"Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama
Yaddaş, diqqət və yeni şeylər öyrənmək qabiliyyəti birbaşa yuxunun keyfiyyətindən asılıdır.
Oxu.Az xəbər verir ki, bunu rusiyalı somnoloq və terapevt Karina Aqibalova Lenta.ru-ya müsahibəsində deyib.
O, keyfiyyətli gecə yuxusunun beyin sağlamlığı üçün niyə vacib olduğunu izah edib.
Həkim bildirib ki, yuxunun əsas funksiyalarından biri gün ərzində əldə edilən məlumatların yaddaşa həkk olunmasıdır. Məhz yuxu zamanı beyin məlumatları qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçirir. Dərin və ya REM yuxu fazalarının kifayət qədər olmaması bu prosesi poza bilər.
"Buna görə də yuxusuz gecədən sonra yeni bilikləri mənimsəmək daha çətin olur. Dərin yuxu fazasının nəzərəçarpacaq dərəcədə azalması halında isə keçmiş hadisələrlə bağlı uzunmüddətli yaddaş da zamanla zərər görə bilər", - deyə Karina Aqibalova qeyd edib.
Bundan əlavə, gecə saatlarında enerji ehtiyatları bərpa olunur, immun və sinir sistemlərinin, əzələlərin və orqanizmin digər toxumalarının fəaliyyəti dəstəklənir, hormonal balans və maddələr mübadiləsi tənzimlənir.
Karina Aqibalova vurğulayıb ki, yuxusuzluq zamanı diqqət və iş qabiliyyəti əhəmiyyətli dərəcədə azala bilər. Bununla əlaqədar həkim gecə 7-9 saat yatmağı və mümkün qədər saat 22:00-23:00 arasında yatmağa getməyi tövsiyə edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəzinti, yoxsa qaçış: Yüksək təzyiq zamanı hansının daha faydalıdır?
Fiziki fəaliyyət arterial təzyiqə nəzarət etməyin ən təsirli üsullarından biridir. Aktivliyi artırmağın ən sadə yollarından biri gündəlik rejimə piyada gəzinti və ya qaçışı əlavə etməkdir. Bəs yüksək təzyiq zamanı bunlardan hansı daha faydalıdır?. Qaynarinfo xəbər verir ki, "EatingWell" nəşr
24.08.2026 427 50 yaşdan yuxarı insanlar səhər yeməyində nə yeməlidir?
Oyandıqdan sonrakı ilk saatlarda səhər yeməyi yemək qanda şəkərin səviyyəsinə nəzarət, əzələ kütləsinin qorunması və maddələr mübadiləsinin normal fəaliyyəti üçün faydalıdır. Lakin 50 yaşdan sonra qadınların hormonları "balanslaşdırmaq" üçün mütləq oyandıqdan sonra bir saat ərzində yemək yeməl
13.08.2026 450 Çia toxumu faydalıdır, yoxsa ziyan?
Son illərdə sağlam qidalanmanın məşhur məhsullarından birinə çevrilən çia toxumu lif, zülal, omeqa-3 yağ turşuları, kalsium, maqnezium və digər faydalı qida maddələri ilə zəngindir. BİG.AZ xəbər verir ki, bu səbəbdən onu salatlara, yoqurta, smuzilərə və müxtəlif səhər yeməklərinə əlavə edirlər. Bəs çi
18.08.2026 479 Günorta yatmaq üçün ən yaxşı vaxt nə zamandır?
Günorta yeməyindən sonra bir çox insanda diqqət azalır, yuxululuq yaranır və gündəlik işləri yerinə yetirmək çətinləşir. Belə hallarda əlavə bir fincan qəhvə içmək əvəzinə qısa müddət yatmaq daha faydalı ola bilər. -ın xəbərinə görə, lakin mütəxəssislər bildirirlər ki, bunun üçün düzgün vaxt seçmək vacibdir
15:50 128 5-dən çox yuxu pozğunluğu simptomu insult riskini kəskin artırır
Yuxu problemləri insult riskini 16% artırır. -a istinadən xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. O qeyd edib ki, insult ciddi və həyati təhlükə yaradan təcili vəziyyətdir:. "Bu
02.08.2026 585 Avqustun istisində sağlam qalmağın 10 yolu
Avqust ayında daha da güclənən ekstremal temperatur yalnız insanların gündəlik rahatlığını azaltmır, həm də günvurma, ürək və böyrək problemləri kimi ciddi sağlamlıq riskləri yaradır. Xüsusilə yaşlılar, uşaqlar, xroniki xəstəliyi olanlar və açıq havada çalışanlar üçün təhlükəli hesab edilən bu dövrd
07.08.2026 558 Həkimdən HƏYƏCAN TƏBİLİ: Bağırsaq xərçəngi gəncləşir
Azərbaycanda bağırsaq xərçəngi ilə mübarizədə ən böyük problem təkcə gec diaqnoz deyil. Bunun arxasında maarifləndirmənin kifayət qədər olmaması, insanların ilk simptomları ciddiyə almaması, həkimə gec müraciət etməsi və sosial məsuliyyətin aşağı olması dayanır. Son illər dünyada həkimləri və alimlər
23.08.2026 268 40 yaşdan sonra səhər yeməyində bir səhv ölüm riskini 29 faiz artırır
Günün ən vacib qidasının səhər yeməyi olması təsadüfi deyil. Alimlərin araşdırmasına görə, sağlamlıq üçün səhər yeməyində nə yediyinizlə yanaşı, onu nə vaxt yediyiniz də əhəmiyyətlidir. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmada 4
27.08.2026 427 Ürək-damar xəstəliklərinin hansı siqnalları var? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri barədə müzakirə aparılıb. Ürək-damar xəstəliklərinin əsas risk faktorları hansılardır? Yüksək təzyiq ürək sağlamlığı üçün niyə təhlükəlidir? Xolesterinin yüksək olması damarlara necə təsir edir? Siqaret və elektro
15.08.2026 310