Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAvqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Özbəkistan prezidenti bəyanatla çıxış edib.

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı

- Təşəkkür edirəm, hörmətli Şavkat Miromonoviç.

Əziz dostlar.

İlk növbədə, dəvətə, qonaqpərvərliyə, Azərbaycana və Azərbaycan xalqına göstərdiyiniz belə səmimi münasibətə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim.

Bildiyiniz kimi, biz də Özbəkistana, Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Düşünürəm ki, bugünkü səfərin nəticələri də bunu bir daha təsdiqləyir. Lakin ilk növbədə bir daha qeyd etmək istərdim ki, mən Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə buraya gələndə sürətli inkişafın şahidi oluram. Bunu hər sahədə görmək mümkündür: həm böyük layihələrdə, həm də detallarda. Bu gün Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır. Bu isə mənim əziz qardaşım Şavkat Miromonoviçin Özbəkistanın potensialının gücləndirilməsinə, beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir.

Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə başqa cür idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik. Buna görə də ölkəni inkişaf yoluna çıxarmaq, əslində, dövlətin inkişafı üçün iqtisadi əsasları sıfırdan formalaşdırmaq, iqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və potensialını qoruyub saxlayan sahələrinə investisiyalar cəlb etmək üçün o, böyük səylər göstərməli oldu. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük. Bu, dünya birliyinin böyük hörmət bəslədiyi, sənayenin inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğu Özbəkistandır. Şavkat Miromonoviçin ikitərəfli münasibətlərimizlə bağlı söylədiyi bütün fikirlər ilk növbədə onun və komandasının Özbəkistan üçün gördüyü işlərə aiddir.

Mən bu gün artıq bu barədə danışmışam: əgər bu təməl, bu potensial olmasaydı, heç bir birgə layihəni həyata keçirmək mümkün olmazdı. Ümumiyyətlə, Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə yox idi. Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri - bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir. Çünki Şavkat Miromonoviçin qeyd etdiyi kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasından sonra, - yeri gəlmişkən, bu məsələdə onun xüsusi rolu olub, - əməkdaşlığın coğrafiyası genişlənib.

Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır.

Bu gün danışdığımız layihələrdən hər birinin öz dəyəri var və Şavkat Miromonoviç qeyd etdiyi kimi, onların hamısı birlikdə münasibətlərin bənzərsiz xarakterini yaradır. Biz, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir. Bəli, mən hələ bankçılıq sahəsindəki əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək.

Yəni bu gün biz artıq perspektivdən danışırıq. Fakt budur ki, bu gün ikitərəfli münasibətlər çox möhkəm - həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, daha yaxşı həyat şəraiti yaratmaq, səyləri birləşdirmək üçün çalışması bizim uğur qazanacağımızın ən mühüm amilidir.

Əlbəttə, Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd etmək istərdim. İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub.

Layihələr təkcə Bakı və Daşkənddə deyil, baxmayaraq ki, əsas diqqət şübhəsiz ki, bu şəhərlərə yönəlib, həmçinin digər bölgələrdə də həyata keçirilir. Dünən keçirilən regionlararası əməkdaşlıq forumu böyük praktik maraq doğurur. Yəni indi bir çoxlarının sevdikləri təbirlə desək, səyləri birləşdirərək sinerji yaradırıq. İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Buraya artıq üçdəbiri layihələrlə təmin olunmuş investisiya fondunu, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu artıq milyardlara investisiya deməkdir.

İnvestisiyalar isə bir qayda olaraq, dost ölkələrə, bizim vəziyyətimizdə qardaş ölkələrə və adətən əlverişli investisiya mühitinin olduğu yerlərə yatırılır. Yenə də başladığım yerə qayıdıram. Şavkat Miromonoviçin böyük xidməti ondan ibarətdir ki, məhz o, öz islahatları, əzmkarlığı və müdrikliyi sayəsində həm beynəlxalq maliyyə qurumlarına, həm də qlobal aktorlara Özbəkistanı inkişafının uğurlu mərhələsində olan bir ölkə kimi görməyə imkan verən investisiya mühiti yaradıb.

Dostlarınız və qardaşlarınız olaraq, biz bundan səmimi-qəlbdən məmnunuq və əminəm ki, Sizin qeyd etdiyiniz bütün planlar reallaşacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq şəkildə birlikdə çalışacağıq. Şavkat Miromonoviç, sonda Sizin üçün əlverişli vaxtda Sizi Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.