Ermənistan vətəndaşlığını asanlıqla əldə etməsi problemə çevrilib. xəbər verir ki, Sputnik-in Telegram kanalında yayılan məlumata görə, bunu Ermənistan Daxili İşlər nazirinin müavini Armen Qazaryan bildirib. Nazir müavini qeyd edib ki, Ermənista
10:58 50 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ
Livanda İsrail ordusunun endirdiyi zərbə nəticəsində "Hizbullah" hərəkatının elit "Radvan" bölməsinin komandirlərindən biri məhv edilib. xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb. Hərbçilərin sözlərinə görə
16.08.2026 243 Lukaşenko hakimiyyətin onun övladlarına ötürüləcəyini iddia edənləri "axmaq" adlandırıb
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə prezident hakimiyyətinin onun övladlarına ötürülməsi barədə danışanlar haqqında kəskin fikir bildirərək, onları "axmaqlar" adlandırıb. "Report" RBK-ya istinadən xəbər verir ki, o, bu fikri "Pul pervovo" teleqram kanalında yerləşdirilmi
16.08.2026 278