Saxta Wi-Fi şəbəkələri: Telefonunuz təhlükə ilə üz-üzə qala bilər
"Parkda, kafedə və ya ticarət mərkəzində təklif olunan pulsuz Wi-Fi istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkəsi qədər etibarlı hesab edilmir. Bunun əsas səbəbi bu şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir. Eyni anda onlarla, bəzən isə yüzlərlə insanın eyni şəbəkədən istifadə etməsi təhlükəsizlik risklərini artırır".
Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.
O, qeyd edib ki, əsas problemlərdən biri belə şəbəkələr üzərindən məlumatların ötürülməsinin hər zaman kifayət qədər qorunmamasıdır. Eyni şəbəkəyə qoşulan başqa bir şəxs texniki biliklərdən istifadə etməklə məlumat axınını izləməyə cəhd göstərə bilər. Bundan əlavə, geniş yayılmış risklərdən biri də saxta Wi-Fi şəbəkələridir. Məsələn, istifadəçinin olduğu məkanda "Free WiFi" və ya "Park_WiFi" kimi adlarla saxta şəbəkə yaradıla bilər. İstifadəçi həmin şəbəkənin həqiqi olduğunu düşünərək ona qoşulduqda şəxsi məlumatlarının və internet fəaliyyətinin təhlükə altına düşməsi mümkündür:
"Lakin bu, pulsuz Wi-Fi-dan istifadənin tamamilə təhlükəli olduğu anlamına gəlmir. Burada əsas məsələ ictimai şəbəkədən hansı məqsədlə istifadə edilməsidir. Xəbərlərə baxmaq, xəritədən istifadə etmək və ya video izləmək kimi gündəlik fəaliyyətlər nisbətən aşağı risk daşıyır. Bank tətbiqlərinə daxil olmaq, kart məlumatlarını yazmaq, dövlət xidmətlərindən istifadə etmək və ya iş elektron poçtuna qoşulmaq isə ictimai Wi-Fi şəbəkəsində tövsiyə edilmir.
İstifadəçilər təhlükəsizliklərini artırmaq üçün ilk növbədə qoşulduqları Wi-Fi şəbəkəsinin həqiqətən həmin məkana aid olub-olmadığını dəqiqləşdirməlidirlər. Bunun üçün obyektin əməkdaşlarından şəbəkənin dəqiq adını və şifrəsini soruşmaq daha təhlükəsizdir.
Bundan başqa, ictimai Wi-Fi şəbəkələrindən istifadə zamanı kart məlumatları və digər həssas şəxsi məlumatların daxil edilməsindən çəkinmək lazımdır. Cihazlarda avtomatik Wi-Fi qoşulma funksiyasının söndürülməsi də məsləhətdir. Bu, telefon və ya kompüterin istifadəçinin xəbəri olmadan naməlum şəbəkələrə qoşulmasının qarşısını almağa kömək edə bilər.
Saytlara daxil olarkən isə HTTPS ilə başlayan şifrəli bağlantılardan istifadə edilməsinə diqqət yetirmək vacibdir. Bununla belə, HTTPS bağlantısının mövcudluğu saytın özünün mütləq etibarlı olduğu anlamına gəlmir. Buna görə də ictimai Wi-Fi-dan istifadə zamanı həm qoşulduğunuz şəbəkəyə, həm də daxil olduğunuz saytlara diqqətlə yanaşmaq lazımdır.
Nəticə etibarilə, pulsuz Wi-Fi rahat və faydalı xidmət olsa da, ondan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. İctimai şəbəkələrdə mümkün qədər həssas məlumatlarla işləməmək, avtomatik qoşulmanı deaktiv etmək və şəbəkənin həqiqiliyini əvvəlcədən yoxlamaq istifadəçinin şəxsi məlumatlarının qorunmasına kömək edə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 745 Tarix: 02 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov
11:29 167 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 150 Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı
"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B
05.11.2026 317 Şənbə günü yağış yağacaq
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
12:48 123 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 338 Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA
05.11.2026 346 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
14:15 0 Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
14:06 1 "Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi
"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm
05.11.2026 316