CİBİMİZDƏ OLMAYAN PENSİYA KAPİTALI... - Toplanan vəsaiti istədiyimiz zaman götürə biləcəyik?

CİBİMİZDƏ OLMAYAN PENSİYA KAPİTALI... - Toplanan vəsaiti istədiyimiz zaman götürə biləcəyik?Son günlər bir sıra yerli mətbu orqanarda, eləcə də sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən mövzulardan biri də vətəndaşların pensiya yaşına çatmadan topladığı pensiya kapitalından istifadəsinə imkan yaradılmasıdır. Bir sıra mütəxəssislər hesab edirlər ki, vətəndaşın fərdi hesabında toplanan pensiya kapitalının müəyyən hissəsindən pensiya yaşına çatmamış istifadə etməsinə imkan yaradılarsa, bu insanların uzun illər ərzində ödədikləri sosial sığorta vəsaitindən müəyyən formada yararlanmasına imkan verə bilər.

Məlumat üçün bildirək ki, vətəndaşın gələcək əmək pensiyasının məbləğini müəyyən edən əsas göstəricilərdən biri onun fərdi şəxsi hesabında toplanan pensiya kapitalıdır. Sadə şəkildə izah etsək, pensiya kapitalı şəxsin işlədiyi dövr ərzində onun adına sosial sığorta sistemində formalaşan və gələcəkdə əmək pensiyasının hesablanmasında istifadə olunan vəsaitdir.

Hazırda Azərbaycanda minimum əmək pensiyası 320 manatdır. Buna görə də minimum məbləğdə yaşa görə əmək pensiyası təminatı üçün tələb olunan minimum pensiya kapitalı 46 080 manat müəyyən edilib. Lakin vətəndaşın əmək pensiyası hüququnun yaranması yalnız pensiya kapitalı ilə məhdudlaşmır.

Mövcud qaydalara əsasən, minimum pensiya kapitalı (46 080 manat) və ya 25 il sığorta stajı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərtlərdən biri hesab olunur.

Əsas problem də məhz burada ortaya çıxır. Əmək fəaliyyəti uzun illər fasilələrlə davam edən, aşağı əməkhaqqı alan, qeyri-rəsmi işləyən və ya ümumiyyətlə uzun müddət sosial sığorta sisteminə ödəniş etməyən şəxslərin fərdi hesablarında pensiya yaşına qədər 46 080 manat toplanmır. Belə şəxslər uzun müddət işləsələr də, həm tələb olunan pensiya kapitalını, həm də alternativ olaraq tələb edilən sığorta stajını tamamlamaqla bağlı problemlə üzləşirlər.

Digər tərəfdən, son illər ölkədə pensiya yaşına çatmadan vəfat edənlərin sayında da artım müşahidə edilir. Hesablamalaa görə, 2014-2024-cü illər ərzində Azərbaycanda ümumilikdə 669 min 662 nəfər vəfat edib. Onlardan 271 min 934 nəfəri pensiya yaşına çatmadan həyatını itirib. Başqa sözlə, son 11 ildə vəfat edən hər 10 nəfərdən təxminən 4-ü pensiya hüququ əldə etmədən dünyasını dəyişib. Son statistikaya görə, 2024-cü ildə ümumilikdə 58 min 909 nəfər vəfat edibsə, onlardan 23 min 92 nəfəri pensiya yaşına çatmadan dünyasını dəyişib.

Maraqlıdır ki, vətəndaş tələb olunan kapitalı toplaya bilməyəcəksə, illərlə öz adına formalaşmış və fərdi hesabında görünən kapitaldan daha əvvəl istifadə edə bilərmi?

Bu barədə iqtisadçı Eldəniz Əmirov "AzPolitika"ya şərhində bildirib ki, əslində vətəndaşların pensiya yaşına çatmadan öz pensiya kapitalının bir hissəsindən istifadə etməsi məsələsi yeni müzakirə olunan mövzu deyil. Onun sözlərinə görə, bu məsələ uzun illərdir gündəmdə olsa da, yaxın perspektivdə bununla bağlı konkret qərarın qəbul ediləcəyi gözlənilmir.

"Pensiya yaşına çatmadan öz pensiya kapitalının bir hissəsindən istifadə etmək hüququ bugünün mövzusu deyil. Yəni, bu məsələ uzun illərdir müzakirə olunur. Düşünmürəm ki, yaxın illərdə bununla bağlı konkret qərar qəbul ediləcək. Çünki belə bir qərarın verilməsi üçün bir çox şərtlər təmin olunmalıdır. Burada söhbət vətəndaşlar tərəfindən təmin edilməli olan şərtlərdən getmir. Yəni, bir çox şərtlər təmin edilməlidir və bu şərtlər vətəndaşlardan asılı olmayan şərtlərdir. Bu şərtlər təmin olunmayacağı müddətdə vətəndaşların pensiya yaşına çatmadan pensiya kapitalından istifadə etməsi hazırkı şəraitdə və yaxın üç-beş il ərzində real görünmür", - deyə iqtisadçı bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 522   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.