Mənzil qiymətləri niyə artır? - Ekspert əsas amilləri açıqladı

Mənzil qiymətləri niyə artır? - Ekspert əsas amilləri açıqladı"Azərbaycanda mənzil bazarında qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bazarda qiymətlərin formalaşmasına eyni vaxtda bir neçə fundamental amil təsir göstərir. Torpaq sahələrinin qiyməti, tikinti xərcləri, əmək və material məsrəfləri, infrastruktur xərcləri, əhalinin gəlirləri, ipoteka və kredit imkanları, eləcə də tələb və təklif nisbəti mənzil qiymətlərinin müəyyənləşməsində əsas rol oynayır".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, xüsusilə Bakı kimi ərazi imkanları məhdud olan şəhərlərdə torpaq sahələrinin qiyməti mənzilin son satış qiymətinə ciddi təsir göstərir. Bununla yanaşı, mənzilin yerləşdiyi ərazinin nəqliyyat əlçatanlığı, metro stansiyalarına yaxınlığı, məktəb və digər sosial infrastruktur obyektlərinin mövcudluğu, yeni yol layihələri və həmin ərazinin gələcək inkişaf perspektivi də onun bazar dəyərinin formalaşmasına təsir edən əsas amillərdəndir:

"Tikinti xərclərində baş verən dəyişikliklər də mənzil bazarına birbaşa təsir göstərir. 2026-cı ilin I rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,4 faiz, illik müqayisədə isə 1,5 faiz artıb. Tikinti materiallarının, əmək resurslarının və digər məsrəflərin bahalaşması yeni tikililərin maya dəyərinin yüksəlməsinə, nəticədə isə satış qiymətlərinin artmasına səbəb ola bilər.

Mənzil qiymətlərinin formalaşmasında əhalinin gəlirlərinin səviyyəsi də mühüm amildir. Əhalinin gəlirlərinin artması, ümumilikdə, mənzilə olan effektiv tələbi gücləndirə bilər. 2026-cı ilin yanvar-iyun aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1 174,4 manat olub. Bununla belə, nominal gəlirlərin artımını avtomatik olaraq əhalinin real alıcılıq qabiliyyətinin eyni nisbətdə yüksəlməsi kimi qiymətləndirmək olmaz. Çünki eyni dövrdə istehlak qiymətlərində də artım müşahidə edilir.

Digər tərəfdən, ipoteka və digər maliyyələşmə imkanlarının genişlənməsi vətəndaşların mənzil almaq imkanlarını artırır. Bu, sosial baxımdan müsbət prosesdir. Lakin bazara əlavə maliyyə və tələb daxil olduğu halda mənzil təklifi eyni sürətlə genişlənmirsə, bu vəziyyət qiymətlərə yuxarı istiqamətdə təsir göstərə bilər.

Burada əsas məsələ tələb və təklif arasındakı tarazlıqdır. Əgər mənzil almaq istəyənlərin sayı artır, lakin bazarda onların tələbatını qarşılayacaq yeni mənzillərin sayı kifayət qədər sürətlə artmırsa, qiymətlərin yüksəlməsi üçün əlavə təzyiq yaranır. Əksinə, təklifin genişlənməsi bazardakı qiymət təzyiqinin müəyyən qədər azalmasına səbəb ola bilər.

Bakı şəhərində mənzil qiymətlərinin formalaşmasında ərazi amili də xüsusi əhəmiyyət daşıyır. Eyni ölçüdə və oxşar xüsusiyyətlərə malik mənzillər yerləşdiyi əraziyə görə ciddi qiymət fərqi ilə təklif oluna bilər. Metroya, əsas nəqliyyat xətlərinə, təhsil müəssisələrinə, ticarət və xidmət obyektlərinə yaxınlıq mənzilin alıcı üçün cəlbediciliyini artırır. Bu isə öz növbəsində həmin ərazilərdə qiymətlərin daha yüksək olmasına gətirib çıxara bilər.

Yeni yol və nəqliyyat layihələri də daşınmaz əmlak bazarına təsir göstərən amillərdəndir. İnfrastrukturun inkişaf etdiyi ərazilərdə nəqliyyat əlçatanlığının yaxşılaşması həmin ərazilərə marağı artıra və uzunmüddətli perspektivdə mənzil qiymətlərinin yüksəlməsinə təsir edə bilər.

Ümumilikdə, mənzil bazarında qiymət artımı bir-biri ilə əlaqəli çoxsaylı iqtisadi və sosial amillərin nəticəsidir. Tikinti xərclərinin dəyişməsi, torpağın bahalaşması, əhalinin gəlirlərinin dinamikası, ipoteka imkanlarının genişlənməsi və tələb-təklif nisbəti birlikdə bazarın istiqamətini müəyyənləşdirir.

Bu səbəbdən mənzil qiymətlərinin gələcək dinamikasını qiymətləndirərkən yalnız bir göstəriciyə deyil, bütün bu amillərin birlikdə necə dəyişdiyinə baxmaq lazımdır. Xüsusilə Bakı kimi böyük şəhərlərdə əhali artımı, yeni yaşayış massivlərinin salınması, nəqliyyat infrastrukturunun inkişafı və mənzil təklifinin genişlənməsi bazarın gələcək vəziyyətinə ciddi təsir göstərəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 786   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 167
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 150
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 317
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 123
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 338
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 346
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

14:15 0
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 1
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 316
.