Almaniya təqribən 12 milyard avro dəyərində uzaqmənzilli silah almaq niyyətindədir

Almaniya təqribən 12 milyard avro dəyərində uzaqmənzilli silah almaq niyyətindədirAlmaniya təxminən 12 milyard avro tələb edə biləcək yeni uzaqmənzilli silah arsenalı yaratmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Welt" Almaniya Müdafiə Nazirliyinin daxili sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, raketlərin ilk tədarükü 2027-ci ildə gözlənilir.

Proqram dörd istiqaməti nəzərdə tutur. Onların arasında azxərcli qanadlı raketlər (LCCM), Amerikanın "Tomahawk" raketləri, həmçinin Böyük Britaniya ilə birgə yeni yüksək dəqiqlikli uzaqmənzilli qanadlı raket və hipersəsli planlaşdırıcı döyüş bloku layihələri var.

İlk LCCM-lərin 2027-ci ildən etibarən əldə edilməsi planlaşdırılır. Nəzərdən keçirilən variantlar arasında "Anthem", Ukraynanın "BARS" və "Flamingo" raketləri var. "Welt"in məlumatına görə, Almaniya artıq iki tədarükçü ilə müqavilə danışıqları aparır. Bildirilir ki, bu sistemlər daha ucuz və kütləvi istehsal üçün yararlı olacaq.

Eyni zamanda, Berlin onilliyin sonuna qədər Amerikanın "Tomahawk" raketlərini yerüstü "Typhon" kompleksindən buraxmaq imkanı əldə etməyə ümid edir. Böyük Britaniya ilə birgə sistemlər 2030-cu illərdə ortaya çıxmalı və 2 min km-dən çox məsafədəki hədəfləri vurmalıdır.

Sənədlərə əsasən, təxminən 9 milyard avro hipersəsli döyüş blokunun hazırlanmasına və alınmasına, daha 1,8 milyard avro isə qanadlı raketlərə yönəldilə bilər. Lakin təxminən 12 milyard avro hələlik yalnız ehtiyacların daxili qiymətləndirilməsidir və təsdiqlənməyib. Almaniya Müdafiə Nazirliyindən vurğulayıblar ki, layihələrin həyata keçirilməsi Bundestaqın təsdiqini tələb edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 114   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ ilə Meksika yeni ticarət razılaşması üzərində işləməyə başlayıb

ABŞ və Meksika yeni ticarət sazişinin hazırlanması prosesinə başlayıb. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. "Biz həmçinin ABŞ üçün əhəmiyyətli dərəcədə daha sərfəli olacaq Meksika ilə yeni müqavilə üzərində işə başlayırıq", - o, Vaşinqton ətrafındak

17:10 121
.

NATO-nun şərq cinahı ölkələri alyans xərclərinin azaldılmasında ABŞ-yə kömək etmək niyyətindədir

Alyansın şərq cinahındakı bir neçə NATO ölkəsi ABŞ-yə Avropadakı hərbi kontingentinin saxlanması xərclərini azaltmağa imkan verəcək tədbirlər təklif edəcək. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb. Onlar öz ərazilərində yerləşdirilmiş Amerika hərbçilər

16:10 130
.

Əraqçı ABŞ-nin İrana qarşı sanksiyalarını lağa qoydu: "Biz bu filmi artıq görmüşük"

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin Tehrana qarşı yeni sərt sanksiyalar tətbiq etmək vədlərini keçmiş prezident Barak Obamanın 2012-ci ildəki tvitini xatırladaraq şərh edib. xəbər verir ki, XİN başçısı bu barədə "X" sosial şəbəkə hesabında yazıb. Həmin vaxt Obama vitse-prezident

17:50 116
.

Zirvə görüşündə hansı məsələlər müzakirə olunacaq? - VİDEO

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başlayır. Baku TV-yə istinadən xəbər verir ki, Daşkənddə yüksəksəviyyəli danışıqların, həmçinin Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi planlaşdırılır. Zirvə görüşünün gündəliyinə Özbəkistan-Azərbayca

12:00 114
.

Yaşa görə pensiya BU MƏBLƏĞƏ ÇATDI - Ödənişlər 10% artdı

Bu ilin 7 ayında pensiya ödənişlərinə 4 milyard 568 milyon manat vəsait yönəldilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 426 milyon manat çoxdur. Dördpendirl

00:57 289
.

CİBİMİZDƏ OLMAYAN PENSİYA KAPİTALI... - Toplanan vəsaiti istədiyimiz zaman götürə biləcəyik?

Son günlər bir sıra yerli mətbu orqanarda, eləcə də sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən mövzulardan biri də vətəndaşların pensiya yaşına çatmadan topladığı pensiya kapitalından istifadəsinə imkan yaradılmasıdır. Bir sıra mütəxəssislər hesab edirlər ki, vətəndaşın fərdi hesabında toplana

01:00 304
.

Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin dövlət səfərinə hazırlıq işləri aparılır. xəbər verir ki, hava limanının ərazisi Azərbaycan və Özbəkistanın dövlət bayraqları ilə bəzədilib, Prezident İlham Əliyevin dövlət səfəri ilə əlaqədar qarşılanma mərasimi üçün zəruri təşkilat

11:15 105
.

"TikTok" məxfiliyi pozduğuna görə ABŞ-yə 400 milyon dollar ödəyəcək

ABŞ Ədliyyə Nazirliyi, "TikTok" platforması və bu sosial şəbəkəni yaradan "ByteDance" şirkəti internetdə yetkinlik yaşına çatmayanların məxfiliyinin qorunması haqqında qanunvericiliyin pozulması ilə əlaqədar 2014-cü ildə başlanmış məhkəmə çəkişməsinin həlli üçün Amerika hökumətini

15:00 132
.

Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bu ölkənin kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. xəbər verir ki, Özbəkistan mediası dövlət başçısının səfəri ilə bağlı geniş materiallar yayımlayıb

12:45 146
.