"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaxınlaşması yalnız iqtisadi maraqlara əsaslanmır" - millət vəkili Pərvanə Vəliyeva

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaxınlaşması yalnız iqtisadi maraqlara əsaslanmır" - millət vəkili Pərvanə Vəliyeva"Prezident İlham Əliyevin Bişkekdə ŞƏT tədbirində iştirakı Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin artan əhəmiyyətini göstərir. ŞƏT-in coğrafiyasına nəzər saldıqda bunun səbəbi aydın görünür. Təşkilat Avrasiyanın böyük hissəsini əhatə edən və dünyanın aparıcı iqtisadiyyatlarını, enerji istehsalçılarını, böyük əhali potensialına malik dövlətlərini bir araya gətirən platformadır. Çin, Hindistan, Rusiya, İran və Mərkəzi Asiya ölkələrinin daxil olduğu bu məkan Azərbaycanın iqtisadi, nəqliyyat və geosiyasi maraqları baxımından xüsusi əhəmiyyət daşıyır". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva bildirib.
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaxınlaşması yalnız iqtisadi maraqlara əsaslanmır" - millət vəkili Pərvanə VəliyevaOnun sözlərinə görə, Azərbaycan üçün burada əsas məsələ hər hansı bir siyasi blokun daxilində yer almaq deyil: "Əsas məsələ müxtəlif platformalarla əməkdaşlıq edərək ölkənin milli maraqlarına uyğun imkanları genişləndirməkdir. Bu, Azərbaycan xarici siyasətinin çevikliyini göstərən mühüm nüansdır. Azərbaycan bir tərəfdən Avropa ilə enerji və nəqliyyat əməkdaşlığını inkişaf etdirir, digər tərəfdən Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirir, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinə töhfə verir, İslam dünyası ilə münasibətləri genişləndirir və eyni zamanda ŞƏT kimi Avrasiya miqyaslı platformalarla əməkdaşlığını gücləndirir.
Qırğızıstanın Azərbaycan xarici siyasətində əhəmiyyəti son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Bunun səbəbi yalnız iki ölkənin dostluq münasibətləri və türk dünyasına mənsubiyyəti deyil. Mərkəzi Asiyanın beynəlxalq siyasətdə və qlobal iqtisadiyyatda artan çəkisi Azərbaycan üçün Qırğızıstanı daha əhəmiyyətli tərəfdaşa çevirir.

Azərbaycanın Mərkəzi Asiyaya münasibəti artıq klassik diplomatik əlaqələr çərçivəsindən çıxıb. Burada nəqliyyat marşrutları, enerji əməkdaşlığı, investisiyalar, ticarət, logistika, rəqəmsal bağlantılar və humanitar əlaqələr bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir.

Azərbaycanın coğrafi mövqeyi də bu prosesdə mühüm üstünlük yaradır. Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında Xəzər üzərindən keçən marşrutların və Azərbaycanın nəqliyyat infrastrukturu ilə bağlantıların əhəmiyyəti getdikcə artır.

Bu səbəbdən Bakı ilə Mərkəzi Asiya arasında əməkdaşlıq yalnız ikitərəfli münasibət deyil, daha böyük Avrasiya bağlantısının bir hissəsi kimi qiymətləndirilməlidir.

Azərbaycanın son illərdəki fəallığını "orta güc dövləti" anlayışı ilə izah etmək müəyyən mənada mümkündür. Burada söhbət böyük dövlətlərlə rəqabətdən getmir. Əksinə, orta güc dövlətinin əsas üstünlüyü müxtəlif tərəflər arasında əlaqə yaratmaq, regional təşəbbüslər irəli sürmək və müəyyən məsələlər üzrə beynəlxalq gündəliyə təsir göstərə bilməkdir.

Azərbaycanın enerji və nəqliyyat layihələri, vasitəçilik təşəbbüsləri, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və müxtəlif çoxtərəfli platformalarda fəallığı bu modelə uyğun gəlir.

COP29 kimi qlobal tədbirin Bakıda keçirilməsi də təsadüfi nümunə deyildi. Eyni yanaşmanı Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti, İƏT, Türk Dövlətləri Təşkilatı, İƏT, AQEM, D-8 və digər formatlarda iştirakı ilə bağlı da müşahidə etmək mümkündür.

Burada əsas məqam platformaların sayından daha çox, onların bir-birini tamamlamasıdır.

Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkədirı, bu coğrafi üstünlüyü siyasi və iqtisadi üstünlüyə çevirməyi bacarmışıq.

Azərbaycanın ŞƏT ölkələri ilə münasibətlərində nəqliyyat məsələsinin xüsusi çəkisi də təsadüfi deyil.

Bu gün beynəlxalq ticarət yollarına nəzarət yalnız iqtisadi məsələ deyil. Nəqliyyat dəhlizləri dövlətlərin geoiqtisadi çəkisini də müəyyənləşdirir. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişməsində yerləşən Azərbaycan bu baxımdan özünü Avrasiyanın mühüm bağlantı nöqtələrindən biri kimi mövqeləndirir.

Məhz buna görə Azərbaycan-ŞƏT münasibətlərinə yalnız diplomatik əlaqələr prizmasından baxmaq kifayət deyil. Burada gələcək ticarət axınları, enerji marşrutları, logistika imkanları və regional iqtisadi inteqrasiya da nəzərə alınmalıdır.

Qırğızıstan səfərinin digər mühüm tərəfi onun Türk dünyası kontekstidir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaxınlaşması yalnız iqtisadi maraqlara əsaslanmır. Ortaq tarix, dil və mədəni bağlar siyasi dialoqun daha möhkəm təməl üzərində qurulmasına imkan verir.

Azərbaycanın Türk Dövlətləri Təşkilatında fəallığı bu prosesin institusional ifadəsidir. Burada məqsəd yalnız mədəni yaxınlığı qorumaq deyil, həmin yaxınlığı iqtisadi, nəqliyyat, təhsil, rəqəmsal və siyasi əməkdaşlıq üçün praktik mexanizmlərə çevirməkdir.

Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi də bu baxımdan daha geniş Türk dünyası inteqrasiyasının bir elementi kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin Qırğızıstana səfərinin daha geniş siyasi mənası məhz burada ortaya çıxır.

Azərbaycanın diplomatik gücü yalnız onun hansı beynəlxalq təşkilatlarda iştirak etməsi ilə ölçülmür. Əsas məsələ ölkənin müxtəlif platformalarda nə qədər çevik və ardıcıl hərəkət edə bilməsidir.

Azərbaycanın Avropa ilə münasibətləri inkişaf etdirməsi Asiya ilə əməkdaşlığı istisna etmir. Türk dünyası ilə inteqrasiya İslam dünyası ilə münasibətlərə mane olmur. ŞƏT platformasında iştirak Avropa istiqamətində siyasəti zəiflətmir.
Əksinə, bu istiqamətlərin paralel inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət manevr imkanlarını genişləndirir.

Bişkekdəki diplomatik təmaslar Azərbaycanın Avrasiya məkanında artan fəallığının, Mərkəzi Asiya ilə dərinləşən əlaqələrinin və çoxqütblü dünya reallığında özünə daha geniş fəaliyyət sahəsi müəyyənləşdirmək strategiyasının növbəti ifadəsidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 752   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı

Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları

14:28 95
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 1
.

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb

05.11.2026 338
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 342
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 200
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 185
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 178
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 204
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi

10:13 238
.